34°35′59″ c. e. 58°22′55″ q. u.HGYO

Buenos-Ayres

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Buenos-Ayres
Ciudad Autónoma de Buenos Aires
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
34°35′59″ c. e. 58°22′55″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 11 iyun 1580[1]
İlk məlumat 1536
Sahəsi
  • 203,3 ± 0,1 km²
Mərkəzin hündürlüyü 25 m
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu +54 011
Poçt indeksi C1000-14xx
Digər
buenosaires.gob.ar
Xəritəni göstər/gizlə
Buenos-Ayres xəritədə
Buenos-Ayres
Buenos-Ayres
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buenos Ayres (isp. Ciudad de la Santísima Trinidad y Puerto de Nuestra Señora de Santa María de los Buenos Aires, tərc. "Müqəddəs Üç Üqnum şəhəri və Bizim Xanımımız, Xoş küləklərin Müqəddəs Məryəminin limanı") — Cənubi Amerika materikində şəhər, Argentinanın paytaxtı. Şəhərin əsası 1536-cı ildə (bəzi mənbələrə görə 1535) ispan konkistadoru Pedro Mendosa tərəfindən qoyulmuşdur. Buenos Ayres ölkənin mərkəzi-şərq hissəsində, Cənubi Amerikanın ikinci ən uzun çayının — Parananın mənsəbinin davamı olan ən böyük körfəz Rio-de-la-Plata çayının qərb sahilində yerləşir. Şəhər 17-ci əsrdən bəri müasir qısaldılmış adını — "Buenos Ayres" adını daşıyır. Argentinada paytaxtı bəzən "müxtəlif adlara malik şəhər" adlandırırlar. Adı "Kapital Federal" (isp. Capital Federal) — "Federal paytaxt" ən çox istifadə edilən şəhər adlarından biridir."Buenos Ayres şəhəri" (İspan: Ciudad de Buenos Aires) və ya sadəcə olaraq "Buenos Aires" termini də tez-tez istifadə olunur, baxmayaraq ki, bu ad bəzən eyniadlı əyalətə görə yanıltıcıdır. Şəhərin adı "Buenos-Ayresin Muxtar Şəhəri" (İspanca: Ciudad Autónoma de Buenos Aires, qısaldılmış CABA) 1996-cı ildə şəhər nizamnaməsi ilə rəsmi olaraq qəbul edilmişdir. Çox vaxt danışıq dilində şəhər "Bayres" (Baires) adlanır, bu, şəhərdə (xüsusilə gənclər arasında) yayılmış orijinal formanın qısaldılmasıdır, lakin bu ad rəsmi sənədlərdə istifadə edilmir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]