Biolüminesensiya
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Biolüminesensiya — Dənizlərin işıqlanması hadisəsi çox qədim tarixə malik olub, insanların diqqətini özünə cəlb etmişdir. Orqanizimlərin işıq saçma hadisəsi biolüminesensia-istilik ayrılmadan işıqsaçma adlanır və dənizlərdə yaşayan orqanizimlər arasında geniş yayılmışdır. Bu imkana malik orqanizimlərə bakteriyalardan başlayaraq balıqlara qədər müxtəlif sistematik qruplar arasında rast gəlinir. Şirin su hövzələrində yaşayan orqanizimlər arasında bəzi bakteriyalar və qarınayaqlı molyuskalar işıqsaçma qabiliyyətinə malikdir. Bəzi orqanizimlər fasiləsiz işıqsaçma qabiliyyətinə malikdir. Bəzi orqanizimlər fasiləsiz işıqsaçır (bakteriyalar), bəziləri isə qıcıqlanma və ya həyəcanlanma vaxtı.
Biolüminesensia spesifik üzvi maddə olan lüsiferinin, lüsiferaza fermentinin iştrakı ilə oksidləşməsi nəticəsində baş verir. Qeyd etmək lazımdır ki müxtəlif orqanizimlərdə lüsiferin və lüsiferoza öz struktur quruluşlarına görə fərqlənir. Bəzi orqanizimlərdə isə lüsiferinlər lüsiferoza fermenti olmadan belə oksidləşə bilir.
Hazırda elmə 800-dən artıq işıqsaçan heyvan növü məlumdur. Onlardan 50 növü birhüceyrəlilərə, 100 növü bağırsaqboşluqlulara, 200 növü molyusklara, 50 növü qurdlara, 150 növü xərçəngkimilərə , 200-dən artıq növ isə balıqlara aiddir.
Dənizlər işıqsaçan orqanizimlərlə müxtəlif cür işıqlanır. Kiçik orqanizimlər qamçılılar, radiolarilər dənizi daima işıqlandırırlar. Belə ki, onların biri sönür, digəri işıq saçır. Kiçik meduzalar və xərçəngkimilər qığılcım vermə formasında, iri meduzalar və salplar isə "dəniz fanarları" kimi işıq saçırlar. İşığın rəngində də fərq müşahidə edilir. Məsələn, meduzalar yaşıl və göy, sifooforlar qırmızı və bənövşəyi, başıayaqlı molyuskalar göy, qırmızı, çəhryı, əksər balıqlar yaşılımtıl və az miqdarda spektrin digər rənglərndə işıq saçırlar. Bu cür müxtəlif rənglərdə işıqsaçma tropik sularda dha çox müşaidə olunur.
Hidrobiontların 3 tipdə işıqsaçması məlumdur: 1. hüceyrədaxili, 2. hüceyrədənkənar və 3. bakterioloji işıqsaçma
Hüceyrədaxili işıqsaçmada orqanizimdə olan bir qrup xüsusi hüceyrələr mütəmadi olaraq işıq verir. Bu tipli işıqsacma xüsusi orqanlarda -fotoforlarda toplanır. Bu orqan çox mürəkkəb quruluşa malik olub, linzaya bənzəyir. Onun vasitəsilə işıq toplanır və yayılır. Bir çox heyvanlar fotoforları idarə etmək qabiliyyətinə malikdir. İstənilən vaxt işıqsaçır, istnilən vaxt söndürülür. İşıqsaçan orqanlar (fotoforlar) bədənin müxtəlif yerlərində (başda, bədənin yanlarında və s.) yerləşirlər. Məsələn dərinliklərdə yaşayan kalmarlarda bədənin müxtəlif yerlərində gözcüklər şəklində fotoforlar vardır ki, onlar müxtəlif rənglərdə işıq saçır. Bədənin yanlarındakı fotoforlar ağ, qarın tərəfdəkilər göy, ön tərəfdəkilər isə qırmızı işıq saçır.
Hüceyrədən kənar işıqsaçma müxtəlif vəzilər tərəfindən hazırlanan maye və ya selik vasitəsilə baş verir. Bu tipli işıqsaçmanın müddəti qıcıqlanmadan və ifraz olunan mayenin miqdarından asılıdır.
Bakterioloji işıqsaçma simbiotik bakteriaların həyat fəaliyyəti nəticəsində baş verir. Simbiotik mikrorqanizimlərin hesabına işıqsaçma başıayaqlı molyuskalarda, balıqlarda və bir sıra digər orqanizimlərdə qeydə alınır.
Orqanizimlərin bir çox qrupları üçün içıqsaçmanın bioloji mahiyyəti hələlik tam aydınlaşdırılmamışdır. Bununla belə tədqiqatlarla müəyyən olunmuşdur ki, hidrobiontlar işıqsaçma vasitəsilə digər cinsdən olan fərdləri və ya şikarı cəlb edir, yırtıcılardan müdafiə olunur, yaxud onları qorxudur və eləcə də eyni növə məxsus olan fərdləri tapırlar. Araşdırmalar göstərmişdir ki, işıqsaçma vasitəsilə heyvanların abissal zonada bir-birini tapma ehtimalı olduqca yüksək olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ağamalıyev F. Q., Əliyev A. R. və b. Hidrobiologiya. Bakı: AzTU, 2010, 484 s.