Böyük Britaniya Qran-prisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silverstoun trası

Böyük Britaniya Qran-prisi (ing. British Grand Prix) - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələrindən biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Britaniya Qran-prisi ilk dəfə 1926-cı ildə Bruklends trasında keçirilmişdir. Bruklends trası 1907-tikilib, avtoidman üçün yaradılmış ilk sahə və Britaniyada ilk avtodromlardan biridir.

1948-ci ildə yarış Northemptonşir qraflığında, Silverstoun kəndi yaxınlığındakı eyni adlı trasda keçirilir. Elə bu trasda 1950-ci ildə keçirilmiş qran-pri Formula-1 tarixində ilk çempionatdır.

Ümumilikdə Britaniya Qran-prisinin keçirildiyi tras bir-neçə dəfə dəyişdirilib. Silverstoun trası 1948-ci ildən etibarən müəyyən fasilələrlə indiyə kimi istismar edilir. 1955-1962-ci illərdə Eyntri, 1964-1986-cı illər aralığında isə Brends-Hetç traslarından istifadə edilmişdir.

Pilotlar

Qələbə sayı Pilot İl
8 Böyük Britaniya Lyuis Hemilton 2008, 2014, 2015, 2016, 2017, 2019, 2020, 2024
5 Böyük Britaniya Cim Klark 1962, 1963,1964,1965,1967
Fransa Alen Prost 1983, 1985, 1989, 1990, 1993
4 Böyük Britaniya Naycel Mensel 1986, 1987, 1991, 1992
3 Avstraliya Cek Brebem 1959, 1960, 1966
Avstriya Niki Lauda 1976, 1982, 1984
Almaniya Mihael Şumaxer 1998, 2002, 2004
2 İtaliya Alberto Askari 1952, 1953
Argentina Xose-Froylan Qonzalez 1951, 1954
Böyük Britaniya Stirlinq Moss 1955,1957
Böyük Britaniya Ceki Styuart 1969, 1971
Braziliya Emerson Fittipaldi 1972, 1975
Kanada Jak Vilnyov 1996, 1997
Böyük Britaniya Devid Kulthard 1999, 2000
İspaniya Fernando Alonso 2006, 2011
Avstraliya Mark Vebber 2010, 2012
Almaniya Sebastyan Fettel 2009, 2018

Komandalar

Qələbə sayı Komanda İl
17 İtaliya Ferrari 1951, 1952, 1953, 1954, 1958, 1961, 1976, 1978, 1990, 1998, 2002, 2003, 2004, 2007, 2011, 2018
14 Böyük Britaniya McLaren 1973, 1975, 1977, 1981, 1982, 1984, 1985, 1988, 1989, 1999, 2000, 2001, 2005, 2008
10 Böyük Britaniya Williams 1979, 1980, 1986, 1987, 1991, 1992, 1993, 1994, 1996, 1997
9 Almaniya Mercedes 1955, 2013, 2014, 2015, 2016, 2017, 2019, 2020, 2024
8 Böyük Britaniya Lotus 1962, 1963, 1964, 1965, 1967, 1968, 1970, 1972
3 Avstriya Red Bull 2009, 2010, 2012
2 Fransa Delage 1926, 1927
İtaliya Maserati 1948, 1949
Böyük Britaniya Cooper 1959, 1960
Böyük Britaniya Tyrrell 1971, 1974
Fransa Renault 1983, 2006

"Formula-1" Qran-pri siyahısı