Arbedo döyüşü
Arbedo döyüşü | |
---|---|
Tarix | 30 iyun 1422 |
|
Arbedo döyüşü — Milan hersoqluğu ilə İsveçrə konfederasiyası arasında 30 iyun 1422-ci ildə baş vermiş döyüş.
Zəmin
[redaktə | mənbəni redaktə et]1419-cu ildə Uri və Untervalden kantonları Bellinson qalasını Sakko baronlarından satın aldılar, lakin onlar qalanın müdafiəsini təmin edə bilmədilər. Belə olduqda, Milan hersoqluğu kantonlara hərbi cəhətdən möhkəmləndirilmiş şəhəri onlardan satın almağı təklif etdi, lakin kantonlar 1422-ci ildə bu təklifdən imtina etdilər. 1407-1419-cu illər arasında Uri və Untervalden Bellinson şəhərini və mahalını Saks baronlarından satın alana qədər, 1419-cu ilə qədər Bellinson Konfederasiya üçün dost şəhər hesab olunurdu.
Bundan qısa müddət sonra kondotyer (muzdluların komandiri) Françesko Bussone da Karmanol başda olmaqla Viskonti ailəsinin qoşunları İsveçrə qarnizonunu qovdu və qalanı işğal etdi. Şəhəri geri almaq üçün isveçrəlilər 2500 əsgərdən ibarət böyük bir ordu topladılar və Sen-Qotarddan keçərək Bellinsona getdilər, lakin burada uğursuz hücumdan sonra şəhərin şimalında düşərgə saldılar.
Döyüş
[redaktə | mənbəni redaktə et]1419-cu il iyunun 30-da Karmanol İsveçrə düşərgəsinə qəfil hücum etdi. İsveçrəlilər tezliklə kvadrat şəklində düzülüb düşmənin bir neçə süvari hücumunu dəf etdilər. Bundan sonra Karmanyol öz süvarilərinə sürətlə İsveçrə meydanına əsas hücuma keçməyi əmr etdi. Milanlıların sayca üstünlüyü (16.000 əsgər, o cümlədən 5 min nəfər atlı) düşməni geri çəkilməyə vadar etdi. Bundan əlavə, Milanlıların süvari nizələri İsveçrə alebardalarından daha uzun idi, buna görə də Karmanolun əsgərləri döyüşdə açıq üstünlüyə malik idilər. İsveçrəlilər Arbedo kəndinə doğru dik bir yamacla geri çəkilməyə məcbur oldular.
Əvvəlcə vəziyyət isveçrəlilər üçün tamamilə ümidsiz görünürdü, lakin Karmanolun əsir götürməmək əmri ilə döyüşün şiddəti daha da gücləndi. Son cəhddə isveçrəlilər mühasirəni yarmağa müvəffəq oldular və 500 əsgərini itirərək şimala doğru çəkildilər.
Döyüşün nəticəsinə əsasən Bellinson şəhərini Milan hersoqluğu özündə saxladı, bundan əlavə, hersoqluq Ossola əyalətini də ələ keçirərək isveçrəliləri əvvəlki bütün uğurlarından məhrum etdi. Konfederasiyanın Laqo Macor gölü bölgəsində hücumu dayandırıldı. Həmçinin, Arbedo döyüşü nəticəsində isveçrəlilər uzun nizələrə qarşı alaberdalardan istifadə olunmasından imtina etdilər.