Anaerob infeksiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Anaerob infeksiya
XBT-9-KM 041.84[1]

Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir.[2]

Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində yaralıların arasında 1,5–2% anaerob qanqrena və 10,5% halda isə anaerob qanqrenadan ölüm halları təsadüf edilmişdir.[2]

Anaerob infeksiya qazlı qanqrena, qanqrena, orqanın çürüməsi və s. adını daşıyıb, hal-hazırda isə anaerob qanqrena adlandırılır.[2]

Anaerob infeksiyanın yaranmasının səbəbləri

[redaktə | mənbəni redaktə et]

Xəstəliyin səbəblərinə kor güllə yarası, yad cisimlərlə yaralanma, geniş və dərin, çoxlu ciblərə malik yaralar, qanı saxlamaq məqsədilə ətrafa uzun müddət kəmərin və ya damara liqaturanın qoyulması, aclıq, yorğunluq, kəskin anemiya, şok, orqanizmin müqavimətinin azalması, torpaqla çirklənmiş yaralar daxildir.[3]

Anaerob infeksiyanın gedişatı

[redaktə | mənbəni redaktə et]

Xəstəliyin gizli dövrü 1–7 günə qədərdir. Klinik gedişinə görə ildırımsürətli, kəskin sürətli və zəif inkişaf edən qazlı qanqrena müşahidə edilir. Xəstəliyin yerli və ümumi əlamətləri mövcuddur. Yerli əlamətlərə ödəm, yarada qazın olması, toxumaların yerli çürüməsi aiddir. Yaradan sarğını açan zaman qazın xaric olması müşahidə edilir. Dərində olan toxumaəzələlərin rəngi dəyişir. Ödəm zamanı yarada qanın parçalanıb toxumalara hopmasından dəridə mərmərşəkilli bənövşəyi-göyümtül, göy-yaşıl, sarı rəngdə ləkələr və zolaqlar əmələ gəlir. Dəridə içərisi qanlı maye dolu suluqlar olur. Əmələ gəlmiş ödəmi yaxşı müşahidə etmək üçün A.V.Melnikovun diaqnostik üsulundan istifadə edilir: bunun üçün ipək sap ətrafa boş vəziyyətdə sarınır (düyünləyib sonra tez onu yoxlamaq lazımdır). Ödəm inkişaf etdikcə sap toxumalar içərisində itir. Buna "liqatura simptomu" deyilir. Əzələlərin parıltısı itərək boğulmuş tünd rəngdə olur, liflər asanlıqla ayrılır, "köhnə əskini" xatırladır və ya "pörtülmüş ətə" oxşayır.[4]

Anaerob infeksiyanın əlamətləri

[redaktə | mənbəni redaktə et]

Xəstələr ilk saatlar narahatlıq hiss edirlər, həyəcanlı olurlar. Lakin tez bir zaman depressiyaya düşürlər. Xəstə sarğının bərkliyindən, sıxlığından şikayətlənir, nəbzi tezləşir dəqiqədə 100–140–a çatır. Bədən hərarəti 37,5°–40° qədər yüksəlir. Susuzluq baş verir, dili, ağzı quruyur. Xəstənin üzü bir anda dəyişir, avazıyır, sonra torpaq rəngini xatırladır, gözləri çuxura düşür, dili quruyur və ərplə örtülür. Qanda leykositlərin sayı artır, hemoqlobineritrositlər azalmağa başlayır. Çox vaxt ağır bir vəziyyət alınır, hətta ölümlə nəticələnir.[5]

Müalicədə əsas yeri cərrahi üsul tutub kompleks şəkildə aparılmalıdır. Ən əvvəl əməliyyatdan qabaq xəstəyə qanqanı əvəz edən maddələr vurulur. Vena daxilinə qlükoza, fizioloji məhlul, hemodez, plazma edilir. Əməliyyat ümumi narkoz altında aparılır. Anaerob qanqrena müşahidə edilən nahiyədə dərin kəsiklər aparılır, nekroza uğramış toxumalar kəsilib atılır. 3–-li hidrogen–peroksid, kalium-permanqanat, furasillin məhlulları ilə yara yuyulur, sonra yaraya 10% xörək duzu məhlulunda isladılmış tampon qoyulur. Əgər ehtiyac varsa açıq amputasiya olunur. Antibiotiklərdən qramisidin və tetrasiklin təyin edilir. Yaraya sulfanilamid preparatları, penisillin tozu səpilir və ya inyeksiya şəklində yaranın ətrafına vurulur. Xəstələr ayrıca palatalarda yerləşdirilməlidirlər, işlədilmiş sarğı materialları yandırılmalıdır. Çirklənmiş ağlar, xalatlar 2% soda məhlulunda isladılır, sonra həmin məhlulda 1 saat qaynadılır, alətlər 2 saat 2% soda məhlulunda qaynadılır.[6]

Profilaktikası

[redaktə | mənbəni redaktə et]

Ən yaxşı nəticə ilk yardımın vaxtında göstərilməsidir. Yaranın birincili cərrahi işlənməsi, yaraya sarğının qoyulması və xəstələrin təcili cərrahi müalicə müəssisəsinə çatdırılması anaerob infeksiya üçün əsas profilaktik üsullarından biri sayılır. Ətrafın immobilizasiyası profilaktika üçün əsas rol oynayır. Çirklənmiş yaralarda əzələdaxili qanqrena əleyhinə bakteriofaqların, zərdabların yeridilməsi müsbət əhəmiyyət kəsb edir. Anaerob bakteriofaq eyni həcmdə difaqla (strepto və staflilokokk faqların qatışığı) və 0,5%-li novokain məhlulu ilə qarışdırılır. Belə bir məhlulu həm yerli keyitmə, eləcə də yara ətrafında toxumalara çiləmək yaxşı effekt verir. Birincili cərrahi işlənməsi zamanı yaraya tikiş qoymaqdan imtina edilir, yara işlənib qurtardıqdan sonra açıq qalaraq yumşaq tamponada olunur ya da ona drenaj qoyulur. Qanaxmaşok əleyhinə ciddi mübarizə aparılmalıdır. Yaralıların şəxsi gigiyenasını xüsusi qeyd etmək lazımdır.[7]

  1. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  2. 1 2 3 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 170.
  3. R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 170.
  4. R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2015. 2020. səh. 171.
  5. R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 171.
  6. R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2015. 2020. səh. 172.
  7. R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 172.