Buger-Lambert-Ber qanunu
Buger-Lambert-Ber qanunu — uducu mühitdən keçərkən monoxromatik işıq dəstəsinin intensivliyinin zəifləməsini müəyyən edir (çox vaxt Buger qanunu adlanır).[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]I0 intensivlikli işıq dəstəsi l qalınlıqlı uducu maddə təbəqəsindən (layından) keçərkən ''I=I0 exp(–kλl)' intensivliyinə qədər azalır; burada kλ– müxtəlif dalğa uzunluğu üçün müxtəlif olan udulma əmsalıdır. 1729-cu ildə Pyer Bugerin eksperimentlə müəyyən etdiyi bu qanunu 1760-cı ildə İ. H. Lambert sadə fərziyyələrlə nəzəri cəhətdən əsaslandırmışdır: z qalınlıqlı maddə təbəqəsindən keçərkən işığın intensivliyinin nisbi dəyişməsi dI/I= – kλ z tənliyi ilə müəyyən olunur. Bu tənliyin həlli Buger-Lambert-Ber qanunu adlanır.[1]
Fiziki mahiyyəti
[redaktə | mənbəni redaktə et]Qanunun fiziki mahiyyəti udulmanın (fotonitkisinin) maddədən keçən işığın intensivliyindən asılı olmamasıdır, lakin işığın çox böyük intensivliklərində qanun pozula bilər və bu halda 'kλ intensivlikdən asılı olur. 1852-ci ildə alman alimi A. Ber bu qanunu uducu olmayan həlledicilərdəki işıquducu maddə məhlulları üçün ümumiləşdirmişdir.[1]
Məhlullarda tətbiqi
[redaktə | mənbəni redaktə et]Məhlullar üçün udulma əmsalı kλ=χλC şəklində yazıla bilər; burada C – həllolunmuş maddənin konsentrasiyası, χλ – uducu maddə molekulunun λ dalğa uzunluqlu işıqla qarşılıqlı təsirini xarakterizə edən yeganə konsentrasiyalı məhlulun udulma əmsalıdır və konsentrasiyadan asılı deyildir. Ber düsturu vasitəsilə udulmanı ölçməklə kimyəvi analizi mürəkkəb olan maddələrin konsentrasiyasını tez təyin etmək olur, lakin uducu maddənin konsentrasiyası kifayət qədər böyük olduqda bu düsturdan kənara çıxmalar müşahidə edilir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Buger-Lambert-Ber qanunu// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 40.