Asporça Xatun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Asporça Xatun
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1362
Vəfat yeri
Həyat yoldaşı

Asporça Xatun (Bizans imperiyası1362, Bursa; doğum adı Şahzadə Asporça) — Osmanlı sultanı Orxan Qazinin ikinci həyat yoldaşı və Bizans imperatoru olan II Andronik Paleoloqun qızıdır. Bizans imperatoru Andronik Osmanlı hücumlarının qarşısının alınması düşüncəsi ilə qızını düşmən dövlətin hökmdarına ərə vermişdir.[1]

Şahzadə Asporça və Orxan Qazi 1316-cı ildə evlənmişdirlər. Lakin bu evliliyə baxmayaraq, Bizans-Osmanlı müharibələri davam etmiş və bu evlilikdən sonra Asporça Xatun da Orxan Qazinin birinci həyat yoldaşı olan Nilüfər Xatun kimi İslamı qəbul edərək və müsəlman olmuşdur. Bu evlilikdən gələcəkdə Əskişəhərdə sancaqbəyi olacaq Şahzadə İbrahim, Şahzadə Şərəfullah, Səlcuq Xatun və Fatma Xatun dünyaya gəlmişdirlər. Həm Bizans, həm də türk tarixçiləri onun daha çox övladı olduğunu zənn edirlər.[2][3]

1323-cü ildə yaratdığı vəqfinə oğlu Şahzadə İbrahimi qəyyum təyin etmişdir. O, xeyirxah əməlləri ilə xalqın sevdiyi qadına çevrilməyi bacarmışdır. Bağışladığı (vəqf etdiyi) əmlaklarından əldə edilən gəlirlərə qoyduğu şərtlər isə aşağıdakı kimi olmuşdur:

  1. Üç hafiz bazar ertəsicümə gecələri Asporça Xatuna və onun övladlarına Quran oxumalı;
  2. RamazanQurban bayramlarında kasıblara yemək paylanılmalı
  3. Müqəddəs gecələrdə şam yandırılmalı.[4][5]

I Osman Narlı kaplı ərazisində yerləşən kəndləri və bir çox başqa torpaqları gəlininə bağışlamışdır.

Ölümü və dəfn edilməsi

[redaktə | mənbəni redaktə et]

Orxan Qazi vəfat edəndən sonra onun Nilüfər Xatundan olan oğlu I Murad taxta çıxmışdır. Şahzadə İbrahim isə qardaşının sultanlığını qəbul etməyərək ona qarşı üsyan etmişdir. Üsyan yatırıldıqdan sonra isə Şahzadə İbrahim I Muradın əmri ilə edam edilmişdir.

1362-ci ildə Orxanın vəfatından sonra Asporça Xatun hələ də sağ idi. Onun dəqiq vəfat tarixi bilinmir. Ölümündən sonra Bursadakı Orxanın məzarında dəfn edilmişdir. Lakin əsrlərlə davam edən zəlzələlər və yanğınlara görə XIX əsrdə Bursanın sultan türbələri əsaslı şəkildə təmir edilmiş və hal-hazırda I Osmanın məqbərəsində Asporça Xatunun və onun böyük oğlu olan Şahzadə İbrahimin sarkofaqı yerləşir.[6][7]

  1. Alderson, 1956
  2. Encyclopedia of Ahılık - Vol. II. Şekerbank. 2017. pp. 190, 199
  3. Osmanlı hanedan türbeleri. Kültür Bakanlığı yayınları. Ankara: Kültür Bakanlığı. 1992. ISBN 978-975-17-1009-3.
  4. Harem'den taşanlar (türk). Çatı Kitapları. 2004. ISBN 978-975-8845-02-6. 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  5. Bu mülkün kadın sultanları: vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler (türk). Oğlak Yayıncılık. 2008. ISBN 978-975-329-623-6. 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.
  6. The imperial harem : women and sovereignty in the Ottoman Empire. New York. 1993. ISBN 0-19-507673-7. OCLC 27811454. 6 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2022.
  7. Osman's Dream (ingilis). John Murray Press. 19 iyul 2012. ISBN 978-1-84854-785-8. 2024-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-16.