53°06′ şm. e. 29°13′ ş. u.HGYO

Bobruysk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Bobruysk
belar. Бабруйск
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
53°06′ şm. e. 29°13′ ş. u.HGYO
Ölkə  Belarus
Vilayət [[Mogilyov vilayəti]]
Rayon [[Bobruysk rayonu]]
Başçı Aleksandr Studnev[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1387
İlk məlumat 1387
Sahəsi 96.4[2]
Mərkəzin hündürlüyü 157 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 217 940[3] nəfər (2017)
Sıxlığı 2261 nəf./km²
Milli tərkibi belaruslar: 83.06%
ruslar: 13.22%
ukraynalılar: 1.89%
digərləri: 1.83%
Rəqəmsal identifikatorlar
Telefon kodu +375 225
Poçt indeksi 213801–213830
Nəqliyyat kodu 6
Digər
bobruisk.by
Bobruysk xəritədə
Bobruysk
Bobruysk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bobruysk (belar. Бабруйск) — Belarusda şəhər. Mogilyov vilayətində yerləşən bu şəhər Bobruysk rayonunun inzibati mərkəzidir.

Bobruysk şəhəri Belarus ərazisində yerləşmiş ən qədim tarixə malik şəhərlərdən biri hesab olunur. Bu yaşayış məntəqəsi barədə ilk məlumat XIV əsrin ortalarına təsadüf etsə də, şəhər ərazisində aparılmış arxeoloji qazıntılar zamanı burada ilk insan məskənlərinin tunc dövründə mövcud olduğu təsdiqlənmişdir. Arxeoloqlar tərəfindən həyata keçirilən növbəti araşdırmalar zamanı şəhərin V-VI əsrlərdən bəri slavyan xalqları tərəfindən məskunlaşmış ərazi olduğu sübut olunmuşdur.

Kiyev Rus dövlətinin hökmdarı olmuş I Vladimirin dövründə müasir Bobruysk şəhərinin yerləşdiyi ərazi əhalisi əsasən balıqçılıq və ovçuluqla məşğul olan kənd idi. Sonralar Bobruysk şəhəri uzun müddət Reç Pospolita dövlətinin tabeçiliyində vacib hərbi məntəqə olmuşdur. XIV əsrdə şəhərin müdafiə qüdrətini artırmaq məqsədilə Berezina çayının sahilindəki yüksəkliklərdən birinin üzərində qala tikilmişdir.

Orta əsrlər dövründə Bobruysk şəhəri Şərqi Avropa ərazisində yerləşən vacib ticarət şəhərlərindən biri hesab olunurdu. Berezina çayının sahilində, mühüm ticarət qovşağında yerləşən şəhər strateji məntəqə olduğuna görə, ticari əlaqələrdən daim yüksək səviyyədə gəlir əldə etmişdir. XVII əsrin ilk yarısında şəhər əhalisinin sayı 2000–5000 nəfər olmuşdur.

1793-cü ildə Polşanın ikinci dəfə bölüşdürülməsindən sonra, şəhər Rusiya imperiyasının tabeçiliyi altına keçmişdir. 1810-cu ildə burada mövcud olan qalanın təmir olunmasından sonra, şəhər Rusiya, AvstriyaPrussiya dövlətləri arasında sərhəd rolunu oynamışdır. Bobruysk qalası 1812-ci ildə Napoleonun yürüşünü dəf etməyi bacarmışdır. Qala müharibədən sonra geniş miqyasda təmir olunmuş və Rusiyanın qərb istiqamətində yerləşən vacib məntəqəsi olaraq fəaliyyət göstərmişdir. Bobruysk qalası hazırda bir çox məqsədlər üçün istifadə olunur və şəhərin əsas turizm ərazilərindən biri hesab olunur.

1861-ci ildə siyahıya alınma zamanı burada 15,766 nəfər əhali hesablanmışdır. Əhalisinin əksəriyyəti belaruslar, ukraynalılar, polyaklaryəhudilərdən ibarət olmuşdur. Belarusun digər şəhərlərində olduğu kimi burada da evlərin əksər hissəsi taxtadan tikilmiş evlər idi. 1866-cı ildə şəhərdə yerləşən 1498 evdən yalnız 29-u kərpicdən tikilmişdi.

Şəhərdəki yəhudi əhalisinin sayı Napoleon müharibələrindən sonra sürətlə artmağa başlamışdır. 1897-ci ildə 34,366 nəfərlik şəhər əhalisinin 71%-i və ya 20,760 nəfəri etnik yəhudi idi. Onların əksəriyyəti sənaye və ticarət sahələrində işləyirdi. Həmin dövrdə şəhərdə 40-a yaxın sinaqoq var idi.[4][5]

1902-ci ildə baş vermiş böyük yanğın nəticəsində 2500 ailə evsiz qalmış, şəhərə 7 milyon rubl dəyərində ziyan dəymişdir.

Birinci dünya müharibəsi ərzində polyakrus qoşunlarının arasında ağır döyüşlərin baş verdiyi ərazilərdən biri olan Bobruysk şəhəri İkinci dünya müharibəsi zamanı da ağır vəziyyətlə üzləşmişdir. Şəhər 1941-ci ildə Vermaxt qoşunları tərəfindən işğal olunmuşdur. Müharibə ərzində şəhərin cənub-qərb hissəsində toplama və həbs düşərgəsi qurulmuş və 20,000 nəfər Bobruysk yəhudisi güllələnərək öldürülmüşdür. 1943-cü ildən etibarən bu düşərgələrdə sağ qalan bütün yəhudilər ölümə məhkum edilmişdir. Çox az sayda yəhudi bu düşərgələrdən qaçmağı bacarmış və partizan dəstələrinə qoşulmuşdur. Müharibə ərzində həlak olmuş Bobruysk yəhudilərinin xatirəsinə İsrailin Givatayim şəhərində memorial vardır.

Bobruysk şəhəri 29 iyun 1944-cü ildə Qırmızı Ordu tərəfindən azad olunmuşdur.

Şəhər 1944–1954-cü illər aralığında Bobruysk vilayətinin mərkəzi olmuşdur.

Müharibədən sonra şəhər əhalisi yenidən artmağa başlamışdır. 1959-cu ildə 96,000 nəfərin yaşadığı Bobruysk şəhərinin əhalisi 1989-cu ildə 232,000 nəfərə çatmışdır.

Bobruysk şəhəri vilayətin inzibati mərkəzi olan Mogilyov şəhərindən 110 km cənub-qərbdə, paytaxt Minsk 150 km məsafədə yerləşir. şəhərindən Berezina çayının sahilində yerləşir.

Şəhərin orta hündürlüyü dəniz səviyyəsindən 165 metr yüksəkdir.


Bobruyskun iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C −2,2 −1,3 4,3 13,1 19,6 22,2 24,4 23,5 17,5 11,0 3,1 −1,2 11,2
Orta temperatur, °C −4,7 −4,6 −0,1 7,3 13,4 16,4 18,4 17,2 11,9 6,5 0,5 −3,6 6,6
Minimum orta, °C −7,4 −7,8 −3,8 1,9 7,1 10,6 12,5 11,4 7,0 2,8 −2 −6,1 2,2
Mütləq minimum, °C −37,2 −36,1 −27,2 −8,4 −4,1 −1 2,2 1,1 −4,6 −12 −23,8 −30,7 −37,2
Yağıntı norması, mm 36 33 38 40 52 86 84 59 55 51 43 42 619


  1. https://bobruisk.ru/news/2017/05/12/v-bobrujsk-naznachen-novyj-mer Arxivləşdirilib 2018-03-18 at the Wayback Machine В Бобруйск назначен новый мэр. Первое интервью Александра Студнева «Вечернему Бобруйску»
  2. «Государственный земельный кадастр Республики Беларусь» Arxivləşdirilib 2019-07-15 at the Wayback Machine (по состоянию на 1 января 2017 г.)
  3. Численность населения на 1 января 2017 г. и среднегодовая численность населения за 2016 год по Республике Беларусь в разрезе областей, районов, городов и посёлков городского типа. Arxivləşdirilib 2017-08-12 at the Wayback Machine // Национальный статистический комитет Республики Беларусь. — Мн., 2017.
  4. "Еврейское наследие Бобруйска". 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  5. "Бобруйск. Религия и национально-культурные объединения". 2017-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]