Cerard Batler
Cerard Batler | |
---|---|
ing. Gerard James Butler | |
| |
Doğum adı | Gerard James Butler |
Doğum tarixi | |
Doğum yeri | Qlazqo, Şotlandiya |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1997-ci ildən indiyədək |
Təhsili |
|
Boyu | 1,88 m |
IMDb | ID0124930 |
gerardbutler.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Cerard Batler (ing. Gerard James Butler, 13 noyabr, 1969, Qlazqo, Şotlandiya) — şotlandiyalı aktyor.
Həyatı və səhnəyə gəlişi
[redaktə | mənbəni redaktə et]Cerard Ceyms Batler 13 noyabr, 1969-cu ildə Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı Peysli şəhərciyində dünyaya gəlib. Cerard ailədəki üç uşaqdan ən kiçiyi idi. 12 yaşından Qlazqoda Şotland Gənclik Teatrının tamaşalarında iştirak edir. Ancaq o, aktyor karyerasını davam etdirmir və Qlazqo Hüquq Universitetini yüksək qiymətlərlə bitirib vəkil köməkçisi işləyir. Bir neçə ildən sonra Batler hüquqşünas karyerasını yarımçıq qoyub Londona köçür və teatr aktyoru kimi fəaliyyətə başlayır. Çoxdan pərəstiş etdiyi məşhur "İynə üstündə" tamaşasında baş rollardan birinə dəvət alır.
Çəkildiyi filmlər
[redaktə | mənbəni redaktə et]Kinodebütü 1997-ci ildə, "Missis Braun" filmində baş tutur. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilir. Hunların tarixindən bəhs edən "Atilla" filmindəki obrazı ona məşhurluq gətirir. Bu rolda Batler ilk dəfə olaraq döyüşçü aktyor kimi özünü göstərir. "Atilla"nın uğurundan sonra Batler böyük layihələrə dəvət alır. O, "Lara Kroft" kinoseriyasının ikinci hissəsinə və "Alovun hakimiyyəti" döyüş filminə çəkilir. Ən məşhur rollarından birini 2004-cü ildə, Endryu Lloyd Vebberin eyniadlı müziklı əsasında ekranlaşdırılmış və Coel Şumaxerin çəkdiyi "Opera kabusu" filmində oynayır. Bu film onlarca mükafat alır və üç nominasiya üzrə "Oskar"a namizəd görülür. Maska altında gizlənmiş kabus rolu aktyora dünya şöhrəti gətirir. Bu filmdə vokal partiyaları Batler özü ifa edir. Növbəti bir neçə ildə Batler əvvəlki qədim döyüşçü ampluasında çıxış edir. "Beovulf və Qrendel" filmi ona elə də uğur qazandırmır. Saprta çarı Leonidi oynadığı "300 spartalı" filmi Cerarda yeni şöhrət gətirir. Aktyor xüsusi olaraq bu rol üçün kökəlmiş və ona güclü qrim edilmişdir. Cerard Batler boğulan bir oğlanı xilas etdiyinə görə, cəsarət medalı ilə təltif olunub.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Cerard Batlerin Imdb səhifəsi.