Bala Nəzərov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bala Nəzərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (84 yaşında) |
Elm sahəsi | Cərrahiyyə |
Elmi dərəcəsi | - |
Elmi adı | Tibb elmləri namizədi |
İş yerləri | Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə, Balaxanıda 5 saylı ambulatoriyada, Lerik rayon səhiyyə şöbəsinin, Bakı şəhəri 5 saylı birləşmiş xəstəxanasının, 13 saylı tibbi-sanitar hissəsinin, Bakı şəhəri Semaşko adına 1-saylı kliniki xəstəxanaya, “Zakfederasiya” adına poliklinikasının, Xəzər Gəmiciliyinin poliklinikasında |
Təhsili | |
Mükafatları |
Bala Sərxuş oğlu Nəzərov (10 avqust 1921, Balaxanı, Bakı qəzası – 26 noyabr 2005) — Tibb elmləri namizədi. Azərbaycan SSR-nin Əməkdar həkimi (1964).
Həyatı
[redaktə | mənbəni redaktə et]Bala Nəzərov 1921-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Atası və əmisi xalq düşməni kimi 20 il azadlıqdan məhrum edilmiş, iki dayısı isə güllələnmişdir. Buna baxmayaraq, 1939-cu ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1943-cü ildə müalicə profilaktika fakültəsini bitirmişdir.
Tibb İnstitunun 4-cü kursunda oxuyarkən Xəzər Dəniz Səhiyyə İdarəsinin “Paris Kommunası” adına hövzə poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlamışdır. İnstitutu bitirdikdən sonra Balaxanıda 5 saylı ambulatoriyada baş həkim, hövzə xəstəxanasında ordinator işləmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dağ rayonları xəstəxanalarında cərrahiyyə şöbələri yaratmaq məqsədilə 1946-1948-ci illərdə Bala Nəzərov Gədəbəy və Lerik rayonlarına göndərilmişdir. Bala Nəzərov 1950-ci ildə Lerik rayon səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Həmin rayonun Şingədulan və Veri sovetliklərində 25 çarpayılıq xəstəxana açılmasına müvəffəq olmuşdur.
1951-ci ildə Bala Nəzərov Bakı şəhəri 5 saylı birləşmiş xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. 1955-ci ildən 5 saylı birləşmiş xəstəxananın əsasında təşkil olunmuş 13 saylı tibbi-sanitar hissəsinin (indiki 26 saylı Birləşmis Şəhər Xəstəxanası) baş həkimi işləməyə başlayır.
1966-cı ildə isə Bakı şəhəri Semaşko adına 1-saylı kliniki xəstəxanaya (indiki Kliniki Tibbi Mərkəz) baş həkim təyin olunmuşdur. Həmin vaxt xəstəxanada 1915-ci ildə tikilmiş və tamamilə yararsız vəziyyətdə olan bir mərtəbəli baraklar hal-hazırda mövcud olan korpuslarla əvəz olunmuşdur.
1988-ci ildən 1996-cı ilə qədər “Zakfederasiya” adına poliklinikasının baş həkimi, 1996-cı ildən həyatının sonuna qədər Xəzər Gəmiciliyinin poliklinikasında həkim cərrah vəzifəsində işləmişdir
2005-ci ildə vəfat etmişdir.