Bezil Henri Liddell Hart

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bezil Henri Liddell Hart
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1895(1895-10-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 yanvar 1970(1970-01-29)[1][2][…] (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • bilinmir (19181942)[3]
Təhsili
  • Korpus Kristi Kolleci[d]
Hərbi fəaliyyəti
Qoşun növü Britaniya Ordusu[d]
Rütbəsi kapitan
Döyüşlər
Təltifləri Cəngavər bakalavrı

Sir Basil Henry Liddell Hart (31 oktyabr 1895[1][2][…], Paris[4]29 yanvar 1970[1][2][…], Marlou[d], Bakingemşir qraflığı[d]) — İngilis hərbçisi, hərbi nəzəriyyəçisi və hərbi tarixçisi olmuşdur.

O, 1920-ci illərdə və sonralar yazdığı hərbi tarix seriyası ilə tanınır. O, ildırımsürətli əməliyyatı strategiyası əvəzinə "dolayı yanaşma" strategiyasını müdafiə etmişdir. 1895-ci ildə Parisdə anadan olmuşdur. Cambridge st. Paul's və Korpus Kollecini bitirdikdən sonra orduya daxil olmuşdur; daha sonra isə Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1924-cü ildə yaralanmış və üç il sonra kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. O, hərbi hava qüvvələrinin və zirehli birləşmələrin qızğın müdafiəçisi və tərəfdarı olmuşdur. Hart 1937-ci ildə Müharibə Nazirinin müşaviri olmuşdur. 1925–1935-ci illərdə Daily Telegraph qəzetinin, İkinci Dünya Müharibəsinin başlandığı 1939-cu ilə qədər isə Times qəzetinin hərbi müxbiri kimi işləmişdir. Müasir dövrün ən mühüm hərbi strateqlərindəntarixçilərindən biri kimi o, dünyanın bir çox ölkələrində hərbi strategiya və taktika ilə bağlı konfrans və seminarlar vermişdir. Onun 30-dan çox əsəri mövcuddur.