Biyambare

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Burada yerləşən meşə görüntüsü

Biyambare (bosn. Bijambare) — mağaraları ilə məşhur olan Bosniya və Herseqovinanın dağlıq bölgəsi. İliyaş icmasının şimal-şərq hissəsində, Nişiçi və Krivaeviçi kəndləri arasında yerləşir. Buraya Sarayevo-Olovo avtomobil yolu ilə çatmaq olar, orada dağlara və Biyambara mağaralarına aparan asfalt yolu var. Bu mağaraların əksəriyyəti ictimaiyyət üçün açıqdır.

Biyambare xüsusi qorunan təbiət ərazisi hesab olunur (sahəsi 370.3 ha).[1] Yenidən qurulma işləri sayəsində yollar çəkildi, elektrik işıqlandırma işləri aparıldı, məlumat lövhələri quraşdırıldı və s.

Dəniz səviyyəsindən optimal hündürlük (orta hesabla 950 m), sıx iynəyarpaq meşələri, çəmənliklər, göllər və dərələri olan iki çay, səkkiz mağara, qaya massivləri və təmiz hava alpinizm, speleologiya, xizək sürmə və ya sadəcə gəzinti üçün ideal şərait yaradırlar.

Biyambarenin orta hissəsi mağaralar, itən çaylar, qıfabənzər çökəkliklər və qayalı massivlər kimi xüsusiyyətlərə sahib bir karst anklavıdır. Səkkiz mağara üç üfüqdə kifayət qədər kiçik ərazidə yerləşir. Onlar içərisində ən populyarı orta mağaradır ki, turistlər tərəfindən uzun müddət ziyarət olunur. Mağaranın uzunluğu 420 m və stalaktitlərstalaqmitlərdən ibarət dörd zalı var. Dördüncü zal ən böyük olandır (diametri təxminən 60 m və hündürlüyü 15–30 m). Akustik effektlərə görə onu "konsert zalı" adlandırılar. Üst mağara ən qədim olandır. Turistlər üçün o qədər də cəlbedici olmasa da, ancaq oradan gözəl mənzərələri seyr etmək olar. Aşağı mağara da ictimaiyyət üçün açıqdır.

  1. Природно наслијеђе Кантона Сарајево, Географско друштво у Федерацији Босне и Херцеговине, Сарајево 2015, стр.103,111. ISBN 978-9958-9270-9-6

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]