Bhola siklonu
Bhola siklonu — 13 noyabr 1970-ci ildə Şərqi Pakistanda (indiki Banqladeş) Qanq çayı deltası ətrafında baş vermiş güclü qabarma dalğaları ən yüksək dağıdıcı həddinə çataraq yarım milyona yaxın insan həyatına son qoymuşdu. Sürəti saatda 205 km-ədək yüksələn qasırğanın gücü hələ o vaxtadək Saffir-Simpson şkalası ilə qeydə alınan nəticələr arasında rast gəlinməyən 3-cü dərəcəyə çatmışdı. Tazumiddin bölgəsində yaşayan 167 min insanın 45%-i həlak olmuş, təsərrüfat isə iflic duruma düşmüşdü. Pakistan rəhbərliyi general Yəhya Xanın fəlakət nəticələrinin aradan qaldırılması yönündə tədbirləri ləng aparması həm Şərqi Pakistan rəhbərliyi, həm də beynəlxalq KİV nümayəndələrinin tənqidinə məruz qalmışdı. Tənqidçilərdən biri Micubir Rahmənin belə çıxış etmişdi: "Bizdə o qədər çoxsaylı ordu olduğu halda, ölənləri dəfn etmək ingilis dəniz piyadalarına həvalə olunmuşdu." Azadlıq uğrunda mübarizə aparan Şərqi Pakistan rəhbərliyi bundan istifadə edərək təşəbbüsə yiyələnmiş, növbəti ayda keçirilən parlament seçkilərində aşkar qələbə qazanmışdı. Həmin siyasi mübarizənin davamı olaraq, 1971-ci ildə o zaman Şərqi Pakistan adlandırılan, əslində isə tarixi Hindistan torpaqları olan ərazidə müstəqil Banqladeş dövləti yaradıldı.
Mədəni tədbirlər sahəsində isə o dövrlərin ən məşhur musiqi qrupu sayılan The Beatles qrupunun keçmiş üzvü Corc Harrisonun "Banqladeş üçün konsert" adı altında verdiyi konserti qeyd etmək olar. Konsertdən gələn bütün gəlirlər fəlakətdən zərər çəkənlərə xərclənmişdi.
Sonda qeyd edək ki, məhvedici gücünə görə Bhola siklonu XX əsrin ən dəhşətli təbii fəlakəti kimi tarixə düşmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Paula Ouderm (December 6, 2007). "NOAA Researcher’s Warning Helps Save Lives in Bangladesh". National Oceanic and Atmospheric Administration. Retrieved 2008-01-24.
- Schanberg, Sydney (1970-11-22). "Yahya Condedes 'Slips' In Relief". New York