Artur Taymazov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Artur Taymazov
Vəzifədədir
18 sentyabr 2016-cı ildən
bayraq
Vahid Rusiya” partiyasının Şimali Osetiya regional bölməsinin katibi
bayraq2
Vəzifədədir
9 iyun 2021-ci ildən
ƏvvəlkiTimur Ortabayev
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1979(1979-07-20) (45 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti güləşçi[d], siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d]

Təltifləri Order of Honor "Böyük xidmətlərə görə" ordeni Order of El-yurt hurmati
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artur Borisoviç Taymazov (rus. Артур Борисович Таймазов, özb. Artur Borisovich Taymazov, oset. Таймӕзты Барисы фырт Артур; 20 iyul 1979, Noqir, Şimali Osetiya MSSR) — Rusiya siyasi xadimi, Özbəkistan millisini təmsil etmiş osetiyalı sərbəst güləşçi. VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, 18 sentyabr 2016-cı ildən Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsinin sədr müavini.[1] 9 iyun 2021-ci il tarixindən Vahid Rusiya Partiyasının Şimali Osetiya regional bölməsinin katibi.[2]

2004-cü il Olimpiya çempionu, 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu (2003, 2006), ikiqat Asiya çempionu (2000, 2011), üçqat Asiya Oyunlarının çempionu (2002, 2006, 2010).

20 iyul 1979-cu ildə Şimali Osetiyada, Vladiqafqazın şəhərətrafı qəsəbəsi Nogir kəndində anadan olub. Qardaşları ilə birlikdə ağır atletika və sərbəst güləşlə məşğul idi. Taymazovun sərbəst güləş üzrə ilk məşqçisi Apayev Xasan Vladimiroviç olmuşdur. Daha sonra onun məşqçisi üç dəfə dünyanın ən yaxşı məşqçisi olmuş Kazbek Maqometoviç Dedeqkayev oldu. Arturun böyük qardaşı Timur Taymazov Ukrayna millisinin heyətində ağır atletika üzrə 1996-cı il Olimpiya çempionu və ikiqat dünya çempionudur.

2004-cü ildə K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetini bitirmişdir, 2009-cu ildə isə Dağ Dövlət Aqrar Universitetini.

2017-ci il aprelin 5-də Beynəlxalq Olimpiya Komitəsi onun onun nümunələrində turinabolstanozolol kimi dopinqləri aşkar etdikdən sonra, Taymazov 2008-ci il Olimpiya Oyunlarında Özbəkistanı təmsil edərək qazandığı qızıl medaldan məhrum edildi.[3]

23 iyul 2019-cu il tarixində BOK məlumat yaydı ki, dopinq testlərinin təkrar yoxlanılması nəticəsində Artur Taymazovun 2012-ci il Olimpiya Oyunlarında 120 kq-ya qədər çəki dərəcəsində sərbəst güləş üzrə qazandığı qızıl medalı ləğv olunur. Oyunlarda Özbəkistan millisini təmsil edən Taymazovun dopinq testində yeni üsullarla qadağan olunmuş turinabol maddəsi aşkar edilmişdir.[4]

Beləliklə, Artur Taymazov tarixdə iki Olimpiya qızıl medalından məhrum edilmiş ilk güləşçi oldu.[5]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin aprelində Artur Taymazov yeddinci çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilər öncəsi “Vahid Rusiya”nın partiyadaxili səsverməsində iştirak etmək üçün müraciət etdi. 22 may 2016-cı il tarixində keçirilən ilkin səsvermə zamanı Artur Taymazov 46.752 səs topladı.

2016-cı il iyunun 26-da “Vahid Rusiya” partiyasının 15-ci qurultayı 25 saylı Şimali Osetiya birmandatlı seçki dairəsi üzrə VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə Artur Taymazovun namizədliyini təsdiqlədi.

Daha sonra üçqat (o dövrdə) Olimpiya çempionu, Vahid Rusiya Partiyasının üzvü Artur Taymazov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdü və 3 avqust 2016-cı ildə namizədlik vəsiqəsini aldı.

Qanunyazma fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2016-2019-cu illərdə VII çağırış Dövlət Dumasının deputatı səlahiyyətləri dövründə 10 qanunvericilik təşəbbüsünün və federal qanun layihələrinə düzəlişlərin həmmüəllifi olmuşdur.[6]

  1. "Таймазов Артур Борисович". Государственная Дума (rus). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  2. "Артур Таймазов избран секретарем Северо-Осетинского реготделения «Единой России»". er.ru (rus). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  3. "IOC sanctions three athletes for failing anti-doping test at Beijing 2008 and London 2012" (ingilis). IOC. 2017-4-5. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-4-6.
  4. "Борец Таймазов лишен золота ОИ-2012 из-за положительной допинг-пробы". 2021-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  5. "IOC sanctions one athlete for failing anti-doping tests at London 2012 - Olympic News" (ingilis). International Olympic Committee. 2019-07-23. 2019-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-24.
  6. "Объекты законотворчества :: Система обеспечения законодательной деятельности". sozd.duma.gov.ru. 2019-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-06.