Covanni Centile
Covanni Centile | |
---|---|
it. Giovanni Gentile | |
Doğum tarixi | 29 may 1875[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 1944[3][4][…] (68 yaşında) |
Dəfn yeri | |
Dövr | İtaliya faşizmi |
İstiqaməti | Hegelçilik |
Əsas maraqları | fəlsəfə[5] |
Təsirlənib | Georq Vilhelm Fridrix Hegel |
Vikianbarda əlaqəli mediafayllar |
Covanni Centile (it. Giovanni Gentile; 29 may 1875[1][2][…], Kastelvetrano[d][1][2][…] – 15 aprel 1944[3][4][…]) — italyan filosofu, siyasətçi. Roma Universitetinin professoru, Mussolini hökumətində Maarif naziri.
Centile Hegelin təlimini yenidən nəzərdən keçirmiş və yeni hegelçiliyin subyektiv idealist çalarlarından biri olan "aktualizm" sistemini yaratmışdır. Centileyə görə, bütün mövcudat həmişə aktual, fəal olan, düşünən fikrin, hərəkətin nəticəsidir. Düşünən fikrin yaradıcılığı isə məkan və zaman şəraiti ilə məhdudlaşdırılmışdır. Onun doğurduğu materiya ölüdür, ətalətlidir, lakin fikirlə vəhdət halındadır. Solipsizmdən uzaqlaşmaq üçün Centile universal "mən" anlayışını işə salır. Reallıq fərdi şüur ideyaları ilə eyniyyət təşkil etməyib, kainatda təşəkkül tapma prosesində bütün əkslikləri aradan qaldıran fövqəlşəxsi transsendental başlanğıcın xalis təfəkkürüdür. Sosioloji-siyasi baxışlarında Centile liberalizmdən fatalizmədək təkamül etmişdir. Centile fəlsəfəsinin subyektivizmi və volyuntarizmi italyan faşizminin ideoloji əsaslarından olmuşdur.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Hegel dialektikasının islahatı" (1913)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ 1 2 3 4 Giovanni Gentile // www.accademiadellescienze.it (it.).
- ↑ 1 2 Giovanni Gentile // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Giovanni Gentile // Internet Philosophy Ontology project (ing.).
- ↑ https://www.accademiadellescienze.it/attivita/premi-e-borse/premi-del-passato/premio-gautieri.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |