Con Bernal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Con Bernal
ing. John Desmond Bernal
Doğum tarixi 10 may 1901(1901-05-10)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 15 sentyabr 1971(1971-09-15)[2][3][…] (70 yaşında)
Vəfat yeri
Elm sahələri Biofizika, fizika[1], təbiət elmləri[1], elmin fəlsəfəsi[1]
Elmi adı
İş yerləri
Təhsili
Elmi rəhbəri Uilyam Henri Breqq
Tanınmış yetirmələri Doroti Meri Kroufut-Hodjkin, Maks Peruç
Üzvlüyü
Mükafatları International Stalin Prize for Peace
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Desmond Bernal[6] (ing. John Desmond Bernal; 10 may 1901[2][3][…], Nena[d], Munster[d][5]15 sentyabr 1971[2][3][…], London[1]) — İrlandiyaBritaniya fiziki, elm tarixçisi və ictimai-siyasi xadimi.[7] London Universitetinin professoru. Fizika, kristalloqrafiyabiokimya sahəsindəki çalışmaları ilə tanınır. "Elmi-texniki inqilab" ifadəsinin yaradıcısı hesab edilir.[8]

London Kral Cəmiyyətinin, SSRİ Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının, Bolqarıstan Elmlər akademiyasının və Böyük Britaniya Kommunist Partiyasının (1923) üzvü.[9] Beynəlxalq Kristalloqrafiya İttifaqının (1963–1966) və Ümümdünya Sülh Şurasının Reyasət Heyətinin prezidenti (1959–1965).[6]

Con Desmond Bernal Kembricdəki Bedford Məktəbində və Emmanuel Kollecində təhsil alıb, burada 1922-ci ildə bakalavr dərəcəsi almaq üçün riyaziyyat təhsili alıb; daha bir il təbiət elmləri oxuyub. O, müstəqil olaraq kosmik qruplar nəzəriyyəsini, o cümlədən Quaternion tənliyini mənimsəyib. Bu biliklər kristal quruluş üzərində sonrakı işlərinin riyazi əsası olub. Universiteti bitirdikdən sonra Londondakı Devi-Faraday Laboratoriyasında Uilyam Breqqin rəhbərliyi altında tədqiqatlara başlayıb. 1924-cü ildə qrafitin quruluşunu təyin edib.[7]

1923-cü ildə Kommunist Partiyasına daxil olsa da 1933-cü ildə ayrılıb. 1939-cu ildə o, elmin sosiologiyasına dair yəqin ki, ən erkən mətn olan "Elmin sosial funksiyası"nı nəşr etdirib. 1953-cü ildə Lenin Sülh Mükafatına layiq görülüb.[7][9]

O, həm də Malberi Havanının (Körfəzinin) yaradıcısı kimi tanınır. Normadiya əməliyyatının təşkilinə kömək etdikdən sonra, ertəsi gün Normandiyaya enən müttəfiq qoşunlarının sırasında olub. O, həmçinin 1929-cu ildə daimi sakinlər üçün uzunmüddətli ev kimi nəzərdə tutulan kosmik yaşayış növü olan Bernal sferası adlanan sahənin qabaqcılı kimi tanınır. Bütün fəaliyyəti ilə transhumanizm axınının öncülü olub.[7][8]

  • The World, the Flesh & the Devil: An Enquiry into the Future of the Three Enemies of the Rational Soul (1929)
  • Aspects of Dialectical Materialism (həmmüəllif; 1934)
  • The Social Function of Science (1939)
  • The Freedom of Necessity (1949)
  • The Physical Basis of Life (1951)
  • Science and Industry in the Nineteenth Century (1953)
  • World without War (1958)
  • A Prospect of Peace (1960)
  • Need There Be Need? (1960)
  • The Origin of Life (1967)
  • Emergence of Science (1971)
  • The Extension of Man. A History of Physics before 1900 (1972)
  • On History (həmmüəllif; 1980)
  1. 1 2 3 4 5 6 7 8 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Kojevnikov A. John Desmond Bernal // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  5. 1 2 Бернал Джон Десмонд // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 БЕРНАЛ Ҹон Десмонд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 120.
  7. 1 2 3 4 Blunden, Andy. "JD Bernal (1901-1971)". M.I.A. Library: John Desmond Bernal. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
  8. 1 2 "John Desmond Bernal - Nenagh honours unsung hero". Tipperary Star. 2005-08. 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.
  9. 1 2 "Бернал Джон Десмонд". Rusiya Elmlər Akademiyası (rus). 2002-12-02. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]