Balililər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Balililərᬳᬦᬓ᭄‌ᬩᬮᬶ (Ânak Bali)
ᬯᭀᬂᬩᬮᬶ (Wång Bali)
ᬓ᭄ᬭᬫᬩᬮᬶ (Kramâ Bali)
Balili cütlük dostları ilə toy zamanı.
Ümumi sayı
4.2 milyon (2012)
Yaşadığı ərazilər
İndoneziya İndoneziya 3,946,416 [1]
Avstraliya Avstraliya 5,529
Malayziya Malayziya 5,700
Dili

Doğma dil:
Bali dili
dialekt: Nusa Penida Bali dili, Aran və dağlıq Bali dilləri
İkinci dil:
İndoneziya dili, İngilis dili, holland dili

Dini

Bali Hinduizmi

Qohum xalqlar

Bali Ağa, Yavalılar, Sasak, Tenqer, Polineziyalılar və Avstraneziyalılar.

Balililərİndoneziyada Avstroneziya xalqı. Bali, Nusapenida və Lombok adalarının əsas əhalisi. Sayları 4,2 mln. nəfərdir. 7 min nəfər Sulavesinin cənubunda yaşayır. Avstroneziya dillərinin Bali-sasak qrupuna daxil olan Bali dilində danışırlar. İndiki yazı sistemi latın qrafikası əsasındadır. Dindarları əsasən, hinduistdir.

Eramızın 1-ci minilliyinin sonunda Balidə ilk dövlətlər meydana gəlmişdir. Bali hind-Yava mədəniyyətinin təsiri altına düşmüş,[2] 1343-cü ildə Macapahit imperiyasına qatılmışlar; onun süqutundan sonra Bali İndoneziyada hinduizmin əsas dayağı olaraq qalmışdır. 15-ci əsrin ortalarında Balidə ayrı-ayrı feodal knyazlıqları yaranmışdır. 20-ci əsrin əvvəllərində hollandlar bu knyazlıqları özlərinə tabe etmişdilər. Bali Niderland müstəmləkəçilərinə sərt müqavimət (düşmənin qarşısında kütləvi intiharlara – “puputan”adək) göstərmişlər. İkinci dünya müharibəsindən sonra İndoneziya xalqının azadlıq hərəkatında fəal iştirak etmişlər.   

Məşğuliyyətləri 

[redaktə | mənbəni redaktə et]

Əsas məşğuliyyətləri terraslı xış əkinçil iyidir (çəltik). Bəzən torpağı şumlamaq əvəzinə tarlalarda bayram tamaşasına bənzər öküz cıdırı (meqrum-bunqan) təşkil edirlər. Öküz, at, donuz və s. yetişdirirl ər. Parça (ikat) istehsalı, ağac üzərində oyma (heyvan fiqurları, mifoloji mövzuda kompozisiyalar və s.), xəncərlərin (kris) hazırlanması inkişaf etmişdir. 

Yaşayış məskənləri 

[redaktə | mənbəni redaktə et]

Ənənəvi yaşayış məskənləri xətti planlıdır, cənubdan şimala doğru uzanır; kəndin mərkəzində məbəd (pura), icma evi, məktəb və s. yerləşir. Bütöv gil divarlarla əhatə olunmuş malikanələr yaşayış, təsərrüfat və dini (hündür dirəklər üzərində talvar formasında olan ev məbədsənggahı) tikililərdən ibarətdir. Hər bir ev oyma ornamentlə bəzədilmiş iki-üç kərpic, yaxud gil divarı və şalbanlara dayaqlanan küləşlə örtülmüş damı olan bir neçə yaşayış tikilisindən (bale) ibarətdir. Evin həyətində xeyir və şər ruhlarının ağac və ya daş heyk əlləri vardır. Geyimləri ümumindoneziya tiplidir, əsasən, Yava batikindən tikilir.    

Qayadayonulmuş, fasadı mifoloji süjetli qorelyeflərlə bəzədilmiş, qarşısında monumental qadın fiqurları for masında suaxacaqları olan süni hovuzlar yerləşdirilmiş Qoa Haca (“Fil mağarası”, təqr. 11 əsr) məbədi; qayadakı 10 dəfn yerindən ibarət və daşda yonulmuş fasadları formasına görə qülləvarı məbədə (çandi) oxşayan “Kral qəbirləri” (11 əsrin 2-ci yarısı) kompleksi orta əsr abidələrindəndir. Bir qayda olaraq, hər kənddə allahlara, kəndin əsasını qoyanlara və ölülərin ruhlarına həsr olunmuş 3 məbəd (pura) var. Məbəd kompleksi, adətən, divarlarla əhatələnmiş, təmtəraqlı oyma naxışlı bürcəbənzər qapıları, qurbangahı və mehrabı olan bir neçə terraslı həyətdən ibarətdir; ən axırıncı müqəddəs həyətdə hündür, çoxyaruslu qüllələr olur. Aqunq dağının yamacında adadakı ən qədim və məşhur Pura Besakix (14 əsr) məbədi yerləşir. Ağac,Dəfn mərasimi: öküz fiqurlu sarkofaqda olan mərhumun kremasiya yerinə aparılması.

Daş, sümük, buynuz üzərində oyma sənəti inkişaf etmişdir. 20 əsrin əvvəllərinə qədər ənənəvi dini ağac heykəllər əlvan rənglənirdi; sonralar ustalar rənglənməmiş ağacdan istifadə edərək, onun təbii gözəlliyini üzə çıxarırdılar. Müasir B.-in heykəltəraşlığı ənənəvi mifoloji obrazların zənginliyi, qrotesk fiqurlarıilə fərqlənir. Adada yapışqanlı boyalardan istifadə edən özünəməxsus rəngkarlıq məktəbi yaranmışdır: orta əsrlərdə məbəd və sarayların toxuma pərdələri bucür işlənilirdi; müasir rəssamların bu ənənəvi tərzdə yaratdıqları dəzgah rəsmləri  üçün də əsərin müstəvi plan da həlli, daha qabarıq nəzərə çarpan fiqurların dekorativliyi və stilizasiyası səciyyəvidir. Tenqanan k.-ndə əlilə mürəkkəb texnikalı ipək parçalar toxunur. Klunq kunq, Ubud, Mas və s. kəndlər sənət karlıq və rəngkarlıq mərkəzləridir.  

  1. Akhsan Na'im, Hendry Syaputra. Kewarganegaraan, Suku Bangsa, Agama dan Bahasa Sehari-hari Penduduk Indonesia Hasil Sensus Penduduk 2010. Badan Pusat Statistik. 2011. ISBN 978-979-064-417-5.
  2. Andy Barski, Albert Beaucort and Bruce Carpenter. Bali and Lombok. Dorling Kindersley. 2007. ISBN 978-0-7566-2878-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]