39°38′00″ şm. e. 43°22′39″ ş. u.HGYO

Daşlıçay ilçəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Daşlıçay ilçəsi
39°38′00″ şm. e. 43°22′39″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.450 nəf. (2018)
Daşlıçay ilçəsi xəritədə
Daşlıçay ilçəsi
Daşlıçay ilçəsi

Daşlıçay ilçəsiAğrı ilinin ilçəsi.

Daşlıçay ilçəsi həmçinin Daşlıçay şəhər bələdiyyəsi 6324–6325 saylı qanun əsasında 1954-cü ildə yaradılmışdır.[1]

Ərazisindən Murad çayı keçən il şərqdən Ağrı ilinin Diyadin və Doğubəyazid ilçələri, şimaldan İğdır ilinin Duzluca ilçəsi, qərbdən Ağrı ilinin Ağrı ilçəsi və Hamur ilçəsi, cənubdan isə Van ilinin Ərciş ilçəsi ilə həmsərhəddir. İlçənin sahəsi 798[1][2] km²-dir. İlçənin ən hündür nöqtəsi Aladağın zirvəsi olan Muradbaşı (və ya Qoçbaşı) zirvəsidir (hündürlüyü 3510 metr). İlçə mərkəzi olan Daşlıçay şəhəri ilin mərkəzi olan Ağrı şəhərindən 32 km məsafədə yerləşir.[1]

İlçədə əhali əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olur. Ərazisinin çox hissəsi dağlıq olan ilçədə əkinə yararlı sahələr azdır.

TUİK-in 2011-ci ilə verdiyi rəsmi təxminə əsasən Daşlıçay əhalisi 22 641[3] nəfərdir (11,543[3] nəfər kişi, 11,098[3] nəfər qadın). Bütün ilçə əhalisinin 6 191[3] nəfəri (3,132[3] nəfəri kişi, 3 059[3] nəfəri qadın) Daşlıçay şəhərində, qalan 16 450[3] nəfər (8,411[3] nəfər kişi, 8 039[3] nəfər qadın) əhali isə 36 kənddə yaşamaqdadır. Daşlıçay ilçəsində yalnız bir bələdiyyə mövcuddur: Daşlıçay şəhər bələdiyyəsi (Daşlıçay şəhərini əhatə edir).

Etiqad baxımından tamamilə müsəlman olan ilçə əhalisini əsasən kürdlər, qismən türklər (azərbaycanlılar) təşkil edirlər. Kürdlər şafi məzhəbindədirlər. İlçədəki azərbaycanlılar şiə-cəfəri və sünni-hənəfi təriqətləri olmaqla iki yerə ayrılır. İlçədə əsasən kəndlərdə yaşayan azərbaycanlıların subetnik qrupu olan qarapapaqlara aid türklər hənəfi məzhəbindədirlər. Şiə-cəfəri azərbaycanlıların əksəriyyəti isə Daşlıçay şəhərində yaşamaqdadır.

  • Daşlıçay şəhərinin əhalisinin (6,191[3] nəfər) 60%-ni kürdlər, 40%-ni azərbaycanlılar təşkil edir.[2] Şəhərdəki azərbaycanlıların əksəriyyəti şiə olsa da, az bir qismi (qarapapaq tayfasından 20-25 ailə)[4] sünni-hənəfi təriqətindədirlər.
  • Cəfəri məzhəbində olan Azərbaycan türkləri Daşlıçay şəhərində (əhalinin 40%-i), Yuxarıdaşlıçay (əhalinin tamamı), Yassıqaya (əhalinin tamamı) və Bayramyazı (3-5 ailə) kəndlərində, Azərbaycan türklərinin subetnik qrupu olan qarapapaqlar isə Daşlıçay şəhərində (20-25 ailə), İkiyamac (əhalinin tamamı), Keçidverən (əhalinin 95%-i), Yuxarıtoxlu (əhalinin tamamı), Aşağıtoxlu (əhalinin yarısı), Qumlubucaq (əhalinin yarısı) və Çöğürlü (3-5 ailə) kəndlərində yaşamaqdadırlar.
  • İlçə ərazisində yaşayan kürd əsilli əhali tayfa quruluşunu qoruyub saxlamışdır:
  • Cəlali tayfası: Araz, Aşağıəsən, Yuxarıəsən, Bayramyazı, Boyuncaq, Çöğürlü, Qumlubucaq, Daştəkər və Tanyolu kəndlərində məskunlaşıbdır.
  • Plakani tayfası: Aşağıdüzmeydan, Yuxarıdüzmeydan, Aşağıdumanlı, Yuxarıdumanlı, Çökelgə, Gündoğdu, Tanrıverdi, Güneysöyüd, Samanyolu, Yanqaya, Yeltəpə, Yanalyol və Balçiçək kəndlərində məskunlaşmışdır.
  • Nezoi tayfası: Yardımçılar, Düzgörən və Tanrıverdi kəndlərində məskunlaşmışdır.
  • Kaskan tayfası: Diləkyazı və Qumluca kəndlərində məskunlaşmışdır.
  • Şeyx tayfası: Gözucu, Kağnılı və Bayıraltı kəndlərində məskunlaşmışdır.
  • Mikali tayfası: Gözucu və Bayıraltı kəndlərində məskunlaşmışdır.
Daşlıçay ilçəsinin kəndləri və etnik tərkibi
No: Kəndlərin adı[3] 2011[3] r.t., əhali Milli çoxluq Milli azlıq
1. Alaqoçlu 846 100% kürd ...
2. Araz 203 100% kürd ...
3. Aşağıdumanlı 1,229 100% kürd ...
3. Aşağıdüzmeydan 482 100% kürd ...
4. Aşağıəsən 451 100% kürd ...
5. Aşağıtoxlu 434 50%[2] azərbaycanlı 50%[2] kürd
6. Balçiçək 154 100% kürd ...
7. Bayıraltı 536 100% kürd ...
8. Bayramyazı 540 kürd 3-5 ailə[4] azərbaycanlı
9. Boyuncaq 79 100% kürd ...
10. Çöğürlü 747 kürd 3-5 ailə[4] azərbaycanlı
11. Çökelgə 472 100% kürd ...
12. Diləkyazı 256 100% kürd ...
13. Düzgörən 654 100% kürd ...
14. Keçidverən 602 95%[4] azərbaycanlı 5% kürd
15. Gözucu 598 100% kürd ...
16. Gündoğdu 104 100% kürd ...
17. Güneysöyüd 172 100% kürd ...
18. İkiyamac 294 100%[4] azərbaycanlı ...
19. Kağnılı 177 100% kürd ...
20. Qaragöz 154 100% kürd ...
21. Qumlubucaq 421 50%[4] azərbaycanlı 50%[4] kürd
22. Qumluca 1,619 100% kürd ...
23. Samanyolu 105 100% kürd ...
24. Tanrıverdi 199 100% kürd ...
25. Tanyolu 725 100% kürd ...
26. Daştəkər 356 100% kürd ...
27. Yanalyol 202 100% kürd ...
28. Yanqaya 21 100% kürd ...
29. Yardımçılar 804 100% kürd ...
30. Yassıqaya 197 100%[2] azərbaycanlı ...
31. Yeltəpə 577 100% kürd ...
32. Yuxarıdumanlı 312 100% kürd ...
33. Yuxarıdüzmeydan 865 100% kürd ...
34. Yuxarıəsən 479 100% kürd ...
35. Yuxarıdaşlıçay 200 100%[2] azərbaycanlı ...
36. Yuxarıtoxlu 184 100%[4] azərbaycanlı ...

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 T.C. Taşlıçay Kaymakamlığı :Genel Durum Arxivləşdirilib 2014-08-09 at the Wayback Machine
  2. 1 2 3 4 5 6 Ağrı-Taşlıçay Halk Eğitim Merkezi Müdürlüğü:Taşlıçay İlçesi Genel Bilgileri Arxivləşdirilib 2012-03-04 at the Wayback Machine:..Alanı 798 km karedir...İlçe merkez nüfusu %40 Azeri ve Karapapak %60 kürt kökenli vatandaşlarımızdan oluşmaktadır. İlçeye bağlı köylerden, Yukarı Taşlıçay ve Yassıkaya köyleri Azeri, Geçitveren, İkiyamaç, Yukarı Toklu, Kumlubucak ve Aşağı Toklu köylerinin yarısı Karapapak, diğer köylerimiz kürt kökenli vatandaşlarımızdan oluşmaktadır. İlçemizde yaşayan nüfusun tamamı müslüman olup, karapapaklar hanefi, azeriler şii (caferi), kürtler ise şafi mezhebindendir.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Türkiye İstatistik Kurumu :Adrese dayalı nüfus kayıt sistemi - 2011 veri tabanı[ölü keçid]: Ağrı ili - ilçe, şehir ve köy nüfusları..
  4. 1 2 3 4 5 6 7 8 Terekeme Karapapak Köyleri Kültür ve Sanat Derneği :İLLERİMİZDEKİ TEREKEME KÖYLERİ Arxivləşdirilib 2012-10-01 at the Wayback Machine