Burabay Milli Parkı
Burabay Milli Parkı | |
---|---|
Sahəsi | 83 511 hektar |
Yaradılma tarixi | 2000 |
Yerləşməsi | |
53°04′59″ şm. e. 70°18′00″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Aqmola vilayəti |
Yaxın şəhər | Astana |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Burabay Milli Park (qaz. «Бурабай» мемлекеттік ұлттық табиғи паркі) ― Qazaxıstanda, Aqmola vilayətinin Burabay rayonunda, Astana yaxınlığında yerləşən milli park. Park Qazaxıstanın ən populyar turizm yerlərindən biridir və birbaşa olaraqQazaxıstan Prezidentinin səlahiyyətindədir.
Milli park təbiət qoruqu statusu üçün nizanlama altında olduğu üçün mühafizə edilən ərazidə iqtisadi və asudə fəaliyyətlər qadağandır.
Status tarixi
[redaktə | mənbəni redaktə et]Bu təbii məkanın qorunması istiqamətində ilk addım 1898-ci ildə "dövlət meşəsi"nin yaradılması ilə atılmışdır. 1920-ci ildə Burabay milliləşdirildi və milli əhəmiyyətli bir kurort şəhəri elan edildi. 1935-ci ildə Burabay Milli Təbiət Qoruğu təşkil edildi. 1951-ci ildə təbiət qoruğu ləğv edildi və yerində Burabay meşəsi yaradıldı. Hökumətin 6 may 1997-ci il tarixli, 787 saylı qərarı ilə Burabay meşəsi dövlət tərəfindən idarə edilən "Burabay Meşəsinin Təbii və Rifah kompleksi" nə çevrildi. 2000-ci ildə 12 avqust tarixli, 1246 nömrəli qərara ilə 47 600 hektarı meşə olmaqla 83 831 hektar ərazini əhatə edən "Burabay Milli Parkı" yaradıldı. 2010-cu ildə parkın ərazisi 129 935 hektara qədər genişləndirilmişdir. 2012-ci ildə 370 hektar ərazi daha ehtiyat sahəyə çevrilmişdir.[1]
İqlim
[redaktə | mənbəni redaktə et]Burabayın iqlimi isti yayı olan rütubətli kontinental iqlim olaraq təsnif edilmişdir. Bu iqlim yüksək mövsümi amplituda və isti yay ilə xarakterizə olunur. Orta hesabla ən azı dörd ay terperatur 10 °C (50 °F)-dən yuxarı olsa da, teperaturu 22 °C (72 °F)-dən yuxarı qeyd olunmuş ay yoxdur.[2][3] Yanvar ayında parkdakı orta teperatur −16° C, iyulda isə +19° C olur.[4] Ərazidəki illik yağıntı miqdarı ortalama 300 mm civarındadır. Qışda qar örtüyü 25–35 sm qalınlığında olur və noyabr ayının ortalarından aprelə qədər davam edir.[5]
Flora və fauna
[redaktə | mənbəni redaktə et]Parkda 119-u qorunan və 12-i isə Qırmızı Kitaba daxil edilmiş 757 növ bitki qeydə alınmışdır.[6] Meşədəki ağacların 65%-ni şam, 31%-ni tozağacı, 3%-ni əsməqovaq, 1%-ni isə kollar təşkil edir. Ərazidə bir çox yeməli göbələk növünə rast gəlmək olar.[7]
Floranın müxtəlifliyi səbəbi ilə fauna olduqca zəngindir: ərazidə 305 heyvan növünə rast gəlmək mümkündür[6] və bu, Qazaxıstanın fauna müxtəlifliyinin 36%-ni təşkil edir. Onların 40%-i yaşayış yerlərinin sərhədində yaşayır və 13 növ Qırmızı Kitabda qeydə alınıb.
Hal-hazırda Burabay meşəsi maral, cüyür, sığın, çöldonuzu, sincab, qaraquyruq gəlincik, adi gəlincik və meşə dələsi də daxil olmaqla bir çox heyvan növünə ev sahibliyi edir. Yırtıcılar arasında canavarlara və vaşaqlara da rast gəlmək olar.
Quşlara isə meşə ördəyi, yaşılbaş ördək, boz ördək, bizquyruq ördək, qırmızı anqut, çibiş bibikinə, sahildəyişən, qara ilbizcüllüt və s. daxildir. Ördəklərin sayı payızda və köç dövrlərində kütləvi şəkildə artır.
Şəkillər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "History of Burabay's status" (rus). 5 sentyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ Kottek, M., J. Grieser, C. Beck, B. Rudolf, and F. Rubel, 2006. "World Map of Koppen-Geiger Climate Classification Updated" (PDF) (ingilis). Gebrüder Borntraeger 2006. 2010-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 sentyabr 2019.
- ↑ "Dataset - Koppen climate classifications" (ingilis). World Bank. 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2019.
- ↑ Burabay National Natural Park- the perl of Kazakhstan Arxivləşdirilib 2019-06-07 at the Wayback Machine, Kazakhstan Wonders, 29 mart 2010
- ↑ "Climate characteristics and its influence on the ecosystem". 10 sentyabr 2019 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "State National Park "Burabai"". Welcome to Kazakhstan. 4 dekabr 2018 tarixində arxivləşdirilib.
- ↑ "Mushrooms" (rus). 9 sentyabr 2019 tarixində arxivləşdirilib.