Assuva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
E.ə. 1200-cü ildə Kiçik Asiya.

AssuvaAnadolunun qərbində konfederasiyası. Bu, hetlərə qarşı müharibə aparmaq üçün yaradılmışdır və e.ə.. 1230-cu ildə IV Tudxaliyanın başçılıq etdiyi het ordusu tərəfindən məğlub edilmişdir.

Helmut Bossert sonradan yaranmış Asiya adının Assuvadan gəldiyini, bu adın əvvəlcə yalnız Anadoluya aid ediliyini və Makedoniyalı İsgəndərin yürüşləri dövründə Yunanıstanın şərqindəki torpaqların hamısını ifadə etdiyini irəli sürmüşdür.[1]

Üzvlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

IV Tudxaliyanın "Annallar"ında koalisiyanın tərkibi göstərilmişdir. Siyahı cənubdan şimala doğru verilmişdir:[2]

  • adı "-ugga" və ya "-luqqa" ilə bitən ölkə.
  • Kispuva (Kispuwa).
  • Unaliya (Unaliya).
  • başlıq zədələnib.
  • Tura (Dura).
  • Xalluva (Halluwa).
  • Xuvalussiya (Ḥuwallušiya).
  • Karkiya (həmçinin "Karakiša"; qədim Kariya olduğu güman edilir).
  • Dunda.
  • Adadura.
  • Parista (Parišta).
  • başlıq zədələnib.
  • Ad pozulub. Ehtimal olunur ki, bu ad "-wwa" ilə bitir.
  • Varsiya (Waršiya).
  • Kuruppiya.
  • adı "-luišša" ilə bitən ölkə (və ya sadəcə "Luišša").
  • Alatara (Alatra).
  • [dağ ölkəsi] Paxurina (Pahurina).
  • Pasuxalda (Pasuhalta).
  • başlıq zədələnib.
  • Vilusiya.
  • Taruisa (T[a]rui[s]šaı Troya və ya Troad ərazisinin adı olduğu güman edilir).
  1. Bossert, 1946
  2. Гиндин, Леонид Александрови. Население Гомеровской Трои. Историко-филологические исследования по этнологии древней Анатолии Arxivləşdirilib 2017-07-14 at the Wayback Machine. М.: Наука, издательская фирма "Восточная литература", 1993. 211 с. ISBN: 5-02-017512-9. стр. 26.
  • Bossert, Helmut T., Asiaa, İstanbul, 1946.