Aleksandra Kornhauzer Freyzer

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksandra Kornhauzer Freyzer
sloven. Aleksandra Kornhauser Frazer
Digər adı Aleksandra Kaleari
Doğum adı Aleksandra Caleari[1]
Doğum tarixi 26 sentyabr 1926(1926-09-26)[1]
Doğum yeri
Vəfat tarixi 17 may 2020(2020-05-17)[2][1] (93 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
İş yeri
Alma-mater Lyublyana Universiteti
Təhsili
Mükafatları Order of Freedom of the Republic of Slovenia

Aleksandra Kornhauzer Freyzer (sloven. Aleksandra Kornhauser Frazer; 26 sentyabr 1926[1], Virmase[d][1]17 may 2020[2][1], Lyüblyana[1]) — sloveniyalı kimyaçı.

O, Elm və mühəndislik fakültəsinin kimya professoru və Sloveniya Lyublyana Universitetinin Beynəlxalq Kimya Tədqiqatları Mərkəzinin direktoru olub.[3]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Varlı ailədə dünyaya gələn Aleksandra Kalearinin[3] beş qardaşı və bacısı var idi. Onun atası Şkofya-Lokada sonradan Jelovica adlanan şirkətin sahibi olub. 1930-cu illərin Böyük böhranı zamanı ailə bütün var-dövlətini itirir. 1940-cı ildə, İkinci Dünya müharibəsi zamanı, on beş yaşında olan Aleksandra, partizanlara dəstək verən gənclər təşkilatına rəhbərlik edib. Atası Bequnyadakı konslagerdə həbs edilib, ailəsi məcburi əməyə cəlb edilsə də, ailə üzvlərinin hər biri müharibədən sağ çıxıb. Kamnik və Domjal şəhərlərində qısa müddət dərs dedikdən sonra Aleksandra 1948-ci ildə kimya üzrə təhsil almaq üçün universitetə daxil olub.[4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Aleksandra Freyzer iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı sloveniyalı həkim Pavel Kornhauzer olub. İkinci həyat yoldaşı Britaniyalı kimyaçı Malkolm Freyzer isə Şərqi İngiltərə Universitetində kimya üzrə professor və sonradan Milli Akademik Mükafatlar Şurasının baş icraçı direktoru olub. Aleksandra hər iki həyat yoldaşının soyadından istifadə edib.[5][6]

O, 2020-ci ilin mayın ayında 93 yaşında vəfat edib.[3]

1954-1980-ci illər arasında Freyzer əczaçılıq şirkətləri üçün alkaloidlərantibiotiklər haqqında geniş araşdırmalar aparıb. 1980-ci ildən sonra kimyəvi tədqiqatlarını müəllimliklə birləşdirən Aleksandra , BMTİP, UNESCO, BƏT və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarda elmi işçi kimi çalışıb. Daha sonra təmiz texnologiyaların təbliğində fəal iştirak edən Freyzer 1999-cu ildə bu sahədə biliklərin inkişafına görə Tokioda Honda mükafatını alan ilk qadın alim olub.[3]

1960-1970-ci illərdə fəal siyasətlə məşğul olan Aleksandra Kornhauzer Stane Kavçiçanın dövründə Sloveniya İcraiyyə Şurasında[7] səhiyyə, mədəniyyət, elm və təhsildən məsul vitse-prezident vəzifəsini çalışıb. Üç illik siyasi fəaliyyətdən sonra o, yenidən akademik fəaliyyətinə geri döndü.[3]

Aleksandra Sloveniyadan kənarda İsveçrə, Böyük BritaniyaABŞ-ın universitetlərində çalışmış və ölkə daxilində 60-dan çox beynəlxalq seminarlar vermişdi. Freyzer Birləşmiş Millətlər Şurası, Dünya İncəsənət və Elmlər Akademiyası və Londondakı Avropa Akademiyasının üzvüdür (1988-ci ildən).[8] O, Əczaçılıq Akademiyasının Loran Lavuaze medalı, Amerika Kimya Cəmiyyətinin Robert Brasted xatirə mükafatı laureatıdır.[3]

O, 90 yaşına kimi peşəkar fəaliyyətini davam etdirən Aleksandra Kornhauzer Freyzer, 1997-ci ildə Sloveniyada elmi sahəsinin ən ali mükafatı olan Zoys mükafatını qazanıb.[9] O, həmçinin Lyublyananın fəxri vətəndaşı olub.

  1. 1 2 3 4 5 6 7 8 9 Obrazi slovenskih pokrajin (sloven.). ISSN 2712-5408
  2. 1 2 https://www.rtvslo.si/slovenija/umrla-je-kemicarka-aleksandra-kornhauser-fraser/524320.
  3. 1 2 3 4 5 6 K. T. "Umrla je kemičarka prof. dr. Aleksandra Kornhauser Fraser". Rtvslo.Si. 20 September 2019. 24 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2020.
  4. "Zame je vsak dan srečen, če ga srečnega naredim" (Slovenian). Delo.si. 30 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2017.
  5. "Tri mesece jo je vsak dan nagovarjal, naj gre v politiko". Slovenskenovice.si. 23 October 2016. 4 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  6. Osebni arhiv. "Svet24.si – Aleksandra Kornhauser Frazer – še vedno dejavna in kritična 90-letnica". Novice.svet24.si. 8 September 2017. 28 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  7. Jasna Kontler Salamon. "Večini razumnikov zamerim, da molčijo in ne opozarjajo, kje je nevarnost". Delo.si. 27 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
  8. "Aleksandra Kornhauser". Academia Europaea. 28 March 2019 tarixində arxivləşdirilib.
  9. "Aleksandra Kornhauser Frazer (1926–2020) – Val 202". Val202.rtvslo.si. 3 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2020.