David Anaxt
David Anaxt | |
---|---|
erm. Դավիթ Անհաղթ | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | VI əsr |
Əsas maraqları | fəlsəfə, epistemologiya, məntiq, Din fəlsəfəsi |
Təsirlənib | Platon, Aristotel, Pifaqor |
Vikianbarda əlaqəli mediafayllar |
David Anaxt və ya Məğlubedilməz David[1] (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi.[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir.[1]
İrsi
[redaktə | mənbəni redaktə et]- 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir.
- Elə həmin il SSRİ-də David Anaxta həsr olunmuş poçt markası buraxılmışdır.
- İrəvan şəhərinin Kanaker-Zeytun inzibati rayonunun əsas küçələrindən biri David Anaxtın şərəfinə adlandırılmışdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Давид Анахт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: Гајыбов—Елдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 296.
- ↑ Давид Анахт // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑ "Улица Давида Анахта в городе Ереван". Яндекс.Карты (rus). 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-05.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Философия Давида Непобедимого М., 1984.- 272 с.
- Чалоян В. К., Философия Давида Непобедимого. Ереван, 1946.
- Аревшатян С. С. Давид Анахт и его роль в развитии древнеармянской философии. В кн.: Давид Анахт. Соч. М., 1980. С.5-28.
- История философии в СССР, т. 1. М., 1968.
- Лосев А. Ф., Философско-исторический подвиг Давида Непобедимого. Ереван, 1980.
- Лосев А. Ф., История античной эстетики, том VIII. М.: Искусство, 1988.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda David Anaxt ilə əlaqəli mediafayllar var.
- Лосев А. Ф. Давид Непобедимый и конец александрийского неоплатонизма.