Ammonyak

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ammonyak
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu NH3
Molyar kütlə 17.0306 q/mol
Fiziki xassələri
Sıxlıq 0.7723 (n.ş.) q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -77.73 °S
Qaynama nöqtəsi -33.34 °S
Öz-özünə yanma temperaturu 651 ± 1 °C[1]
Buxarın təzyiqi 8,5 ± 0,1 atm[2]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 9,21 ± 0,01[3]
Təsnifatı
CAS-da qeyd. nöm. [7664-41-7]
PubChem
RTECS BO0875000
ChEBI 16134
BMT nömrəsi 1005
ChemSpider

Ammonyak (NH3) — Hidrogenin nitridi olub, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır.

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]

Adın mənşəyi Köhnə Misirə əsaslanır. Amon məbədinin isidilməsində istifadə edilən qazlardan, məbədin divarlarında, tavanında süfrə duzu kimi ağ kristallar halındakı ammonium xlordan istifadə edilmişdir. Adı həmin dövrdə "Amonun Duzu" adlanırdı.

Laboratoriyada Ammonyakı almaq üçün Ammonium duzlarına qələvilərlə təsir edilərək alınır.

2NH4Cl + Ca(OH)2t CaCl2 + 2H2O + 2NH3

Sənayedə isə "Qaber üsulu" ilə sintez edilir:

Ko=1,8×10−5

Onu daş kömürün oksidləşməsindən almaq olar.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Ammonyakın mühüm kimyəvi xassələrindən biri onun turşularla duz əmələ gətirməsidir:

Ammonyakın oksidləşməsi

  • Ammonyak 1000 °C
  • Ammoniyak duz komplekslərinin alınması
Ammonyak istehsal edən kalonka, 1921-ci ildə tikilib BASF

NH3 güclü reduksiyaedicidir. Qızdırıldıqda metal oksidlərini reduksiya edir, özü isə sərbəst azota qədər oksidləşir. Məhz bu səbəbdən NH4+ ionu və oksidləşdirici turşulardan əmələ gəlmiş duzlar parçalanarkən, ayrılan ammonyak azota və azot 1-oksidinədək oksidləşir:

3CuO + 2NH3t CaCl2 3Cu + N2 + 3H2O

3Fe3O4 + 8NH3t CaCl2 9Fe + 4N2 + 12H2O

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Ammonyak rəngsiz qaz olub, kəskin iylidir. Yaxşı termodinamiki xüsusiyyətlərə malikdir. Amonyakın normal qaynama temperaturu −33,30 C-dir. Adi iş şəraitində buxarlandırıcıda təzyiq atmosfer təzyiqindən yüksək, qaynama temperaturunda vakuum isə −33,30 C-dən aşağı tələb olunur. Kondensatorda suyun soyudulmasında təzyiq 0,8…1,3 MPa-dır. Soyuducu agent kimi 1874-cü ildən istifadə olunur. Ammonyakın nisbətən böyük həcmi soyutma məhsuldarlığı kompressora daxil olan soyuducu agentin cüzi həcmindən asılı olur. Buna görə də ammonyak maşınları yığcamdır.[4]

Ammonyak yağda həll olmur, ancaq suda intensiv udularaq hopur. Qeyri kiplikdən keçən ammonyakın azalmasında onu iyə görə asan müəyyənləşdirmək olur. Ammonyakın axması (itməsi) xüsusi məhlul hopdurulmuş indikator ilə təyin edilir. İşlədilmədən qabaq kağız silinir və hardan ammonyak axırsa ora yaxınlaşdırılır. Ammonyakın artması ilə havada kağızın rəngi moruq rəngi alır. Qara metallarla (çuqun, polad) ammonyak reaksiyaya girmir, nəmliyin əmələ gəlməsində isə sink, mis və onun xəlitəsini yeyir. Ona görə də ammonyakla işləyən maşınların hissələri mis və onun xəlitəsindən olmamalıdır.

Ammonyak mühitinin çatışmamazlıqları insan orqanizminə mənfi təsir göstərməsidir. O kəskin xarakterli iyə malik olub, göz giləsini, mədəni, nəfəs yollarını qıcıqlandırır və nəfəs orqanlarında ağrı, dəridə yanıq əmələ gətirir. Həcmi kondensasiya 0,0005% olduqda havada onun artması hiss olunur. Əgər havada ammonyak həcmə görə 0,5%-dən artıq olarsa, onda arasıkəsilmədən daxil olması zamanı zəhərlənmə ola bilər.

İstifadə edilməsi

[redaktə | mənbəni redaktə et]

Ammonyak gübrə, dərman, boya, ətir kimi maddələrin sintezlənməsinin ilk mərhələsində istifadə edilir. Ammonyak canlılar üçün zəhərli bir maddədir, istifadə edərkən diqqət yetirilməsi vacibdir. Bir çox yerlərdə ammonyak adı altında satılan maddələr ammonyakın sulu məhlulu olan "Ammonium hidroksid"dir.

  • Aşqarlarda
  • Boyalarda;
  • Ətirlərdə;
  • Təmizlik vəsaitlərində;
  • Partlayıcılarda;
  • Gübrə istehsalında;
  • Nitrit turşunun istehsalında;
  • Plastiklərdə.
  1. http://www.cdc.gov/niosh/ipcsneng/neng0414.html.
  2. http://www.cdc.gov/niosh/npg/npgd0028.html.
  3. Hall H. K. Correlation of the Base Strengths of Amines 1 (ing.). // J. Am. Chem. Soc. / P. J. Stang ACS, 1957. Vol. 79, Iss. 20. P. 5441–5444. ISSN 0002-7863; 1520-5126; 1943-2984 doi:10.1021/JA01577A030
  4. "Искусственное изменение окраски лепестков цветов. Удивительный мир растений". 2015-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Ахметов Н. С. Общая и неорганическая химия. — М.: Высшая школа, 2001.
  • Карапетьянц, Михаил Христофорович, Дракин С. И. Общая и неорганическая химия. — М.: Химия, 1994.
  • Акимова Л. Д. Изучающим основы холодильной техники. — М., 1996.
  • Ельницкий А. П., Василевская Е. И., Шарапа Е. И., Шиманович И. Е. Химия. — Мн.: Народная асвета, 2007.