Cordan Piterson
Cordan Piterson | |
---|---|
ing. Jordan Peterson | |
Doğum adı | Jordan Bernt Peterson |
Doğum tarixi | 12 iyun 1962[2] (62 yaş) |
Doğum yeri | |
Uşaqları | 2 |
Elm sahələri | psixologiya, Klinik psixologiya, Sosial psixologiya[1], Şəxsiyyət psixologiyası[1], Din psixologiyası[1], Düşüncə[1], Milli şüur[d][1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
jordanbpeterson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Cordan Bernt Piterson (12 iyun 1962[2], Edmonton[4]) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır.[5][6][7] Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını,[8] şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir.[9]
O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir.[10] 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir.
Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır.[11][12][13] Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.[14][15][16]
2016-cı ildə Cordan Piterson YouTubeda siyasi dürüstlüyü və Kanada hökumətinin Bill C-16-nı ( Kanada İnsan Haqları Aktına və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi aktı) tənqid edən bir sıra videolar yayınlamış[17], həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb edə bilmişdir. O, "İntellektual Qaranlıq Web" kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.[18][19][20]
Erkən həyatı
[redaktə | mənbəni redaktə et]Cordan Piterson 1962-ci il iyunun 12-də anadan olmuş[21], Kanadada, Edmonton şəhərinin şimal-qərbindəki kiçik bir qəsəbə olan Feyrvyuda böyümüşdür.[22] Üç uşaqdan ən böyüyü olan Cordanın valideynləri Beverli və Volter Pitersondur.[23][24] Bernt adı onun norveçli babasının şərəfinə qoyulmuşdur.[25]
O, 13 yaşında olarkən məktəb kitabxanaçısı Sendi Notlinin yardımı ilə Corc Oruell, Oldos Haksli, Aleksandr Soljenitsın və Ayn Rand kimi yazıçıların əsərləri ilə yaxından tanış olmuşdur.[26] Yeniyetməlik illərində Yeni Demokrat Partiyası (NDP) üçün işləmiş, ancaq zamanla onların idealarına qarşı rəğbəti azalmış və 18 yaşı olanda partiyanı tərk etmişdir.
Təhsili
[redaktə | mənbəni redaktə et]Feyrvyu orta məktəbini bitirdikdən sonra siyasi elm və ingilis ədəbiyyatı təhsili almaq üçün 1979-cu ildə Qrande Preriya Regional Universitetinə daxil olmuşdur[8]. Daha sonra Alberta Universitetinə transfer olmuş, 1982-ci ildə siyasi elm ixtisası üzrə bakalavr dərəcəsi almışdır[27]. Bir il fasilə verib Avropaya səyahət etdikdən sonra Soyuq müharibənin psixoloji mənşəyini, 20-ci əsr Avropa totalitarizmini[8][28], Karl Qustav Yunqun, Fridrix Nitsşenin, Aleksandr Soljenitsın[23] və Fyodor Dostoyevskinin[28] əsərlərini araşdırmağa başlamışdır. Sonra Alberta Universitetinə qayıtmış, 1984-cü ildə psixologiya üzrə bakalavr dərəcəsi almışdır[29]. 1985-ci ildə MakGill Universitetinə getmək üçün Monreala köçmüşdür. 1991-ci ildə klinik psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 1993-cü ilin iyununa kimi MakGillin Duqlas xəstəxanasında post-doktoral araşdırmaçı kimi qalmışdır[30].
Karyerası
[redaktə | mənbəni redaktə et]1993-cü ilin iyulundan 1998-ci ilin iyununa kimi[31] Arlinqton, Massaçusetsdə yaşamış, Harvard Universitetinin psixologiya kafedrasında assistent professor kimi dərs demiş və tədqiqat aparmışdır. Harvardda olduğu müddət ərzində narkotik maddə və spirtli içkidən istifadənin yaratdığı aqressiyanı araşdırmış, bir sıra qeyri-ənənəvi tezis təkliflərinə nəzarət etmişdir[10]. 1998-ci ilin iyulunda Kanadaya qayıtmış və nəhayət, Toronto Universitetində professor olmuşdur.[31]
Pitersonun araşdırma və tədqiqat sahələri psixofarmakologiya, anormal, neyro, klinik, sosial, təşkilati[31], dini, ideoloji[8], siyasi psixologiyanı, şəxsiyyət, sənaye və yaradıcılıq psixologiyasını[32] əhatə edir. Piterson 100-dən çox akademik məqalənin[33] müəllifi və ya həmmüəllifidir.
Karyerasının böyük hissəsində aktiv klinik fəaliyyəti olmuş, həftə ərzində təxminən 20 insanla görüşmüşdür. Yeni layihələrə görə, 2017-ci ildə klinik fəaliyyətini kənara qoymuş, 2018-ci ildə müəllimlik fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.[34][35]
2019-cu ildə Torontoda professor Slavoy Jijeklə "Kapitalizm dövründəki xoşbəxtliyə qarşı Marksizm" mövzusunu müzakirə etmişdir.[36][37]
Əsərləri
[redaktə | mənbəni redaktə et]"Mənanın Xəritəsi: İnancın Arxitekturası" 1999-cu ildə çap olunmuş, kitabı tamamlamaq Pitersonun 13 ilini almışdır. Kitab insanların mənanı necə idarə etməsi, mifologiya, din, ədəbiyyat, fəlsəfə, beynin necə işlədiyinə dair müasir elmi anlayışa əsaslanan psixologiya da daxil olmaqla müxtəlif sahələrin ideyalarından istifadə edərək inam formalaşdırması, hekayələr yaratması haqqındakı hərtərəfli nəzəriyyədən ibarətdir.[27][38][39]
Pitersonun dediyinə görə, onun əsas məqsədi fərdlərin, qrupların sosial münaqişələrdə niyə iştirak etməsini araşdırmaq, fərdlərin sonda ölüm və QULAQ, Auşvitz həbs düşərgəsi və Ruanda soyqırımı kimi patoloji amansızlıqlarla nəticələnən inanc sistemlərini dəstəkləmə səbəblərini üzə çıxarmaq idi.[27][38][39] Yunqun arxetipləri kitabda mühüm rol oynayır.[14]
2004-cü ildə TV Ontarioda Pitersonun "Mənanın Xəritəsi: İnancın Arxitekturası" kitabına əsaslanan 13 hissəlik televiziya seriyası yayınlanmışdır.[23][29][40]
Pitersonun ikinci kitabı olan "Həyatın 12 qaydası: Xaos üçün antidot" 2018-ci ilin yanvarında nəşr olunmuşdur. Əsər həyata dair abstrakt əxlaqi prinsiplərdən ibarətdir.[16] Diqqətləri kitab üzərinə çəkmək üçün Piterson dünya turuna çıxır.[41][42][43] Turun bir parçası kimi, "Kanal 4 xəbərləri" proqramında Ketrin Nyumana müsahibə vermiş, bu da kitaba populyarlıq qazandırmışdır.[44][45] Kitab Kanadada, Amerika Birləşmiş Ştatlarında və Birləşmiş Krallıqda ən çox satılanlar siyahısında zirvəyə qalxmışdır.[46][47] 2019-cu ilin yanvarından etibarən, Piterson kitabın ikinci hissəsi üzərində işləyir.[48]
Siyasi görüşləri
[redaktə | mənbəni redaktə et]Piterson özünü "klassik britaniyalı liberal"[28][49][50] və "ənənəpərəst"[51] kimi xarakterizə edir. O, çox zaman səhvən sağçı kimi təqdim olunduğunu bildirib[52]. Məsələn, "Nyu York Tayms" onu "mühafizəkarlığa meylli"[53], "Vaşinqton Post" isə "mühafizəkar"[54] biri kimi təsvir etmişdir. Görkəmli libertar sosialist Noam Çomski də Pitersonun daha çox "sağ tərəf"də olduğunu demişdir.[55]
Akademiya və siyasi dürüstlük
Pitersonun siyasi dürüstlüyü tənqid edən yazıları postmodernizm, postmodern feminizm, ağların üstünlüyü, mədəni mənimsəmə, ətraf mühitin mühafizəsi kimi məsələləri əhatə edir.[56][57]
Tələbələrindən biri olan Kristin Brofi ilə birgə siyasi etiqadla şəxsiyyət arasındakı əlaqə haqda apardığı araşdırmaya əsasən, siyasi düzgünlüyün iki növü olduğunu demişdir: bərabərçilik (eqalitarianizm) və avtoritarizm.[58]
Pitersonun fikrincə, Şimali Amerika və Avropada siyasi dürüstlük dalğasının meydana gəlməsində ən çox universitetlər məsuliyyət daşımalıdır.[59] O, 1990-cı illərin əvvəllərindən bəri kampuslarda siyasi dürüstlüyün yüksəlişini izlədiyini, humanitar elmlərin korlandığını, elmlə daha az əlaqəli hala gəldiyini bildirmişdir. "İntellektual söhbətlər əvəzinə ideoloji söhbətlər" edirik. Bir professor kimi, öz təcrübəsinə əsasən, dərslərində iştirak edən tələbələrin kommunist rejimi altında baş verən kütləvi ölümlər, Stalinizm və Maoizm tərəfindən insanlığa qarşı törədilmiş cinayətlər haqda məlumatsız olduğunu açıqlamışdır.[28][60]
Postmodernizm və şəxsiyyət siyasəti
Piterson deyir ki, 1960-cı illərdən[57] bəri postmodern filosoflar və sosioloqlar Marksizm və kommunizmi rədd etmiş kimi görünsələr də, eyni zamanda, hər iki ideologiyanın təməl prinsiplərini yaratmış və genişləndirmişlər. O, həmçinin Yel Universitetinin ingilis kafedrası vasitəsilə Fransadan Amerika Birləşmiş Ştatlarına gəlib çıxmış postmodern düşüncənin təsiri olmadan müasir qərb cəmiyyətini anlamağın çətin olduğunu bildirir.
Pitersonun postmodernizmin Şimali Amerika humanitar elmlərinə təsiri haqqında düşüncəsi Mədəni Marksist konspirasiya nəzəriyyələri ilə müqayisə olunmuşdur.[61][62][63]
Piterson birinci kurs tələbələrinə sosiologiya, antropologiya, ingilis ədəbiyyatı, etnik araşdırmalar və neo-Marksist ideologiya tərəfindən korlandığını düşündüyü digər sahələrdən uzaq durmağı məsləhət görmüşdür. Onun fikrincə, bu sahələr akademik araşdırma adı altında elmdən uzaq metodları, radikal solçuluğu təbliğ edir[57], nəşrləri istinadlara əsaslanmır.[64]
YouTube kanalı, podkastlar və sosial media
[redaktə | mənbəni redaktə et]29 iyun 2022-ci ildə Petersonun Twitter hesabı, cinsiyyətini pozan və transseksual aktyor Elliot Peyc adının verildiyi tvit dərc etdikdən sonra saytın "nifrət dolu davranış siyasəti" çərçivəsində dayandırıldı.[65][66] Peterson dedi ki, o, "etməkdənsə ölməyi üstün tutacağını" dediyi hesabına girişi bərpa etmək üçün ondan tvit silməsi tələb olunacağı barədə xəbərdar edilib.[67] YouTube Petersonun iki videosunu demonetləşdirdi, biri onun Twitter-də fəaliyyətinin dayandırılması ilə bağlı, digəri isə genderi təsdiq edən qayğının "Nasist tibbi təcrübə səviyyəsində yanlış" olduğunu söylədiyi başqa bir video.[68]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Piterson 1989-cu ildə Temmi Roberts ilə evləndi.[26] Onların bir oğlu, bir qızı var.[23][26]
Piterson fəlsəfi praqmatistdir.[69] 2017-ci ildə bir müsahibədə ondan xristian olub-olmadığı soruşulanda belə cavab vermişdir: "Düşünürəm ki, bunun ən düz cavabı "bəli"dir".[70] Tanrının varlığına inanıb inanmadığı soruşulanda isə "Düşünürəm ki, düzgün cavab "xeyr"dir, amma Onun var ola biləcəyindən qorxuram" deyə cavab vermişdir.[15] "Spectator" jurnalı üçün yazan Tim Lott Pitersonun Yunqun din fəlsəfəsindən ilham aldığını, Sorn Kyerkeqor və Pol Tilliçin xristian ekzistensializminə i oxşar fikirlərə sahib olduğunu, Taosizmə hörmət etdiyini, təbiəti nizam və xaos arasındakı mübarizə olaraq gördüyünü və bu ikilik olmadan həyatın mənasız olacağını düşündüyünü söyləmişdir.[16]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Jordan B. Peterson // Catalogue of the Library of the Pontifical University of the Holy Cross.
- ↑ 1 2 Peterson, Jordan B..
- ↑ 1 2 https://www.thestar.com/news/insight/2018/03/16/jordan-peterson-is-trying-to-make-sense-of-the-world-including-his-own-strange-journey.html.
- ↑ Livingstone Smith, David & Kaag, John (2018), Thus Spoke Jordan Peterson Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine, Foreign Policy. Retrieved November 28, 2018: "Pundits including Tyler Cowen and David Brooks call Peterson the public intellectual of the moment."
- ↑ Robinson., Nathan J (2018), The Intellectual We Deserve Arxivləşdirilib 2022-01-01 at the Wayback Machine, Current Affairs. Retrieved November 28, 2018: "David Brooks thinks Peterson might be "the most influential public intellectual in the Western world right now.""
- ↑ Lewis, Helen (2018), Jordan Peterson and the rise of the cargo cult intellectual Arxivləşdirilib 2021-05-18 at the Wayback Machine, New Statesman. Retrieved November 28, 2018: "There’s a new public intellectual in town…His name is Jordan Peterson."
- ↑ 1 2 3 4 Tucker, Jason; VandenBeukel, Jason. "'We're teaching university students lies' – An interview with Dr Jordan Peterson". C2C Journal. December 1, 2016. January 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Meaning Conference". International Network on Personal Meaning
- ↑ 1 2 "Kreq Lambert (Sentyabr, 1998). "Xaos, Mədəniyyət, Maraq"". 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ McCord, Joan. Beyond Empiricism: Institutions and Intentions in the Study of Crime. Transaction Publishers. 2004. səh. 178. ISBN 978-1-4128-1806-3. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Ellens, J. Harold. The Destructive Power of Religion: Models and cases of violence in religion. Praeger. 2004. səh. 346. ISBN 978-0-275-97974-4. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Gregory, Erik M.; Rutledge, Pamela B. Exploring Positive Psychology: The Science of Happiness and Well-Being. ABC-CLIO. 2016. səh. 154. ISBN 978-1-61069-940-2. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 Bartlett, Tom. "What's So Dangerous About Jordan Peterson?". The Chronicle of Higher Education. January 17, 2018. August 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 Blatchford, Christie. "Christie Blatchford sits down with "warrior for common sense" Jordan Peterson". National Post. January 19, 2018. İstifadə tarixi: January 19, 2018.
- ↑ 1 2 3 Lott, Tim. "Jordan Peterson: 'The pursuit of happiness is a pointless goal'". The Observer. January 21, 2018. May 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Birinci hissə: Qorxu və Hüquq. Arxivləşdirilib 2019-11-27 at the Wayback Machine YouTube. 27 sentyabr, 2016.
- ↑ Weiss, Bari & Winter, Damon (2018), the Renegades of the Intellectual Dark Web[ölü keçid], The New York Times. Retrieved November 27, 2018: "The closest thing to a phone book for the I.D.W. is a sleek website that lists the dramatis personae of the network, including Mr. Harris; Mr. Weinstein and his brother and sister-in-law, the evolutionary biologists Bret Weinstein and Heather Heying; Jordan Peterson…"
- ↑ Farrell, Henry (2018), The "Intellectual Dark Web," explained: what Jordan Peterson and Ben Shapiro have in common with the alt-right Arxivləşdirilib 2020-04-22 at the Wayback Machine, Vox. Retrieved November 27, 2018: "The thinkers profiled included the neuroscientist and prominent atheist writer Sam Harris, the podcaster Dave Rubin, and University of Toronto psychologist and Chaos Dragon maven Jordan Peterson."
- ↑ Malik, Nesrine (2018),If the "Intellectual Dark Web" are being silenced, why must we keep hearing about them? Arxivləşdirilib 2019-02-20 at the Wayback Machine, New Statesman. Retrieved November 27, 2018: "If you had struggled to come up with a collective noun for that disparate group of people that ranges from Milo Yiannopoulos to Sam Harris and includes Jordan Peterson…the New York Times has baptised them.They now have a name. The "Intellectual Dark Web" or "IDW"…"
- ↑ "Haqqında" Arxivləşdirilib 2020-03-17 at the Wayback Machine, Pitersonun rəsimi Facebook səhifəsi
- ↑ Bowles, Nellie (May 18, 2018). "Jordan Peterson, Custodian of the Patriarchy" Arxivləşdirilib 2019-01-20 at the Wayback Machine, The New York Times. Retrieved August 29, 2018.
- ↑ 1 2 3 4 McBride, Jason. "The Pronoun Warrior". Toronto Life. January 25, 2017. December 10, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Menon, Vinay. "Jordan Peterson is trying to make sense of the world — including his own strange journey". Toronto Star. March 16, 2018. December 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Brown, Louise. "Schools a soft target for revenge-seekers". Toronto Star. April 17, 2007. November 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018.
Jordan Bernt Peterson of the University of Toronto.
(#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters) - ↑ 1 2 3 Winsa, Patty. "He says freedom, they say hate. The pronoun fight is back". Toronto Star. January 15, 2017. March 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 "Krendl, Anne C. (26 aprel, 1995). "Cordan Piterson: mifologiyanı psixologiya ilə əlaqələndirmə"". 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 3 4 Lott, Tim (20 sentyabr, 2017). "Jordan Peterson and the transgender wars". The Spectator. Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine Retrieved November 11, 2017.[1] Arxivləşdirilib 2019-04-21 at the Wayback Machine
- ↑ 1 2 "Former Fairviewite gets TV miniseries". Fairview Post. January 27, 2004. 22 aprel 2017-ci ildə orijinalından arxivləşdirilib. İstifadə tarixi, 6 iyun, 2017.
- ↑ "Bioqrafiya: Cordan Piterson" Arxivləşdirilib 2019-05-10 at the Wayback Machine. Toronto Universiteti. 14 avqust, 2016.
- ↑ 1 2 3 "Jordan B Peterson" Arxivləşdirilib 2019-07-09 at the Wayback Machine. ResearchGate. Retrieved November 11, 2017.
- ↑ "Meaning Conference". International Network on Personal Meaning. July 2016. November 13, 2017 tarixində arxivləşdirilib.
- ↑ "McCamon, Brent (28 mart, 2017). "Wherefore Art Thou Peterson?". Convivium". 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-23. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Menon, Vinay (March 16, 2018). "Jordan Peterson is trying to make sense of the world — including his own strange journey". Toronto Star. Arxivləşdirilib 2019-12-19 at the Wayback Machine 22 may 2018-ci ildə istifadə olunub.
- ↑ Mudhar, Raju; Kennedy, Brendan (April 19, 2019). "Jordan Peterson, Slavoj Zizek each draw fans at sold-out debate" Arxivləşdirilib 2019-04-20 at the Wayback Machine. Toronto Star. Retrieved April 20, 2019.
- ↑ Mudhar, Raju; Kennedy, Brendan (April 19, 2019). "Jordan Peterson, Slavoj Zizek each draw fans at sold-out debate" Arxivləşdirilib 2019-04-20 at the Wayback Machine. Toronto Star. İstifadə tarixi: 20 aprel, 2019.
- ↑ Marche, Stephen (April 20, 2019). "The 'debate of the century': What happened when Jordan Peterson debated Slavoj Žižek" Arxivləşdirilib 2019-04-20 at the Wayback Machine. The Guardian. İstifadə tarixi: 20 aprel, 2019.
- ↑ 1 2 "Kreq Lambert (Sentyabr, 1998). "Xaos, Mədəniyyət, Maraq"". 2017-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ 1 2 "Cordan Piterson (Avqust, 2015), "Cordan Pitersonun "Mənanın Xəritəsi"nin məzmunu və nümunələri: İnancın Arxitekturası", Scribd, səh. 2–3". 2018-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Arxiv: Mənanın xəritəsi" Arxivləşdirilib 2022-02-07 at the Wayback Machine. TVO.org. TVOntario.
- ↑ Law, Katie (January 20, 2018). "Canadian psychologist Jordan Peterson: the 'anti-snowflake' crusader speaks out" Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine. London Evening Standard. İstifadə tarixi: 20 yanvar, 2018.
- ↑ Murray, Douglas (January 20, 2018). "The curious star appeal of Jordan Peterson" Arxivləşdirilib 2018-01-20 at the Wayback Machine. The Spectator. İstifadə tarixi: 20 yanvar, 2018.
- ↑ Heidenreich, Phil (January 20, 2018). "Edmonton's Citadel Theatre apologizes over how it handled Jordan Peterson event" Arxivləşdirilib 2018-01-20 at the Wayback Machine. Global News. İstifadə tarixi: 20 yanvar, 2018.
- ↑ Doward, Jamie (January 21, 2018). "'Back off', controversial professor urges critics of C4 interviewer" Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine. The Observer. İstifadə tarixi: 21 yanvar, 2018.
- ↑ Brooks, David (January 25, 2018). "The Jordan Peterson Moment" Arxivləşdirilib 2018-01-30 at the Wayback Machine. The New York Times. İstifadə tarixi: 31 avqust, 2018.
- ↑ Dundas, Deborah (February 9, 2018). "Jordan Peterson's book is a bestseller – except where it matters most" Arxivləşdirilib 2018-03-03 at the Wayback Machine. Toronto Star. İstifadə tarixi: 3 mart, 2018.
- ↑ Reyna, Xavier Austin (February 23, 2018). "Why Jordan Peterson Is Such a Crucial Figure for the Community" Arxivləşdirilib 2018-03-03 at the Wayback Machine. EStudy Breaks. İstifadə tarixi: 3 mart, 2018.
- ↑ "Arxivlənmiş surət". 2019-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Robertson, Derek (June 16, 2018). "Why the 'Classical Liberal' is Making a Comeback" Arxivləşdirilib 2021-03-05 at the Wayback Machine. POLITICO Magazine. İstifadə tarixi: 30 yanvar, 2019.
- ↑ Kovach, Steve (August 12, 2017). "Silicon Valley's liberal bubble has burst, and the culture war has arrived" Arxivləşdirilib 2022-05-19 at the Wayback Machine. Business Insider. İstifadə tarixi: 11 noyabr, 2017.
- ↑ "Jordan Peterson: 'One thing I'm not is naive" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. Financial Times. İstifadə tarixi: 30 yanvar, 2019.
- ↑ Callagahan, Greg (April 19, 2018). "Right-winger? Not me, says alt-right darling Jordan Peterson" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. The Sunday Morning Herald. İstifadə tarixi: 22 may, 2018.
- ↑ Bowles, Nellie (December 24, 2018). "Patreon Bars Anti-Feminist for Racist Speech, Inciting Revolt" Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine. The New York Times.
- ↑ "Jordan Peterson is on a crusade to toughen up young men. It's landed him on our cultural divide" Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine. The Washington Post.
- ↑ Better Left Unsaid The Film. "Noam Chomsky on Jordan Peterson, Post-Modernism, Foucault and Ali G". Youtube.
- ↑ Ziai, Reza (September 17, 2017). "The Curious Case of Jordan Peterson" Arxivləşdirilib 2017-09-28 at the Wayback Machine. Areo Magazine.
- ↑ 1 2 3 Bandler, Aaron (November 4, 2016). "Q&A with Prof. Jordan Peterson on Genderless Pronouns and the Left's 'PC Game'" Arxivləşdirilib 2020-10-01 at the Wayback Machine. The Daily Wire.
- ↑ Kaufman, Scott Barry (November 20, 2016). "The Personality of Political Correctness" Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine. Scientific American.
- ↑ Chiose, Simona (June 3, 2017). "Jordan Peterson and the trolls in the ivory tower" Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine. The Globe and Mail.
- ↑ Philipp, Joshua (June 21, 2017). "Jordan Peterson Exposes the Postmodernist Agenda". Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine Epoch Times.
- ↑ Lynskey, Dorian (February 7, 2018). "How dangerous is Jordan B Peterson, the rightwing professor who 'hit a hornets' nest'?" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. The Guardian.
- ↑ Berlatsky, Noah (June 12, 2018). "How Anti-Leftism Has Made Jordan Peterson a Mark for Fascist Propaganda" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. Pacific Standard.
- ↑ Beauchamp, Zack (May 21, 2018). "Jordan Peterson, the obscure Canadian psychologist turned right-wing celebrity, explained" Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine. Vox.
- ↑ Kraychik, Robert (May 28, 2017). "Dissident Professor Explains Neo-Marxism; 'Women's Studies Should Be Defunded'" Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine. The Daily Wire.
- ↑ Parkel, Inga. "Twitter reportedly removes Jordan Peterson's tweet about Elliot Page". The Independent. 2022-07-01. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Jordan Peterson has Twitter account suspended after making Elliot Page comment". 2022-07-02. 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Knolle, Sharon. "Jordan Peterson Would 'Rather Die' Than Delete Tweet About Elliot Page That Got Him Suspended". The Wrap. 2022-07-01. 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Kupemba, Danai Nesta. "YouTube demonetises Jordan Peterson for misgendering Elliot Page". PinkNews. 2022-08-04. 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Sixsmith, Ben (November 12, 2017). "Why Are Non-Believers Turning to Their Bibles?" Arxivləşdirilib 2022-08-27 at the Wayback Machine. Quillette.
- ↑ "Arxivlənmiş surət". 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-27. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)