Dire Straits

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dire Straits
Əsas məlumatlar
Üslub Rok
Kantri
Proqresiv-rok
Pab-rok
Fəaliyyət illəri 1977-1988
1991-1995
Keçmiş üzvlər Mark Nopfler
Con İllsli
Pik Uizers
Devid Nopfler
Alan Klark
Hal Lindes
Terri Vilyams
Qay Fletçer
Cek Sonni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dire StraitsBöyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsliPik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur.

Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir. Ad zamanın problemləri, qrup üzvlərinin maddi problemlərinə işarə kimi seçilib, "çətin vəziyyət" kimi tərcümə edilə bilər. 1977-ci ildə onlar 5 mahnıdan ibarət ( gələcəyin hiti olan «Sultans of Swing», həmçinin «Water of Love», «Down to the Waterline», «Wild West End» və «Sacred Loving» ) demo-kasset yazdılar. Kasseti BBC Radio London rasiostansiyasında "Hokny Tonkin" proqramını aparan DJ Çarli Jilettə verdilər. Onlar aparıcıdan sadəcə məsləhət istəyirdilər. Amma musiqi aparıcının o qədər xoşuna gəldi ki, «Sultans of Swing» mahnısını efirdə səsləndirdi. 2 ay sonra Dire Straits Phonogram Records -la müqavilə bağladılar. İlk albom 1978-ci ilin fevralında Basing Street studiyasında yazıldı. Lakin albom yaxşı reklam olunmadı və çox da yaxşı qəbul olunmadı. Buna baxmayaraq, istedadlı insanların axtarışı şöbəsinin əməkdaşı Kerin Berqin diqqətini cəlb elədi. O, düşünürdü ki, cəmiyyətdə məhz belə musiqi çatışmır. Amma şöbədə yalnız 1 nəfər onunla razılaşdı. Mahnıların çoxu Mark Nopflerin Nyukasl-apon-Tayn, Lids, London kimi şəhərlərinə ziyarətinin təəsüratlarını əks etdirir.

Həmin ildə Dire Straits konsert fəaliyyətinə başladı. Nəticədə ABŞ-də Warner Bros. Records-la müqavilə bağladılar və 1978-ci ildə öz eyniadlı debütlərini bütün dünyada yayınladılar. Qrup ABŞ-də uğur qazanacaqlarını düşünürdü, lakin Kanada, AvstraliyaYeni Zelandiyada daha çox uğur qazandılar. Nəhayət, Dire Straits albomu bütün Avropa ölkələrində Top 10-luğa daxil oldu.

Növbəti ildə qrup Şimali Amarikada özlərinin ilk turuna çıxdılar və 38 gün ərzində izdihamlı zalda 51 konsert verdilər. «Sultans of Swing» ABŞ hit-parad-larında 4, Böyük Britaniyada 8-ci yeri tutdu. Bob Dilan, qrupun Los- Ancelesdəki çıxışından o qədər təsirlənir ki, Mark Nopfleri və Pik Uizersi öz gələcək Slow Train Coming albomumun hazırlanmasında iştirak etməyə dəvət edir. İkinci albom «Communiqué» 1978-ci ildə Baham Adaları, Nassauda Compass Point Studios-da yazılmağa başladı. Albom 1979-cu ilin iyununda işıq üzü gördü və uğurlu alındı. Lakin növbəti ildə qrupun səsləndirməsi dəyişməyə başladı, eyni zamanda tərkibində də dəyişiklik oldu.

1980-1984: musiqi mürəkkəbliyinin artması və ilk uğurlar

[redaktə | mənbəni redaktə et]
Mark Nopfler və Hel Lindes

1980-ci ildə Dire Straits "Qremmi mükafatı"nın "Ən yaxşı yeni ifaçı" və «Sultans Of Swing» mahnısına görə "Ən yaxşı rok-vokal (duetdə və ya qrupda)" laureatlarına layiq görüldülər. 1980-ci ildə qrup üçüncü albomu hazırlamağa başladı. Cimmi Ayovinin və Mark Nipflerin prodüserliyi ilə Making Movies 1980-ci ilin oktyabrında işıq üzü gördü. Albom hazırlanarkən Mark və Devid qardaşları arasında çəkişmə başlayır və Devidin qrupdan ayrılıb solo karyeraya başlaması ilə nəticələnir. Studiya sessiyaları ritm-gitarist Sid Makhinnis ilə davam etdirilir. Albom hazır olanda klaviatura alətlərinin ifaçısı Alan Klark və kaliforniyalı gitarist Hel Lindes qrupun tərkibinə daxil oldular. Qrup Avropa və Şimali Amerika turlarına başladı.

Albomun ən uğurlu mahnısı «Romeo and Juliet» oldu. Mahnı Mark Nopflerin uğursuz sevgi romanının sayəsində ərsəyə gəlmişdir. Albomun birinci mahnısı «Tunnel of Love» Zabit və centlmen filminin saundtrekinə və konsertlərin əvəzsiz ifasına çevrildi. Making Movies britaniya hit-paradlarında 4 il qaldı.

Mark Nopfler və Lindes, 1981-ci il iyun

Qrupun ekperimental keçidlərlə dolu uzun mahnılardan ibarət dördüncü albomu Love over Gold 1982-ci ilin payızında çıxan kimi tənqidçilər tərəfindən yaxşı qəbul olundu. Albom ABŞ-də Musiqi İfalarının Sertifikatı sisteminin qızıl, platin, blilliant statuslarından qızıl statusunu aldı və britaniya çartlarında 4 həftə qaldı. Gold Over Love adı Nipflerin Londondakı mənzilinin pəncərəsindən görünən qraffiti-dən götürülüb. «Private Investigations» hiti 7 dəqiqəlik olmasına baxmayaraq, britaniya hit-paradının ilk beşliyinə daxil oldu. Mahnı 1980-ci illərdə britaniya sənayesinin tənəzzülünə həsr olunub və işsizlərin tətilini və kliniki depressiyasını təsvir edir. Bu mahnılarla yanaşı, albomda eyniadlı «Gold Over Love», «İt never rains» və Detroyt şəhərinin sürətli inkişafı və sonrakı tənəzzülündən bəhs edən 14 dəqiqəlik poema «Telegraph Road» mahnıları da var.

«Love over Gold» albomu çıxdıqdan sonra Pik Uizers qrupu tərk etdi. Onun yerinə Rockpile, Man və başqa uels komandalarının üzvü Terri Vilyams gəldi.Gold over Love hələ çartlarda ikən, 5 mahnıdan ibarət ExtendedancEPlay adlı mini albom çıxdı. Albomda hitə çevrilən «Twisting By the Pool» mahnısı var idi. Həmin ildə qrup dünya turuna çıxır, martda isə, 1983-cü ilin iyulunda Hammersmith Odeonda təşkil olunmuş 2 konsertdən ibarət Alchemu Live albomu işıq üzü gördü və britaniya çartlarında ikinci yeri tutdu.

1983-1984-cü illərdə Nopfler başqa proyektlərdə iştirak etdi. O, "Yerli qəhrəman" və "Kep" filmləri üçün musiqilər və Tina Törnerin «Private Dancer» albomu üçün eyni adlı mahnını yazdı. Eyni zamanda, Nopfler Aztec CameraWilly DeVille qruplarının, həmçinin Bob Dilanin İnfidel albomunun prodüseri oldu.

1985-1986: «Brothers in Arms» dövrü və dünya şöhrəti

[redaktə | mənbəni redaktə et]

Dire Straits 1984-cü ildə Mark Nopfler və Qay Fletçer in prodüserliyi ilə özlərinin beşinci albomu olan Brothers in Arms albomunun hazırlanmasına başladı. Qrupun tərikibində yenə dəyişiklik oldu: daha bir klaviatura alətlərinin ifaçısını, Qay Fletçeri qrupa dəvət etdilər. Gitarist Hel Lindes qrupu tərk etdi, onu nyu yorklu gitarist Cek Sonni əvəz etdi (hansı ki, yeni albomun üz qabığında adı qrup üzvlırinin siyahısında rəsmi qeyd olunmamışdı).

Heyl Dorfsman «Sound on Sound» jurnalına verdiyi müsahibədə zərb alətinin ifaçısı Terri Vilyamsın müvəqqəti olaraq caz zərbçisi Omar Hakimlə əvəz olunduğunu dedi. Albomda Həm Vilyamsın, həm Hakimin adı qeyd olunmuşdur. Sonralar Vilyams kliplərin çəkilişində və dünya turlarında iştirak etmişdir.

Belqradda konsert, Yuqoslaviya, 1985-ci il. Soldan sağa: Nopfler, Klark, Sonni

Albom 1985-ci ildə çıxdı Böyük Britaniyada satış üzrə birinci yeri tutdu və dünyada böyük uğur qazandı. «Money for Nothing» ABŞ çartında birinci, Böyük Britaniyada dördüncü yeri tutdu. Həmçinin «So Far Away» (#19 U.S.), «Brothers in Arms» (#16 U.K.), «Walk of Life» ,(#7 U.S., #2 U.K.) və «Your Latest Trick» mahnıları da ilk yerləri tutdular. Nopflerin Sting ilə birlikdə yazdığı «Money for Nothing» mahnısı "Qremmi" mükafatı laureatı oldu, 1985-ci ildə "Duet və ya qrup vokalında ən yaxşı rok-kompozisiya" oldu. Brothers in Arms rəqəmsal avadanlıqla yazılmış ilk albom oldu. Eyni adlı mahnı dünyada CD şəklində buraxılmış ilk sinql sayılır.

Qrupun alboma dəstək üçün dünya turuna çıxması fenomenal müvəqqətiyyət qazandı (1985-86). Qrupa saksofonist Kris Vayt qoşuldu və ilk konsert 1985-ci il, 25 apreldə Splitdə (Yuqoslaviya) baş tutdu. Wembler Arena-da (London) 13 günlük konsertləri zamanı, qrup həm də Uembler stadionunda Live Aid xeyriyyə konsertində Stinqlə birlikdə «Sultans of Swing» və «Money For Nothing» mahnılarını ifa etdi. Həmin konsertdə Dire Straits-lə yanaşı, Fil Kollins, Elton Con, Pol Makkartni, Sade, U2, QueenThe Who qrupları kimi dünya şöhrətli musiqiçilər çıxış edirdi. Daha sonra Wembley does the Walk adlı DVD-ləri çıxdı. Dünya turu Sidney şəhərində başa çatdı, harda ki, qrup 20 konsert axşamı (16-sı ardıcıl olaraq) ilə indiyə kimi rekordu saxlayır. Bundan başqa, 1985-ci ildə qrup Con Ebbinin rəhbərliyi ilə aclara kömək fondunu dəstəkləmək üçün Londondan Xatuma getdilər. 1987-ci ildə «Money for Nothing» mahısının klipi MTV kanalının yayımının açılış mahnısı oldu.

1987-1990: ilk dağılma

[redaktə | mənbəni redaktə et]

Brothers in Arms turu bitdikdən sonra Nopfler öz solo proyektləri və film musiqiləri ilə əlaqədər müvəqqəti olaraq Dire Straits ilə əməkdaşlığını kəsdi. Qrup 1988-ci ildə Uembli stadionunda Nelson Mandelanın 70 illiyinin şərəfinə keçirilən konsertdə birləşdi. Səhnədə onlara Erik Klepton qoşuldu. Bu tədbirdən sonra Vilyams qrupu tərk edir.

Mark Nopfler 1988-ci ildə qrupun dağılmasını rəsmi olaraq bildirdi. Brothers in Arms albomunun böyük uğurları qrup üzvlərinin stressinə səbəb oldu və Nopfler şəxsi proyektləri üçün işləmək istədiyini elan etdi.

1989-cu ildə Nopfler kantri-qrup olan The Notting Hillbillies qrupunu yaratdı, qrupuna tərkibinə Qay Fletçer, Brendan Kroker, Stiv Fillips və Dire Straits-in meneceri Ed Biknell daxil oldular. Kollektivin yeganə olbomu, Missing..Presumed Having a Good Time, 1990-cı ildə çıxdı.

Nopfler Çet Aktinslə birlikdə kantri stilində Neck and Neck albomunu hazırladı.

1990-cı ildə Dire Straits Elton Con və Erik Kleptonla birlikdə «Solid Rock», «Money for Nothing» və blyuz-rok stilində yazılmış və Erik Kleptonla Nopflerin solo gitarada ifa etdikləri «I Think I Love You Too Much» adlı mahnılarla Nebuort-haus Konsertlərində çıxış etdi. Tezliklə, Nopfler , İllsli və Binkell növbəti ildə qrupu yenidən toplamaq qərarına gəldilər.

1991-1995: yenidən birləşmə, sonuncu albom və yekun dağılma

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Mark Nopfler və Con İllsli, Alan Klark və Qay Fletçeri dəvət edərək qrupu yenidən birləşdirdilər. Binkell qrupun meneceri oldu. Beləliklə, qrup 4 üzvdən ibarət oldu. Yeni albomun hazırlıqları başladı. Bunun üçün stil-gitarist Pol Franklin, perkussionist Denni Kamminqs, saksofonist Kris Vayt və Cek Sonnini əvəz edən gitarist Fil Palmer dəvət olundu. Zərb alətlərində amerikan Ceff Porkaro və fransız musiqiçi Manu Katçe ifa etdi.

Dire Straitsin sonuncu studiya albomu — On every Street — 1991-ci ilin sentyabrında çıxdı. Albom əvvəlki alboma nisbətən soyuq qarşılandı. «Calling Elvis» albomun birinci sinqlı oldu. Mahnı əvvəlkilər kimi uğurlu olmadı. Albomun digər mahnısı «Heavy Fuel» Böyük Britaniyada Top-50-liyə də düşə bilmədi. Lakin, bu mahnı qrupun tarixində ikinci dəfə («Money for Nothing» mahnısından sonra) ABŞ-də Billboard Mainstream Rock Tracks hit-paradında birinci yer tutdu. Qrupun sonuncu mahnısı «The Bug» oldu. Mahnının bek-vokalını qrupa üzv olmaq təklifindən imtina etmiş Vins Qill ifa edirdi.

Dire Straits sessional zərbçi Kris Uittenlə birlikdə uzunmüddətli tura çıxdı, 2 ildə 300 konsert verdi. Dünyada satılan biletlərin sayı cəmi 7 milyon idi. Final turu əvvəlkilər qədər uğurlu olmadı. Aydın oldu ki, Dire Straits artıq belə böyük tədbirlər üçün güclü deyil. Bütün bunlar qrupun ikici və sonuncu dəfə dağılmasına gətirib çıxardı. Sonuncu konsert 1992-ci il, 9 oktyabrda Saraqosada oldu.

1993-cü ilin mayında turun konsertlərindən ibarət On the Night adlı "canlı" albom işıq üzü gördü. Bu albom da tənqidçilər tərəfindən soyuq qarşılandı. həmin ildə alboma əlavə olaraq 4 konsert mahnılarından ibarət EP Encores mini albomu çıxdı. Genişmiqyaslı konsertlərə son verən Nopfler 1995-ci ildə Dire Strait-i buraxdı. Qrupun sonuncu albomu, Live at the BBC, Vertigo Records ilə müqavilənin bir hissəsi idi. Bu, üçüncü və sonuncu konsert albomu 1978-81-ci illərin qeydlərinin yığması idi.

1996 - müasir dövr

[redaktə | mənbəni redaktə et]
Mark Nopfler 2006-cı ildə

Mark Nopfler Dire Straits qrupunu demək olar ki, 20 illik əməkdaşlıqdan sonra dağıdaraq öz solo karyerasına diqqətini yönəltdi və -cı ildə özünün ilk Golden Heart albomunu buraxdı.

1996-cı ilin avqustunda Brother in Arms albomu platin statusu qazandı. Həmin ildə Dire Straits-in bütün albomlarının kataloqu Bob Lyudviqin studiyasında remasterinq prosesindən keçdi və CD şəklində buraxıldı. Nopfler, İllsli, Klark və Fletçer və zərbçi Ed Binkell 1999-cu ilin 13 iyununda sonuncu dəfə birlikdə çıxış etdilər və Çak Berrinin «Nadine» mahnısı da daxil olmaqla 5 mahnı ifa etdilər.

2002-ci ildə Mark Nopfler, Con İllsli, Qay Fletçer, Denni Kamminqs və Kris Vayt 4 xeyriyyə konseri verdilər. Bağlanış mahnısı Nopflerin solo repertuarından olan «Why Aye Man » mahnısı oldu.

Hazırda sonuncu yığma olan The Best of Dire Straits & Mark Knopfler: Private Investigations 2005-ci ildə satışa çıxarılıb və Böyük Britaniyanın hit-paradinda ilk 20-likdə yer alıb.

2005-ci ildə Brothers in Arms öz 20 illiyi ilə əlaqədar məhdud tirajla yenidən satışa çıxarıldı, "Ən yaxşı həcm səsləndirməsi olan albom" kimi "Qremmi" mükafatını qazandı.

Mark Nopfler qrupu yenidən canlandırmaq istəyinin olduğunu deməsə də, sonrakı dövrdə qrup üzvləri əməkdaşlıqlarını davam etdirirdilər.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]