Apnoe

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Apnoe (a… + yun. πνοή – tənəffüs) –tənəffüs hərəkətlərinin qısa müddətli dayanması. Əsasən, hiperkapniya (orqanizmdə karbon qazının miqdarının artması) və hipoksemiya (qanda oksigenin miqdarının azalması) nəticəsində baş verir. Apnoe reflektor, öz başına, güclü emosiya, habelə narkoz çox olduqda, beyin silkələnməsi, elektrik travması nəticəsində, həmçinin yuxuda baş verə bilər.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 574. ISBN 978-9952-441-02-4.