Dəmir (III) nitrat
Dəmir (III) nitrat | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | Fe(NO3)3 |
Molyar kütlə | 241,86 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,68 q/sm³ |
Termik xüsusiyyətlər | |
Parçalanma temperaturu | 35 °C(heksahidrat), 47,2°C(nonahidrat) °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 10421-48-4 |
PubChem | 168014, 25251 |
RTECS | NO7175000 |
ChemSpider | 23584 |
Dəmir (III) nitrat - qeyri-üzvi kimyəvi birləşmə, azot turşusu və üç valentli dəmirin duzudur.
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Dəmir (III) nitrat adi temperaturda konsentra-siyadan asılı olaraq Fe(NO3)3•6H2O tərkibli rəngsiz kublar şəklində və ya Fe(NO3)3•9H2O tərkibli monoklinik kristallar kimi kristallaşır. Fe(NO3)3• 6H2O - kub qəfəsli açıq bənövşəyi rəngli hiqroskopik kristallardı. Ən azı tərkibində 57% HNO3 və 28% Fe(NO3)3 olan sulu məhlullardan kristallaşdıqda alınır. Fe(NO3)3• 9H2O - monoklinik qəfəsli çox higroskopik açıq bənövşəyi kristallardı (a = 0,140 nm, b = 0,970 nm, c = 1,103 nm, β = 95,52°C). Suda yaxşı həll olunur, qızdırıldıqda 50,1 0C-də əriyir.
Temperatur, °С | Konsentrasiya, q/100 q suda | Konsentrasiya, % |
0 | 67,08 | 40,15 |
20 | 82,48 | 45,2 |
40 | 104,83 | 51,18 |
Alınması
[redaktə | mənbəni redaktə et]- Dəmir (III) nitratı dəmir qırıntılarının 20-30% -li nitrat turşusunun məhlulu ilə reaksiyası zamanı almaq olar:
- İstehsalatda bu prosesi məhluldan hava üfürməklə həyata keçirmək olar:
- Laboratoriya şəraitində dəmir (III) nitratı mübadilə reaksiyası zamanı almaq olar:
Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Sulu məhlullarda dəmir (III) nitrat güclü hidrolizə məruz qalır:
HNO3 məhlulunu güclü turşulaşdırmaqla tarazlığı əks istiqamətə dəyişmək olar.
Dəmir (III) nitrat qızdırıldıqda parçalanır:
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Dəmir (III) nitrat çirkab suların təmizlənməsində koaqulyant kimi, parçaların və yunların rənglənməsi zamanı (rəng tez yuyulmasın) istifadə olunur. Dəmir (III) nitratla hopdurulmuş bəzi gillər üzvi sintezdə faydalı oksidləşdirici lərdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- Волков А. И., Жарский И. М. Большой химический справочник. Современная школа, 2005. — 608 с.
- Лидин Р. А. Справочник школьника. Химия. — М: 2003.