Aydın Hüseynov (şahmatçı)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aydın Hüseynov | |
---|---|
azərb. Aydın Hüseynov | |
Ölkə | |
Doğum adı | Aydın |
Doğum tarixi | |
Doğum yeri | Batumi, Gürcüstan SSR |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Titulu | Qrosmeyster (1998) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2513 (Yanvar, 1999)[1] |
FİDE nömrəsi | 13400169 |
Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998).
Həyatı
[redaktə | mənbəni redaktə et]Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın
Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu
Naliyyətləti
[redaktə | mənbəni redaktə et]Zaqafqaziya Çempionatı
1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer
1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer
1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer
1987- SSRİ Çempionatı (Tümen), ikinci yer
1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer
1990-SSRİ Çempionatı (Herson), ikinci yer
1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer
1983– Beynəlxalq turnir (Bakı), ikinci yer
1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer
1988– Beynəlxalq turnir (Polşa), birinci yer
1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer
1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer
1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer
1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer
Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib:
1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub
1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal)
Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "FIDE rating history: Guseinov, Aidyn". www.olimpbase.org. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-09.
- ↑ FIDE Ratings and Statistics (ing.).
- 31 avqustda doğulanlar
- 1957-ci ildə doğulanlar
- 46 yaşında vəfat edənlər
- 30 oktyabrda vəfat edənlər
- 2003-cü ildə vəfat edənlər
- Əlifba sırasına görə şahmatçılar
- Şahmatçı qaralamaları
- Batumidə doğulanlar
- SSRİ şahmatçıları
- Azərbaycan şahmatçıları
- Azərbaycanlı şahmatçılar
- Şahmat qrosmeysterləri
- Şahmat Olimpiadalarının iştirakçıları
- Gürcüstan azərbaycanlıları
- Bakıda vəfat edənlər