BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası
757 saylı qətnamə
keçmiş Yuqoslaviyanın xəritəsi
keçmiş Yuqoslaviyanın xəritəsi
Tarixi 30 may 1992
Sessiya № 3,082
Kod S/RES/757
Səsvermə
  • Lehinə: 13
  • Əleyhinə: 0
  • Bitərəf: 2
Mövzu Yuqoslaviya
Nəticə Qəbul edildi
Təhlükəsizlik Şurasının tərkibi 1992-ci ildə
Daimi üzvlər
Qeyri-daimi üzvlər
Sənəd

BMT Təhlükəsizlik Şurasının 757 saylı qətnaməsi 30 may 1992-ci il tarixində qəbul olunmuşdur. 713 (1991), 721 (1991), 724 (1991), 727 (1992), 740 (1992) 743 (1992), 749 (1992) və 752 (1992) saylı qərarları təsdiqlədikdən sonra, Şura Yuqoslaviya Federativ Respublikasının (Serbiya və Monteneqro) 752 saylı Qərarın uğursuz tətbiq etdiyinə görə qınadı.

Xorvatiya Ordusundan 752 saylı Qərarın 4-cü maddəsinə hörmət etməsini tələb etdikdən sonra, Şura bildirdi ki, 752 saylı qətnamə yerinə yetirilənə qədər bütün dövlətlər aşağıdakı qaydalara riayət etməlidirlər. Bütün üzv dövlətlərin aşağdakıları etməsini tələb edildi:[1][2]

(a) Yuqoslaviyadan bütün məhsulların və malların idxalının və ya vətəndaşların bu cür ixracatı təşviq etmək istəyən hər hansı fəaliyyətin qarşısını almaq;
(b) Humanitar ehtiyaclar istisna olmaqla, Yuqoslaviyaya bütün məhsul və malların satışının qarşısını almaq;
(c) Yuqoslaviyaya hər hansı kommersiya, sənaye və ya ictimai fond və ya maliyyə resursları verməmək;
(ç) Əgər təyyarə Yuqoslaviyanın ərazisinə endiyi və və ya Yuqoslaviyadan gəldiyi təqdirdə, təyyarələrə qalxma, enmə və ya ölkələrin üzərində uçuş icazəsi verməmək, humanitar mülahizələr istisna olmaqla;
(d) Yuqoslaviya ərazisində və ya bu ölkənin istismar etdiyi təyyarələrin texniki xidməti və layihələşdirməni qadağan etmək
(e) Yuqoslaviyadakı diplomatik və konsulluq işçiləri sayını azaltmaq;
(ə) Ölkədə keçirilən idman tədbirlərində iştirakı məhdudlaşdırmaq;
(f) Elmi, texniki və mədəni mübadilə və səfərləri dayandırmaq.

Şura daha sonra sanksiyaların Birləşmiş Millətlər Təşkilatının Müdafiə Qüvvələrinə, Yuqoslaviya Konfransına və ya Avropa Cəmiyyətinin İzləmə Missiyasına şamil edilməməsinə qərar verdi. Ayrıca Sarayevoda və şəhərin hava limanında təhlükəsizlik zonası yaradılmasını təklif etdi və 724 saylı qətnaməyə əsasən yaradılan Təhlükəsizlik Şurası Komitəsini silah embarqosunun qüvvədə olmasını izləməyə və bütövlükdə Şuranı vəziyyəti nəzarətdə saxlamağa çağırdı.

757 saylı qətnamə 13 səslə qəbul olundu, iki ölkə ÇinZimbabve isə bitərəf mövqeyisini saxladılar.

İdman sanksiyaları

[redaktə | mənbəni redaktə et]

Yuqoslaviya milli futbol komandası iyun ayında keçirilməsi nəzərdə tutulan Avro 1992 turnirinin final mərhələsində iştirak etmək üçün seçmə mərhələsinin 4-cü qrupunu lider kimi başa vurdu; 4-cü qrupda ikinci yeri tutan Danimarka komandası final mərhələsində Yuqoslaviyanı əvəzlədi və turnirin qalibi oldu.

Qətnamə 1992 Yay Olimpiya Oyunlarının başlamazdan bir az əvvəl qəbul edildi və Beynəlxalq Olimpiya Komitəsi Yuqoslaviya Olimpiya Komitəsinin oyunlara dəvət edilməməsi şərti ilə Yuqoslaviya idmançılarına Müstəqil Olimpiya İştirakçıları1992 Yay Paralimpiya Oyunlarında Müstəqil Paralimpiya İştirakçıları adı altında yarışmağa icazə almaqla BMT ilə kompromisə gəldi.[3]

  1. Gowlland-Debbas, Vera; Tehindrazanarivelo, Djacoba Liva. National implementation of United Nations sanctions: a comparative study. Martinus Nijhoff Publishers. 2004. səh. 358. ISBN 978-90-04-14090-5.
  2. Weiss, Thomas George. Political gain and civilian pain: humanitarian impacts of economic sanctions. Rowman & Littlefield. 1997. 158–159. ISBN 978-0-8476-8703-9.
  3. Kidane, Fekrou. "The Olympic Truce" (PDF). Olympic Review. XXVI (19). February–March 1998: 5–7. 2018-04-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]