Azərbaycan Premyer Liqası
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1992 |
İlk sezon | 1992 |
Komandaların sayı | 10 |
Liqalar sistemində səviyyə | 1 |
Aşağı liqa | Azərbaycan Birinci Liqası |
Digər kubok(lar) | Azərbaycan Kuboku |
Beynəlxalq kubok(lar) |
UEFA Çempionlar Liqası |
Son çempion | Qarabağ (11-ci dəfə) |
Ən uğurlu komanda | Qarabağ (11 dəfə) |
TV partnyoru | CBC Sport |
Veb səhifəsi | www.pfl.az |
Azərbaycan Premyer Liqası 2024/2025 |
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.
Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]1990-cı illər
[redaktə | mənbəni redaktə et]1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.[1] Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.[1]
2000-ci illər
[redaktə | mənbəni redaktə et]2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatın dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi.[2][3][4] Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi.[5] Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi.[5] Ölkədə "böyük futbol"un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu.[5] Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.[5]
Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı"[q 1] və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi.[6] Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[6] Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-cı ildə isə çempion olmuşdur.[7] 2022-ci ildə "Keşlə" futbol klubu rəsmən "Şamaxı" adlandırılıb.[8]
2010-cu illər
[redaktə | mənbəni redaktə et]2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu.[9][10] Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu.[11] 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.[12] Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.[13]
2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir.[14] Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi.[15] 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü.[16] 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu.[17] 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[18] Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.[19]
2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.[20]
2020-ci illər
[redaktə | mənbəni redaktə et]2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb.[21] Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.[21] Bunun nəticəsində "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.[21]
2021-ci ildə "Neftçi" Azərbaycan Premyer Liqasının yekun turunda yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.[22]
Korporativ strukturu
[redaktə | mənbəni redaktə et]13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Liqası və Azərbaycan Kuboku yarışlarını təşkil edir.[23] Quruma Ramin Musayev rəhbərlik edir.[24]
Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür.[25] Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində əməliyyatlarında rol oynayır.[26]
Müsabiqə formatı
[redaktə | mənbəni redaktə et]Hazırda Azərbaycan Premyer Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 36 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.
Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:
|
|
|
Avrokuboklar üçün kvalifikasiya
[redaktə | mənbəni redaktə et]Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, o zaman Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə, ikinci yeri tutan isə UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır.
Klublar
[redaktə | mənbəni redaktə et]Stadionları və yerləri
[redaktə | mənbəni redaktə et]- Qeyd: Cədvəl əlifba sırası ilə siyahlanıb
Komanda | Ərazi | Stadion | Stadion tutumu |
---|---|---|---|
Qarabağ | Ağdam | Azərsun Arena | 5.800 |
Qəbələ | Şamaxı | Şamaxı şəhər stadionu | 2.500 |
Kəpəz | Gəncə | Gəncə şəhər stadionu | 27.000 |
Neftçi | Bakı | Neftçi Arena | 10.200 |
Sabah | Masazır | Bank Respublika Arena | 13.000 |
Səbail | Bakı | ASCO Arena | 5.000 |
Sumqayıt | Sumqayıt | Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu | 15.500 |
Araz-Naxçıvan | Naxçıvan | Naxçıvan şəhər stadionu | 2.200 |
Turan Tovuz FK | Tovuz | Tovuz şəhər stadionu | 6.500 |
Zirə | Bakı | Zirə Olimpiya İdman Kompleksi stadionu | 1.300 |
Azərbaycan klubları Avrokuboklarda
[redaktə | mənbəni redaktə et]07.11.2024 tarixinə
n | Komandalar | O | Q | H | M | Toplar | Top fərqi | Xal |
---|---|---|---|---|---|---|---|---|
1 | "Qarabağ" Ağdam | 186 | 70 | 46 | 70 | 225:241 | -16 | 256 |
2 | "Neftçi" Bakı | 82 | 26 | 20 | 36 | 95:127 | -32 | 98 |
3 | "Inter" Bakı | 35 | 14 | 10 | 11 | 43:33 | +10 | 52 |
4 | "Qəbələ" | 42 | 11 | 7 | 24 | 41:66 | -25 | 40 |
5 | "Zirə" Bakı | 14 | 6 | 4 | 4 | 18:19 | -1 | 22 |
6 | "Bakı" | 18 | 4 | 5 | 9 | 16:34 | -18 | 17 |
7 | "Xəzər-Lənkəran" | 18 | 2 | 7 | 9 | 14:33 | -19 | 13 |
8 | "Sabah" Bakı | 8 | 4 | 0 | 4 | 12:11 | +1 | 12 |
9 | "Karvan" Yevlax | 6 | 2 | 1 | 3 | 3:6 | -3 | 7 |
10 | "Kəpəz" Gəncə | 14 | 2 | 1 | 11 | 6:30 | -24 | 7 |
11 | "MKT-Araz" İmişli | 4 | 1 | 1 | 2 | 1:3 | -2 | 4 |
12 | "Bakı Fəhləsi" | 2 | 1 | 0 | 1 | 1:1 | 0 | 3 |
13 | "Şəmkir" FK | 10 | 1 | 0 | 9 | 7:21 | -14 | 3 |
14 | "AZAL" Bakı | 4 | 0 | 2 | 2 | 3:5 | -2 | 2 |
15 | "Sumqayıt" | 4 | 0 | 2 | 2 | 3:13 | -10 | 2 |
16 | "Xəzri" Buzovna | 2 | 0 | 1 | 1 | 0:2 | -2 | 1 |
17 | "Səbail" Bakı | 2 | 0 | 0 | 2 | 4:6 | -2 | 0 |
18 | "Simurq" Zaqatala | 2 | 0 | 0 | 2 | 0:4 | -4 | 0 |
19 | "Turan" Tovuz | 2 | 0 | 0 | 2 | 0:7 | -7 | 0 |
20 | "Şəfa" Bakı | 2 | 0 | 0 | 2 | 0:7 | -7 | 0 |
21 | "Viləj" Masallı | 4 | 0 | 0 | 4 | 2:10 | -8 | 0 |
Çempionlar və bombardirlər
[redaktə | mənbəni redaktə et]Mükafatçı klublar
[redaktə | mənbəni redaktə et]n | Klub | Medallar | Çempionluq mövsümləri | |||
---|---|---|---|---|---|---|
1 | Qarabağ | 11 | 4 | 4 | 19 | 1993, 2013–2014, 2014–2015, 2015–2016, 2016–2017, 2017–2018, 2018–2019, 2019–2020, 2021–2022, 2022–2023, 2023–2024 |
2 | Neftçi | 9 | 5 | 7 | 21 | 1992, 1995–1996, 1996–1997, 2003–2004, 2004–2005, 2010–2011, 2011–2012, 2012–2013, 2020–2021 |
3 | Kəpəz | 1 | 2 | 6 | 1994–1995, 1997–1998, 1998–1999 | |
4 | İnter | 2 | 3 | 4 | 9 | 2007–2008, 2009–2010 |
5 | Şəmkir | 2 | 2 | 1 | 5 | 1999–2000, 2000–2001 |
6 | Bakı | 2 | 2 | 1 | 5 | 2005–2006, 2008–2009 |
7 | Xəzər-Lənkəran | 1 | 3 | 0 | 4 | 2006–2007 |
8 | Turan | 1 | 1 | 2 | 4 | 1993–1994 |
9 | Qəbələ | 0 | 2 | 3 | 5 | |
10 | Zirə | 0 | 2 | 1 | 3 | |
11 | Xəzər Sumqayıt | 0 | 2 | 0 | 2 | |
12 | Sabah | 0 | 1 | 1 | 2 | |
13 | Karvan | 0 | 1 | 1 | 2 | |
14 | Xəzri | 0 | 1 | 1 | 2 | |
15 | AZAL | 0 | 1 | 0 | 1 | |
16 | Sumqayıt | 0 | 0 | 1 | 1 | |
17 | Səbail | 0 | 0 | 1 | 1 | |
18 | Simurq | 0 | 0 | 1 | 1 | |
19 | Viləş | 0 | 0 | 1 | 1 |
Dubllar
[redaktə | mənbəni redaktə et]Klub | Sezon | Dubllar |
---|---|---|
Qarabağ | 6 | 1993, |
Neftçi | 3 | 1995–1996, 2003–2004, 2012–2013 |
Kəpəz | 1 | 1997–1998 |
Xəzər-Lənkəran | 1 | 2006–2007 |
Azərbaycan SSR çempionları
[redaktə | mənbəni redaktə et]
|
|
|
Sponsorluq və loqo
[redaktə | mənbəni redaktə et]2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişinin imzalandın və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi.[29] 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib.[30][31][32]
2020-ci il avqustun 2-də Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib. Yeni loqo qartal, alov və dalğa ilə əhatələnən futbol topu elementləri üzərində qurulub.[33]
Period | Sponsor | Name |
---|---|---|
1992–2009 | Sponsor olmayıb | Yüksək Liqa / Azərbaycan Premyer Liqası |
2009–2012 | Unibank | Unibank Premyer Liqası |
2012–2019 | Topaz | Topaz Premyer Liqası |
2019–2022 | Sponsor olmayıb | Azərbaycan Premyer Liqası |
2022– | Misli | Misli Premyer Liqası |
Maliyyə
[redaktə | mənbəni redaktə et]Azərbaycan Premyer Liqası başladığı ildən, 32-dən çox klub müflis olub.[34] 2000-ci illərin ortasında APL və Azərbaycan Birinci Liqası arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[35] 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Premyer Liqasına külli miqdarda vəsait axmağa başladı.[36][37]
2015-ci ildən Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunur.[38] 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib.[38] Azərbaycan milli futbol komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər.[38] AFFA-nın İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılır.[38]
Azərbaycan dövləti 2021-2022 mövsümündən etibarən bütün Premyer Liqa klublarına illik 3 milyon manat maliyyə dəstəyi verir. Ümumilikdə elita iştirakçılarına 30 milyon manat dəstək göstərilib. Birinci Liqada bu məbləğ 3 milyon manat, İkinci Liqada isə 700 min manat olub.[39]
Medianın işıqlandırması
[redaktə | mənbəni redaktə et]2009-cu ildə PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb.[40] 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycanda Premyer Liqa İdman Azərbaycan TV tərəfindən yayımlanırdı. 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının yayım hüququ üçün tender təşkil olundu.[41] Tenderin qalibi CBC Sport oldu.[42]
Statistika və rekordlar
[redaktə | mənbəni redaktə et]Premyer Liqada olan oyunçular mövsümün sonuna kimi Azərbaycan Premyer Liqasının Qızıl Butsu üçün rəqabət aparırlar.
Nazim Əliyev APL-nin tarixində ən çox qol vuran futbolçudur.[43] 1995–96 mövsümündə N. Əliyev APL-də ilk 100 qol vuran oyunçu olmuşdur. O vaxtdan bəri, 10 digər oyunçular da 100 qol nişanına çatmışlar.[44]
APL-də ən çox oyun keçirən futbolçu isə Rahid Əmirquliyevdir.[45]
Qalın şriftlərlə göstərilən oyunçular hələ karyerasını davam etdirir:
Oyunçu | Dövr | Klub[46] | Qol | |
---|---|---|---|---|
1 | Nazim Əliyev | 1992–1999 | Xəzər Sumqayıt | 183 |
2 | Müşfiq Hüseynov | 1992–2007 | Qarabağ | 125 |
3 | Rövşən Əhmədov | 1992–2003 | Kəpəz | 116 |
4–5 | Qurban Qurbanov | 1990–2006 | Neftçi | 115 |
4–5 | Samir Ələkbərov | 1992–2001 | Neftçi | 115 |
6 | Alay Bəhramov | 1992–1999 | Viləş Masallı | 108 |
7 | Nadir Nəbiyev | 1995–2012 | Turan Tovuz FK | 103 |
8–9 | Vadim Vasilyev | 1994–2007 | Bakı Fəhləsi | 102 |
8–9 | Xəqani Məmmədov | 1994–2012 | Şamaxı | 102 |
10 | Kənan Kərimov | 1995–2012 | Şəmkir | 101 |
Oyunçu | Dövr | Klub[51] | Oyun | |
---|---|---|---|---|
1 | Rahid Əmirquliyev | 2003–2023 | Xəzər Lənkəran | 457[52] |
2 | Mahmud Qurbanov | 1992–2012 | Kəpəz | 421 |
3 | Rəşad Sadiqov | 1998–2018 | Neftçi | 392 |
4 | Azər Məmmədov | 1992–2012 | Kəpəz | 388 |
5 | Aslan Kərimov | 1992–2011 | Qarabağ | 382 |
6 | Rəşad Abdullayev | 1994–2017 | Xəzər Lənkəran | 378 |
7 | Maksim Medvedev | 2006–2024 | Qarabağ | 376 |
8 | Elvin Məmmədov | 2004–2023 | Şamaxı | 376 |
9 | Asif Məmmədov | 2004–h.h. | Qəbələ | 373 |
10 | Aqil Məmmədov | 1992–2011 | Turan Tovuz FK | 363 |
Mükafatçı baş məşqçilər
[redaktə | mənbəni redaktə et]Baş məşqçi | Çempion | Qələbə illəri |
---|---|---|
Qurban Qurbanov | 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24 | |
Ağasəlim Mircavadov | 1993, 1999–00, 2000–01, 2004–05, 2006–07 | |
Böyükağa Hacıyev | 2005–06, 2011–12, 2012–13 | |
Kazbek Tuayev | 1993–94, 1995–96, 2003–04 | |
Mehman Allahverdiyev | 1994–95, 1997–98, 1998–99 | |
Əhməd Ələsgərov | 1992 | |
Elbrus Abbasov | 1996–97 | |
Arif Əsədov | 2010–11 | |
Qəhrəman Əliyev | 2001–02 | |
Goko Haciyevski | 2008–09 | |
Kaxaber Tsxadadze | 2009–10 | |
Valentin Xodukin | 2007–08 | |
Samir Abbasov | 2020–21 |
Azarkeş sayı
[redaktə | mənbəni redaktə et]Mövsüm sayı |
Ümumi azarkeş sayı |
Orta azarkeş sayı |
İst. |
---|---|---|---|
2001–02 | 187,929 | 1,099 | [53] |
Liqa ləğv olunub[q 2] | - | - | - |
2003–04 | 195,840 | 1,360 | [54] |
2004–05 | 470,670 | 1,623 | [54] |
2005–06 | - | 1,623 | [54] |
2006–07 | - | 1,085 | [54] |
2007–08 | - | 1,564 | [54] |
2008–09 | - | 1,643 | [54] |
2009–10 | - | 1,701 | [55] |
2010–11 | - | 1,871 | [55] |
2011–12 | - | 2,299 | [56] |
2012–13 | - | 2,381 | [57] |
2013–14 | - | 1,703 | [58] |
2014–15 | - | 1,537 | [59] |
2015–16 | - | 1,521 | [60] |
2016–17 | - | 2,587 | [60] |
2017–18 | - | 2,016 | [60] |
2018–19 | - | 2,022 | [60] |
2019–20 | - | 1,012 | [60] |
Mükafatlar
[redaktə | mənbəni redaktə et]Kubok
[redaktə | mənbəni redaktə et]Çempionluq kuboku PFL-in sifarişinə əsasən, Fransanın "Arthus-Bertrand" şirkəti hazırlayır və hər mövsümun sonu Azərbaycan Premyer Liqasının qalibinə təqdim olunur.[61][62]
Ayın və ilin oyunçusu
[redaktə | mənbəni redaktə et]Mövsün ərzində "Ayın futbolçusu" və "İlin futbolçusu" futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında PFL tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşir.[63] Qalib oyunçuya PFL və sponsorun hədiyyələri və pul mükafatı təqdim olunur. 2014-cü ildən "Ayın futbolçusu" mükafatın verilməsi dayandırılıb.
Qeydlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ""Çelsi"dən yeni rekord: "Kəpəz"ə hələ çox var". www.apasport.az. www.apasport.az. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Azerbaijan embargo ends". www.uefa.com. UEFA. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Peace at last in Azerbaijan". www.uefa.com. UEFA. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Azerbaijan soccer tries to extricate itself from trouble". www.abc.net.au. www.abc.net.au. 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ 1 2 3 4 ""Futzalla futbolu eyni vaxtda oynamağı məsləhət görmürəm" – iki idman növü üzrə yığmamızın sabiq üzvü (LAYİHƏ)". sportfm.az. sportfm.az. 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ 1 2 ""Xəzər Lənkəran"ın Gəncə macəraları". apasport.az. apasport.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Ən azı 2 klubla çempion olan 3-cü baş məşqçi". www.pfl.az. www.pfl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ ""Keşlə" adını dəyişərək rəsmən "Şamaxı" olub". apa.az. apa.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2022.
- ↑ "Neftchi are Azerbaijani champions". news.az. news.az. 2011-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Neftçi take title honours in Azerbaijan". www.uefa.com. UEFA. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ ""Neftçi"nin yeddinci çempionluğu". qol.az. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Neftchi FC for the first time in the history of football in Azerbaijan wins a ticket to the group stage of UEFA Europa League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.[ölü keçid]
- ↑ ""Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu". www.azsport.az. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ Gault, Matt. "Qarabag are exiled from their home but could shock the Champions League". www.theguardian.com. 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ Oqtay, Atayev. "Qarabağ end 21-year wait for Azerbaijani title". UEFA. 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Qəbələ Azərbaycanın qrup mərhələsinə vəsiqə qazanan 3-cü klubu oldu". www.azerisport.com. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Qarabağ v København: play-off facts and stats". UEFA. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Champions League round-up: Qarabag make history by qualifying for group stages". www.skysports.com. 2017-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Premyer Liqanın tərəqqi qrafiki: 8 ildə 73 pillə". apasport.az. 2017-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ ""Qarabağ" ardıcıl beşinci dəfə çempion oldu". oxu.az. oxu.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
- ↑ 1 2 3 ""Qarabağ" çempion oldu – RƏSMİ". www.yeniavaz.com. www.yeniavaz.com. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2020.
- ↑ "Neftçi bu ilin çempionu oldu. Azərbaycan futbolunda yeni eramı başlayır?". www.bbc.com. www.bbc.com. 10 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2022.
- ↑ "Peşəkar Futbol Liqası 8 yaşında". www.fanat.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "Ramin Musayev elected President of Azerbaijan Professional Football League Zoom". en.apa.az. İstifadə tarixi: 3 sentyabr 2017.[ölü keçid]
- ↑ "ECA Members 2017/18". www.ecaeurope.com. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
- ↑ "European Club Association: General Presentation". European Club Association. 9 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2010.
- ↑ "Azerbaijan 2001/02". 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Azerbaijan 2002/03". 2014-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Azərbaycan Premyer Liqasının sponsoru dəşiyib". www.azadliq.org. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "Azerbaijani Premier League has a new sponsor". news.az. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "Premyer Liqanın yeni sponsoru ilə müqavilə imzalandı". kaspi.az. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "Topaz Premyer Liqanın sponsorluğundan imtina etdi". qol.az. qol.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2019.
- ↑ "Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edildi". qol.az. qol.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2020.
- ↑ "Azərbaycan futbolu son 20 ildə 14 klub itirib – RƏSMİ". www.fanat.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2017.
- ↑ "Ramil Əliyev: "Premyer Liqa ilə I divizion arasında böyük uçurum var"". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ Muxtarlı, Turan. "Azərbaycanda futbol klubları niyə dağılır?". www.meydan.tv. 2021-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ Abbasov, Shahin. "Azerbaijan: Corporate Spending Pumps Up Soccer League". www.eurasianet.org. 2013-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ 1 2 3 4 "AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin məlumatı". www.affa.az. AFFA. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "Dövlətdən hər bir Premyer Liqa klubuna 3 milyon manat illik yardım! - YENİ PLAN İŞLƏNİR". Sportinfo.Az (az.). 19 oktyabr 2020. 2024-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2024.
- ↑ "Premyer Liqanın oyunları AzTV-də yayımlanacaq". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Premyer Liqanın yayım hüququ AZTV və "İdman Azərbaycan"dan alındı". 2015-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.
- ↑ "CBC channel to broadcast Premier League matches in Azerbaijani". report.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ Ekspress Newspaper Arxivləşdirilib 2014-08-05 at Archive.today (az.)
- ↑ 1 2 "34 bombardir – 50-yə çatanlar". apasport.az. 2018-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "Rahid Əmirquliyev Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçudur". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ oyunçunun ən çox qol vurduğu klub
- ↑ "300-ə çatan Azərbaycan futbolçuları". apasport.az. 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2017.
- ↑ "Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən 30 futbolçu – Siyahı". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ "Premyer-liqamızda ən çox oyun keçirən 30 futbolçu – Siyahı". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ "Azərbaycan Premyer Liqası: Ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ oyunçunun ən çox oyun keçirdiyi klub
- ↑ "Karyerasını bitirdi – Azərbaycan millisinin keçmiş futbolçusu". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- ↑ "Посещаемость чемпионата Азербайджана выросла на 22%" (rus). Azerisport.com. 17 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2010.
- ↑ 1 2 3 4 5 6 "2003–04 Azerbaijan Top League" (Croatian). Jutarnji list. 6 April 2010. səh. 97.
- ↑ 1 2 "Attendance of Azerbaijan Premier League". 19 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 July 2011. (#invalid_param_val)
- ↑ "Azerbaijani Premier League fourth in attendance in post-Soviet space". News.az. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2013.
- ↑ "18 turun azarkeş sayı – 214.470 nəfər". fanat.az (Azerbaijani). 30 December 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2012.
- ↑ "Bakıda futbola maraq yoxdur: Lənkəranlılar hamıdan öndə". apasport.az (Azerbaijani). 27 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2013.
- ↑ "Azerbaijan Premier League-attendances". european-football-statistics.co.uk (English). 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2015.
- ↑ 1 2 3 4 5 "Azerbaijan Premier League-attendances". european-football-statistics.co.uk (English). 19 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2016.
- ↑ ""Neftçi"yə çempionluq kuboku təqdim olundu". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
- ↑ "Çempiona da kubok veriləcək". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-22.
- ↑ "Unibank Premyer Liqasında fevralın ən yaxşı oyunçusu müəyyənləşmişdir". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.