Amerika timsahı
Amerika timsahı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Amerika timsahı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Amerika timsahı və ya İtiburunlu timsah (lat. Crocodylus acutus) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi və Şimali Amerikada ən çox yayılan timsah növüdür. ABŞ-də bu növ timsaha Floridanın cənubunda (həmçinin Puerto-Rikoda) rast gəlinir, lakin iqlimin istiləşməsi səbəbiylə sərhədləri daha da şimala doğru genişlənə bilər.
Yayılması
[redaktə | mənbəni redaktə et]Amerika timsahı Yeni dünyada dörd əsl timsah növündən ən çox yayılanıdır. Bu növ timsahlar manqrov bataqlıqlarında, çay mənsəblərində, şirin və duzlu göllərdə yaşayırlar. Daraqlı timsah kimi Amerika timsahı Karib dənizi, Cənubi Florida, Böyük Antil, Cənubi Meksika, Mərkəzi Amerika və Cənubi Amerika ölkələri olan Kolumbiya və Ekvadorda geniş yayılması duzlu suda qalma qabiliyyəti ilə izah edilir. Amerika timsahı Kosta-Rikada xüsusilə çoxdur. Ən böyük populyasiyasından biri Dominikan Respublikasındakı Lago Enriquillo gölündədir[3].
Amerika timsahları Missisipi alliqatorundan fərqli olaraq, aşağı temperaturlara çox dözmümlü deyil və yalnız tropik sularda yaşayır. Alliqatorlar isə 7,2 °C-də sağ qala bilir. 2009-cu ildə Floridanın cənubundakı anormal soyuq hava ən az 150 timsahın ölümünə səbəb olmuşdur[4].
Xarici görünüşü
[redaktə | mənbəni redaktə et]Təsvir
[redaktə | mənbəni redaktə et]Bütün müasir timsahlar kimi, Amerika timsahları güclü quyruğa və bellərində sərt pulcuqlara sabib olurlar, lakin digər timsahlarla müqayisədə beldəki sümük lövhələrinin sayı azdır və fərdlərdə əhəmiyyətli dərəcədə fərqlənə bilər.
Sifəti Mərkəzi Amerika timsahı və Kuba timsahlarına nisbətən daha ensiz, lakin orta hesabla Orinoko timsahından daha genişdir. Burun dəlikləri, gözlər və qulaqlar başın üzərinə yerləşir. Bu da onlara bədənin qalan hissəsini tamamilə suyun altına saxlamasına imkan verir. Gözlərdə qorumaq üçün qırpma membranları vardır. Bədəndən artıq duzu çıxarmağa kömək edən göz yaşı əmələ gətirən vəziləri də vardır.
Amerika timsahları solğun bozumtul, zeytuni və ya qəhvəyi rəngə malik olur. Yetkinlik yaşına çatmayanlar ümumiyyətlə qara zolaqlı boz və ya yaşıl rəngdə olurlar.
Bu timsah ümumiyyətlə qarnı üstündə sürünür, ancaq özünü də ayaq üstə qaldıra bilir. İri fərdlər demək olar ki, 16 km/saat sürətlə qaça bilir[5]. Bu növ timsahlar ən azı 32 km/saat sürətlə üzə bilərlər[6].
Ölçüləri
[redaktə | mənbəni redaktə et]Yeni doğulmuş timsahların uzunluğu təqribən 27 sm, çəkisi isə 60 q-dır. Kontinental çaylarda yetkin erkəklərin uzunluğu 2,9 ilə 4 m arasında, dişilərdə isə 2,5 ilə 3 m arasındadır[7][8].
Tarcoles çayında (Kosta-Rika) bəlkə də Amerika timsahlarının ən böyük populyasiyalarından biri yayılmışdır. Onlarca fərdin uzunluğu 4 m-dən çoxdur. Bir neçə yetkin erkəyin uzunluğu 5 m-ri keçir. Bu timsahlar gündəlik bəslənildikləri körpü keçidində toplaşırlar (bu da onların cür böyük ölçülərə çatmalarına kömək etmiş ola bilər). Bununla birlikdə, ən böyük Amerika timsahlarının dəqiq olaraq uzunluğunun nadir hallarda 5–6 m-ə çatdığı Cənubi Amerika çaylarının hövzələrində tapıldığına inanılır[9].
Adalarda və ya sahillərdə yaşayan kəskin timsahlar ümumiyyətlə qitədə olanlardan daha kiçikdir. Belizin sahil bölgəsindəki yetkinlərin orta çəkisi cəmi 77.8 kq-dır[10]. Ancaq timsahların hələ də dənizlə sıx əlaqəli olduğu Floridada ən uzun yetkinləri 5.2 metrdir. Floridadaki Everqlades Milli Parkında MonsterQuest proqramı üzərində çalışan iki bioloq Amerika timsahını təqib edib və lentə almışlar. Bu fərdin uzunluğu 5.5 m olmuşdur. Baxmayaraq ki, Floridadakı yetkin erkəklər orta hesabla 3.35 m-ə çatır. Mərkəzi və Cənubi Amerikada olan çay timsahlarından xeyli kiçikdirlər[11][12].
Bu növün mövcud olan ən böyük timsah başı 72,6 sm-ə çatır və 6,6 m uzunluğu olan bir timsaha aiddir. Uzunluğu 4,5–5 m olan, böyük çaylarda yaşayan, iri erkəklər təxminən 400–500 kq ağırlığında olur. Uzunluğu 6 m-dən yuxarı fərdlərin çəkisi bir tona çata bilər[13][14].
Çoxalması
[redaktə | mənbəni redaktə et]Amerika timsahları qışın əvvəlində və ya sonunda qidalanır. Bədən ölçüsü cütləşmə qabiliyyətini təyin etməkdə yaşdan daha vacibdir. Dişilər cinsi yetkinliyə təxminən 2,5 m uzunluğa çatır. Fevral və ya mart aylarında dişilər suyun kənarında qum, palçıq və quru bitki örtüyündən yuva qurur. Timsahların cinsi istiliyə bağlı olduğundan, temperaturdakı kiçik dəyişikliklər yalnız erkəklərin və ya yalnız dişilərin yumurtadan çıxması ilə nəticələnə bilər. Təxminən bir ay sonra dişi yuvadan çapraz olaraq geniş bir çuxur qazır. Orta hesabla dişi 30–70 yumurta qoyur. Dişi yumurta qoyduqdan sonra yumurtaların üzərini örtə və ya açıq buraxa bilər. Yumurtalar ağ, uzunsov olur. Uzunluğu təxminən 8 sm və eni 5 sm-dir. Yumurtaların kövrək qabıqda çoxlu tənəffüs məsamələri vardır. İnkubasiya 75–80 gün davam edir. Valideynlər yuvanı yaxınlıqdakı suda qoruyur. Ancaq Amerika timsahı populyasiyalarının hamısı yuvalarını qorumur. Bütün tədbirlərə baxmayaraq timsah yumurtaları tez-tez yenot, koati, tülkü, skunslar, qara ayı və ya digər məməlilərin, eləcə də iri yırtıcı qarışqaların, kərtənkələlərin, xərçənglərin hücumuna məruz qalır. Panamada adi iquanaların timsah yumurtalarını ovladığı görülmüşdür. Baxmayaraq ki, bəzi hallarda özləri dişilər tərəfindən tutulub yeyilmişdir[15].
Ananın bütün populyasiyalarda olmasa da, bir neçə həftə ərzində yumurtadan çıxmış timsahlara qulluq etməsi çox yayğındır. Yumurtadan çıxandan təxminən beş həftə sonra gənc timsahlar analarının ətrafında dfolaşmaqdan imtina edir və ondan aralaşırlar. Əlbəttə ki, onların əksəriyyəti yırtıcı quşların və iri balıqların, kərtənkələ, yenot, kayman və digər timsahların qurbanına çevrilərək sağ qalmırlar. Həyatlarının ilk mərhələlərindən uğurla keçən timsahlar böcəklər, balıqlar və qurbağalarla qidalanaraq çox sürətlə böyüyürlər. Nəticədə hər cür təbii düşməndən məhrum olurlar. Ancaq bəzi gənc timsahların qəsdən bir-birlərinə hücum etmələrin və nəticədə onlardan birinin ölməsi faktı aşkarlanmışdır.
Populyasiyası
[redaktə | mənbəni redaktə et]1930–1960-cı illərdə bu növ, əsasən dəri üçün fəal şəkildə ovlanılırdı. İndi bir çox ölkədə qoruma alınmışdır. Amerika timsahının süni yetişdirilməsi üçün proqramlar vardır.
İndi dünyada bu növdən 10 ilə 20 min arası fərdin yaşaması ehtimal edilir. Ancaq insan fəaliyyəti səbəbindən populyasiya durmadan azalır. Bəzi ölkələrdə (Beliz, Kuba) populyasiya sabit qalmışdır.
İnsanlara hücumlar
[redaktə | mənbəni redaktə et]Amerika timsahları insanlar üçün təhlükəli heyvanlar sayılır. Meksika, Kosta-Rika və Panamada meydana gələn hücumlar köpək balığı hücumlarından daha çox yayılmışdır. Bununla belə bu növ timsahlar, Köhnə dünyanın iri timsahlarından (məsələn: Nil timsahı) nisbətən daha az aqressiv və daha ehtiyatlı sayılır. Bu növ insanlara qarşı olduqca çox hücumlarla tanındığından daha çox aqressiv sayılır[16].
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən aparılan bir araşdırmada, bu timsahın böyük ölçüsü və geniş ərazidə yeni dünya timsahları arasında ən çox yayılmış timsah olduğununu bildirilir. Kuba və Mərkəzi Amerika timsahlarının insanlara qarşı Amerika timsahlarından daha aqressiv olduğu bildirilir. Bununla belə, bu timsahların ölümcül hücumları, məskunlaşma məsafələri və kiçik ölçüləri səbəbiylə əhəmiyyətli dərəcədə daha az yayğındır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ The Reptile Database (ing.). / P. Uetz 2015.
- ↑ "American Crocodile". Animals. National Geographic Society. 10 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
- ↑ Dr. Adam Britton
- ↑ Swiman, Elizabeth; Hostetler, Mark; Main, Martin; Miller, Sarah Webb. "Living with Alligators: A Florida Reality". UF/IFAS Extension Service. 2005-08. 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
When alligators walk on land, they can move very quickly and are capable of running at speeds of 7.5 to 9 mph for short distances.
- ↑ "American Crocodile". Everglades. Miami Science Museum. 23 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-12.
- ↑ Savage, Jay M.; Fogden, Michael; Fogden, Patricia (2005). The Amphibians and Reptiles of Costa Rica: A Herpetofauna between Two Continents, between Two Seas. University Of Chicago Press.
- ↑ Thorbjarnarson, J. B. (1986). Ecology of the American crocodile, Crocodylus acutus. In Crocodiles: Proceedings of the 7th Working Meeting of the Crocodile Specialist Group of the Species Survival Commission of the International Union for Conservation of Nature and Natural Resources, Caracas, Venezuela, 21 to 28 October 1984 (p. 228). IUCN.
- ↑ Behler JL, King FW. 1979. The Audubon Society Field Guide to North American Reptiles and Amphibians. New York: Alfred A. Knopf. 743 pp. LCCCN 79–2217. ISBN 0-394-50824-6.
- ↑ Platt, S. G., T. R. Rainwater, J. B. Thorbjarnarson & D. Martin 2011. Size estimation, morphometrics, sex ratio, sexual size dimorphism, and biomass of Crocodylus acutus in the coastal zone of Belize.
- ↑ Gaby, R., McMahon, M. P., Mazzotti, F. J., Gillies, W. N., & Wilcox, J. R. (1985). Ecology of a population of Crocodylus acutus at a power plant site in Florida. Journal of Herpetology, 189–198.
- ↑ Wood, Gerald (1983). The Guinness Book of Animal Facts and Feats.
- ↑ "American Crocodiles, American Crocodile Pictures, American Crocodile Facts — National Geographic". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
- ↑ Behler JL, King FW. 1979. The Audubon Society Field Guide to North American Reptiles and Amphibians. New York: Alfred A. Knopf.
- ↑ Dugan, B. A., Rand, A. S., Burghardt, G. M., & Bock, B. C. (1981). Interactions between nesting crocodiles and iguanas. Journal of Herpetology, 409–414.
- ↑ Sideleau, B., & Britton, A. R. C. (2012). A preliminary analysis of worldwide crocodilian attacks. In Crocodiles. Proceedings of the 21st Working Meeting of the Crocodile Specialist Group, Manila, Philippines. IUCN. Gland, Switzerland, Manila, Philippines (pp. 111–114).