Cənubi Buq
Cənubi Buq | |
---|---|
ukr. Південний Буг | |
| |
Ölkə | |
Regionlar | |
Mənsəbi | Qara dəniz |
Uzunluğu | 806 km |
Su sərfi | 160 m³/s |
Su hövzəsi | 63,700 |
Hövzəsinin sahəsi | 63.700 km²[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Buq — Ukraynanın cənub qərbində çay.[2]
Sahəsi
[redaktə | mənbəni redaktə et]Uzunluğu 806 km, hövzəsinin sahəsi 63,7 min km2.[2]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Podol yüksəkliyi və Qaradənizyanı ovalıqla axır. Qara dənizin Dnepr limanına tökülür. Yuxarı axını bataqlıqlaşmış ərazidən keçir; orta axınında astanalar var. Əsas qolları: sağdan Kolıma, Savranka; soldan Sinyuxa, İnqul. Qarışıq mənbədən qidalanır. Ortaillik su sərfi Aleksandrovka kəndi yaxınlığında 87,6 m³/san. Noyabrdan fevraladək donmuş olur. Fevralın sonu mayın əvvəlinə qədər gursuludur. Cənubi Buq hövzəsində ümumi sah. 268 km² olan 4 min göl və su anbarları var. Mənsəbindən Vinnıtsia şəhərinədək gəmiçiliyə yararlıdır. Balıq (suf, durnabalığı, xulbalıq, çömçə balığı) ovlanır. Suvarmada istifadə olunur. SES-lər var. Xmel nitski, Xmilnık, Vinnıtsia, Hayvoron, Pervomaysk, Voznesensk, Mikolayiv şəhərləri Cənubi Buq sahilindədir.[2]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Qışda donması
-
Ploska çayının Cənubi Buq çayına tökülməsi
-
Vinnitsada
-
Çayqayığı
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Каталог річок України (ukr.). Київ: 1957. S. 55. 192 s. 3000 nüs.
- ↑ 1 2 3 Cənubi Buq// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 317. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.