Emmelin Pankhörst

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Emmelin Pankhörst
Emmeline Pankhörst
Doğum tarixi 15 iyul 1858(1858-07-15)[1][2]
Doğum yeri
Vəfat tarixi 14 iyun 1928(1928-06-14)[3][4][…] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Emmelin Pankhörstin türbəsi[d]
Həyat yoldaşı
  • Richard Pankhurst[d] (1879–)[1]
Uşaqları
Təhsili
Fəaliyyəti sufrajist, siyasətçi, qadın hüquqları fəalı[d], insan hüquqları fəalı, yazıçı
Partiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emmeline Pankhörst— Britaniya ictimai və siyasi fəalı, qadın hüquqlarının müdafiəçisi, Britaniya sufrajistlər hərəkatının lideri olub və qadınların seçki hüququ uğrunda mübarizədə mühüm rol oynayıb. Qızları Silviya, Adela, Kristabel onun işini davam etdirmişlər.

1999-cu ildə Time jurnalı Pankhörstü 20-ci əsrin 100 ən görkəmli şəxsiyyətlərindən biri adlandıraraq qeyd edirdi: “O, zəmanəmizin qadın obrazını yaradıb, cəmiyyəti geri dönüşü mümkün olmayan yeni səviyyəyə çıxarıb".[8] O, aqressiv və mübariz üslubuna görə tez-tez tənqid olunsa da, onun həyat nailiyyətlərinin Böyük Britaniyada qadınların səsvermə hüquqlarının genişləndirilməsində mühüm rol oynadığı əksəriyyət tərəfindən qəbul olunur. Bununla belə, onun fəaliyyətinin səsvermə hüququ uğrunda mübarizədə ictimai dəstəyə real təsiri ilə bağlı tarixçilər arasında hələ də ümumi razılıq yoxdur.

Emmeline Pankhörst Mançesterdə doğulub böyüyüb. Valideynləri ingilis cəmiyyətinin siyasi fəal hissəsinə mənsub idilər, buna görə də Emmelinin sufrajist hərəkatı ilə səkkiz yaşında tanış olması təəccüblü deyil. Valideynləri onu sakit ailə həyatına, həyat yoldaşı və ana roluna hazırlayırdılar, lakin bu, onun Parisdəki pedaqoji məktəbdə oxumasına mane olmadı. 1878-ci ildə o, qadınların seçki hüququ kampaniyasına dəstək verməsi ilə tanınan vəkil Riçard Pankhörstla evləndi; evliliyində beş uşaq dünyaya gətirdi. Pankhörst qadınların dünyəvi fəalliyyətini fəal şəkildə təbliğ edirdi və 1889-cu ildə cütlük Qadınların Seçki Hüququ Liqasını qurdu. Təşkilat dağılanda Emmeline sosialist K.Hardi ilə dostluq əlaqələri vasitəsilə solçu Müstəqil İşçi Partiyasına qoşulmağa çalışdı, lakin partiyanın yerli şöbələrindən biri ərizəçinin cinsinə əsaslanaraq onun üzvlüyünü rədd etdi. O, həm də Yoxsullara Yardım Şurasında xidmət etmişdi, burada Mançester İş Evindəki şəraitdən dəhşətə gəlmişdi.


1903-cü ildə, ərinin ölümündən sonra Pankhörst qadınların səsvermə hüquqları uğrunda mübarizə aparan, aktivist təşkilat, Qadınların İctimai və Siyasi Birliyini (ing. Women’s Social and Political Union) qurdu. Onun şüarı “sözdə deyil, əməldə” idi.

Birlik əksər Britaniya siyasi partiyalarına münasibətdə müstəqil, hətta müxalif qüvvəni təmsil edirdi. Üzvləri pəncərələri sındırdıqları, polis əməkdaşlarına hücum etdikləri üçün birlik qısa zamanda qalmaqallı reputasiya qazandı. Pankhörst qızları ilə birlikdə dəfələrlə həbs cəzasına məhkum edilib. Həbsxanalarda o, məhkumların həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə aclıq aksiyasına başlayıb. Hökumət və birlik arasındakı ziddiyyət Pankhörstün böyük qızı Kristabelin təşkilat rəhbərliyinə gəlməsi ilə daha da pisləşdi. Zamanla yanğın və partlayışlar törətmək feminist birliyinin taktikasına çevrildi və Pankhörst ailəsi daha mötədil təşkilatların ümumi qınağına səbəb oldu. 1913-cü ildə QİSB-in bir neçə tanınmış nümayəndəsi, o cümlədən Pankhörstün iki kiçik qızı, Adela və Silviya təşkilatı tərk etdi. Ailə münasibətlərindəki nifaq birdə heç vaxt həll olunmadı.

Birinci Dünya müharibəsi başlayanda Emmeline və Kristabel “Alman təhlükəsi”nə qarşı mübarizədə Britaniya hökumətinə dəstək məqsədilə savaşçı sufrajist hərəkatına son qoyulmasını tələb etdilər. Onlar qadınları sənaye istehsalını inkişaf etdirməyə çağırır, gəncləri cəbhəyə getməyə həvəsləndirirdilər. 1918-ci ildə parlament aktı 30 yaşdan yuxarı bütün qadınlara səsvermə hüququ verdi. Pankhörst QİSB-ni, qadınlar üçün bərabər vətəndaş hüquqları uğrunda mübarizə aparan Qadınlar Partiyası (ing. Women’s Party) olmaqla yenidən təşkil etdi. Ömrünün son illərində bolşevizmin özü ilə gətirdiyi təhlükədən narahat idi və müstəqil siyasi fəaliyyətdə uğursuzluğa düçar olduqdan sonra Mühafizəkarlar Partiyasının sıralarına daxil oldu. Emmeline Pankhörst 1928-ci ildə vəfat etdi və iki il sonra onun xatirəsi Londonda Viktoriya qülləsi yaxınlığındakı parkda heykəl ucaldılması ilə əbədiləşdirildi.

Qadınların Seçki Hüququ Liqası

[redaktə | mənbəni redaktə et]

1888-ci ildə Britaniyanın sosial qruplardan ibarət ilk ümummilli koalisiyası (Qadınların Seçki Hüququ Milli Cəmiyyəti) üzvlərinin əksəriyyəti mövcud siyasi partiyalara qoşulmaq qərarına gəldikdən sonra dağıldı. Bu qərardan qıcıqlanan koalisiyanın ayrı-ayrı üzvləri, o cümlədən Lidiya Bekker və Millisent Fosett iclası tərk edərək, “köhnə qaydalar” tərəfdarlarının daxil olduğu alternativ təşkilat yaratdılar. Pankhörst "yeni nizam" adlanan qrup ətrafında mövqe tutdu. O, təşkilatın qərargahının yerləşdiyi küçədən "Parlamentsiti Cəmiyyəti" (ing. Parliament Street Society (PSS))adını almışdı. Cəmiyyətin bəzi üzvləri səsvermə hüququ uğrunda mübarizədə mərhələli addımların atılmasının tərəfdarı idi. O dövrkü Britaniya cəmiyyətinin əksər nümayəndələrinin fikrincə, evli qadınların seçkilərdə birbaşa iştirakına ehtiyac yox idi, çünki ərləri onların əvəzinə faktiki olaraq “səs verirdi”. Buna görə də PSS üzvlərinin bəziləri hesab edirdilər ki, ən azı subay qadınlara və dul qadınlara səsvermə hüququnun verilməsi irəliyə doğru daha praktik və real addımdır. PSS daxilində bütün yetkin qadınların seçki hüququ uğrunda mübarizə aparmaq istəmədiyi aydınlaşanda, Pankhörst və əri ümumi seçki hüququnu müdafiə edən yeni bir qrup təşkil etməyə kömək etdi.[9]

Yeni yaradılmış Qadınların Seçki Hüququ Liqasının ilk iclası 25 iyul 1889-cu ildə Pankhörstün Russell meydanındakı evində baş tutdu. İclasda çıxış edən Uilyam Lloyd Qarrison qadınların siyasi hüquqlarının əldə edilməsində hərəkətsizlik və mötədilliyin təhlükələri barədə dərhal iştirakçılara xəbərdarlıq etdi. Nümunə kimi o, Birləşmiş Ştatlarda abolisionist hərəkatın ləng irəliləyişini göstərdi, onun sürətlənməsinə əsas maneə məhz mütərəqqi dəyişiklik və mötədilliyə təşviq edən şəxslər idi. Liqanın ilk üzvlərindən biri yoluxucu xəstəliklər əleyhinə qanunlarının ləğv edilməsi üzrə Milli Qadınlar Assosiasiyasının lideri Cozefin Batler idi; Pankhörstün rəfiqəsi Elizabeth Volstenholm-Elmi; Harriet İton Stenford Payns Amerikalı sufrajistlər Elizabet Keydi Stenton.[10]

Qadınların Seçki Hüququ Liqası kifayət qədər radikal təşkilat idi, çünki o, seçki hüququndan əlavə, nikah və ailə münasibətlərində - xüsusən də boşanma və vərəsəlik məsələlərində gender bərabərliyi ideyalarını təbliğ edirdi. Bundan əlavə, Liqa həmkarlar ittifaqını dəstəkləyirdi və həmçinin sosialist təşkilatları ilə əlaqələr qurmağa çalışırdı. Milli qadın seçki hüququ cəmiyyətinin parçalanmasından sonra yaranan daha mühafizəkar qrup sufrajist hərəkatının "ifrat sol qanadına" qarşı çıxaraq[11] Qadınların Seçki Hüququ Liqasını təmsil edirdi. Liqanın üzvləri də borclu qalmırdılar və çox vaxt mühafizəkar rəqiblərini "Əyiricilərin sufrajist partiyası" adlandıraraq lağa qoyurdular.[12] Onlar dərindən əmin idilər ki, ümumi uğur üçün sosial ədalətsizliyə həlledici hücum lazımdır. Liqa üzvlərinin əksəriyyətinin radikal münasibəti liqanın bəzi üzvlərini 1892-ci ildə Pankhörstlar Lidiya Bekker və Blatş tərəfindən təşkil edilən yığıncağı pozduğu zaman tərk etməyə məcbur etdi və Elmi də ittifaq üzvlüyünə xitam verdi. Nəticədə, bir il sonra Liqa fəaliyyətini dayandırdı.[13]

Müstəqil işçi partiyası

[redaktə | mənbəni redaktə et]

Londonda alıcıların ürəyini fəth edə bilmədiyi üçün Pankhörstün parça dükanı demək olar ki qazanc gətirmirdi. Ailənin maddi rifahı naminə Riçard daim müştərilərinin çoxunun yaşadığı İngiltərənin şimal-qərbinə getməyə məcbur oldu. Nəhayət, 1893-cü ildə Pankhörstlər dükanı bağladılar və Mançesterə qayıtdılar. Onlar əvvəlcə bir neçə ay dənizkənarı Sautport şəhərində qaldılar, sonra bir müddət kəndə köçdülər və sonda Mançesterdə Viktoriya Parkı yaxınlığında məskunlaşdılar. Pankhörstün qızları Mançester qızlar üçün orta məktəbə daxil oldular, lakin tələbələrin çoxluğu, habelə ciddi şəkildə tənzimlənən rejim səbəbindən orada özlərini olduqca narahat hiss edirdilər.[14]

Mançesterdə Emmeline Pankhörst bir neçə siyasi təşkilatla əməkdaşlığa başladı, özünü ilk növbədə müstəqil fəal kimi göstərdi və tədricən cəmiyyətdə qəbul olunmağa başlandı. Bioqraflarından biri onun həyatındakı bu dövrü "Riçardın kölgəsindən çıxmaq" kimi təsvir etdi.[15] Seçki hüququ ilə bağlı işindən əlavə, o, Liberal Partiyasının köməkçi orqanı olan Qadın Liberal Federasiyasının (WLF) fəal üzvü idi. Emmeline Federasiyanın qətiyyətsiz mövqeyi ilə bağlı illüziyalarından tez bir zamanda qurtuldu. İttifaq üzvlərinin İrlandiya Homrul hərəkatını dəstəkləmək istəməməsi, eləcə də Arçibald Primrouzun aristokratik rəhbərliyi onu xüsusilə qıcıqlandırdı.[16]

1888-ci ildə Pankhörst şotland sosialisti Keyr Hardi ilə tanış olur və onunla dostlaşır. O, 1891-ci ildə parlamentə seçildi və iki il sonra Müstəqil İşçi Partiyasının (ILP) yaradılmasına kömək etdi. MİP-nın gələcək fəaliyyətinin hədəfi olan geniş spektrli problemlərin həlli Emmelini dərindən narahat edirdi. O, Qadın Liberal Federasiyasından Müstəqil İşçi Partiyasının xeyrinə ayrıldı. Lakin yerli partiya şöbəsi cinsi mənsubiyyətinə görə onu partiya üzvü kimi qeydə almaqdan imtina etdi. Düzdür, Pankhörst sonradan milli səviyyədə MİP-nın sıralarına yazıldı. Kristabel sonralar anasının partiyaya üzv olmaq arzusundan yazırdı: “Bununla o, istənilən siyasi və ya sosial ədalətsizliyi düzəltmək üçün təsirli vasitələr əldə etməyə ümid edirdi”.[16][17]

Pankhörstun MİP-dakı ilk fəaliyyət istiqamətlərindən biri İşsizlərə Yardım Komitəsi vasitəsilə yoxsullara ərzaq paylaması idi. 1894-cü ilin dekabrında o, yoxsullar haqqında qanunların həyata keçirilməsi üçün qəyyumlar şurasına seçildi. O, Çarlton-on-Medlok ərazisində müvafiq qanunvericiliyin həyata keçirilməsinə nəzarət və idarəetmə funksiyalarını yerinə yetirirdi. Emmeline Mançesterdəki İş evlərindəki yoxsulların yaşayış şəraiti qarşısında şoka düşmüşdü.

Pankhörst dərhal iş evindəki şəraiti yaxşılaşdırmaq üçün mübarizəyə başladı və özünü qəyyumlar şurasının islahatçısı kimi uğurla təsdiqlədi. Onun əsas rəqibi kobudluğu və həyasızlığı ilə tanınan Meynvorinq adlı qızğın adam idi. Onların qarşıdurması bəzən gülünc həddə çatırdı - onun qəzəbli, isterik səsinin Pankhörstün tərəfdarlarını inandırmaq cəhdlərinə mane olduğunu anlayan Meynvorinq görüşlər zamanı daim üzərində “Özünü idarə et!” yazılı kağız gəzdirirdi.[18]

Qəyyumlar Şurasındakı işi ilə yanaşı, Pankhörst növbəti uğursuz parlament seçkisi kampaniyasında Riçarda kömək etdi. 1896-cı ildə o, digər iki partiya üzvü ilə Baqqart Houl Klaf parkında MİP mitinqlərini qadağan edən məhkəmə qərarını pozduqdan sonra qanunla problem yaşadı. Riçard Pankhörst təqsirləndirilən şəxslərin maraqlarını müdafiə etməyi öhdəsinə götürdü, lakin ittiham olunanlar cəriməni ödəməkdən imtina etdi və nəticədə iki nəfər kişi bir aylıq həbs cəzasına məhkum edildi. Pankhörstla bağlı məhkəmə ona hər hansı cəza təyin etməkdən çəkindi, ola bilsin ki, hakim cəmiyyətdə çox populyar olan qadının həbsinin ictimai qınağından qorxdu. MİP müxbiri Pankhörstdən həbsxanada vaxt keçirməyə hazır olub-olmadığını soruşduqda o belə cavab verdi: “Oh, bəli, əlbəttə. Bilirsiniz, bu, göründüyü qədər dəhşətli olmazdı və bundan əlavə, həyatımda çox faydalı təcrübə qazanardım."[19] MİP mitinqləri sonda sanksiyaya məruz qaldı, epizod Pankhörstün səhhətinə mənfi təsir göstərdi və ailəsi üçün gəlir itkisinə səbəb oldu.[20]

Qadınların İctimai-Siyasi Birliyi

[redaktə | mənbəni redaktə et]

1903-cü ildə Pankhörst belə qənaətə gəldi ki, mötədil ictimai çıxışlar və parlamentarilərin qadınlara səsvermə hüququ vermək vədləri heç bir müsbət nəticə vermir. Müvafiq qanun layihələri 1870, 1886 və 1897-ci illərdə parlamentdə nəzərdən keçirilsə də, onların hamısı uğursuzluğa düçar olub. O, şübhə edirdi ki, siyasi partiyalar öz siyasət sənədlərində nə vaxtsa qadınların seçki hüququnu prioritet hesab edəcəklər. O, hətta bərabər səsvermə hüquqları hərəkatı məsələlərinə diqqət yetirməkdən imtina edən müstəqil leyboristlərlə əlaqələrini kəsdi. Emmeline, mövcud sufrajist təşkilatların və qrupların daha qətiyyətli addımlar lehinə tolerantlıq taktikasına son qoymağın zəruriliyinə qətyyətlə inanırdı. Buna əsaslanaraq, 1903-cü il oktyabrın 10-da Pankhörst və onun bir neçə həmkarı sırf qadınların üzv olduğu birbaşa fəaliyyət təşkilatı olan Qadınların İctimai və Siyasi Birliyini (WSPU) qurdular.[21] Pankhörst daha sonra yazırdı: "Sözlər deyil, əməllər bizim daimi şüarımız olmalıdır".


Qrupun döyüşkənliyi ilk olaraq qeyri-zorakı formalarda ifadə edilirdi. Çıxışlardan və petisiya üçün imza toplamaqdan əlavə, QİSB həmçinin görüşlər, mitinqlər, qurultaylar təşkil edir və “Qadınlara səs” bülleteni nəşr edirdi. Birlik həmçinin Britaniya parlamentinin rəsmi iclaslarının keçirilmə vaxtına təsadüf edən “Qadın Parlamentləri” adlı silsilə görüşlər də təşkil etmişdir. 1905-ci il mayın 12-də qadınların seçkilərdə iştirakı haqqında qanun layihəsi yenidən bloklananda Pankhörst və QİSB-nin digər üzvləri parlamentin pəncərələri qarşısında səs-küylü etiraz aksiyasına başladılar. Polis dərhal etirazçıları dağıdır, lakin onlar yenidən toplaşıb qanunun qəbul edilməsini tələb etməyə davam edirlər. O qanun layihəsinə bir daha heç vaxt parlamentdə nəzərdən keçirilməsə də, Pankhörst hesab edirdi ki, aqresiv etirazlar qanun layihəsinin qəbulu prosesinə diqqəti cəlb etmək üçün uğurlu olub.[22] 1906-cı ildə Pankhörst qeyd etdi: "Bizi nəhayət siyasi təşkilat kimi tanıyırlar; Biz indi siyasət burulğanına qapılmışıq və siyasi qüvvəyik".[23]

Pankhörstün hər üç qızı çox tez QİSB-nin fəal üzvləri oldu. Kristabel 1905-ci ilin oktyabrında Liberal Partiyasının mitinqində bir polisin üzünə tüpürdükdən sonra həbs edildi[24]; Adela və Silvyia bir il sonra parlament binası qarşısında etiraz aksiyaları zamanı həbs edilib.[25] Emmeline Pankhörst özü ilk dəfə 1908-ci ilin fevralında parlamentə soxulub etirazçıların qətnaməsini baş nazir Herbert Askvitə təqdim etmək istəyərkən polis tərəfindən saxlanılıb. Onu dövlət orqanlarının fəaliyyətinə mane olmaqda ittiham edilib və 6 həftəlik həbs cəzasına məhkum etdilər. Həbsxanada Emmeline, parazitlərlə dolu, az yemək çeşidi və "tək məzmunlu sivil işgəncə və mütləq sükut" şəraitiylə bağlı kəskin şəkildə danışırdı.[26] Pankhörst bu həbsi, ictimaiyyəti qadınların səsvermə hüququna təcili ehtiyac olduğuna inandırmaq vasitəsi kimi görürdü və 1909-cu ilin iyununda yenidən həbs olunmasını təmin etmək üçün qəsdən bir polis məmuruna iki dəfə sillə vurur. Beləliklə, Emmeline qadınlar səsvermə hüququ qazanana qədər yeddi həbsə məruz qaldı. 1908-ci ildə məhkəməsi zamanı o, məhkəməyə dedi: "Biz qanunu pozduğumuz üçün burada deyilik, qanunun yaradıcısı olmaq üçün buradayıq."[27][28]


Mübariz QİSB-nin başqa bir xarakterik xüsusiyyəti onun fəaliyyətinin müstəsna mövzusu - qadınlara səs vermək hüququ uğrunda mübarizə idi. Digər təşkilatlar ayrı-ayrı siyasi partiyalarla əməkdaşlığa razılıq vermişdilərsə, ZhSPS israrla özünü ayırırdı və bəzən seçki hüququ ideyalarının həyata keçirilməsini özünün aparıcı vəzifəsi hesab etməyən partiyalara müxalifətdə olurdu. Hökumət seçki islahatlarını həyata keçirməkdən imtina etdiyi üçün birlik hakim siyasi qüvvəyə mənsub bütün namizədlərə etiraz etdi. Bu yanaşma QİSB-ni Liberal Partiyasının rəhbər dairələri ilə birbaşa münaqişəyə sövq etdi, baxmayaraq ki, onun sıravi namizədlərinin çoxu islahatı dəstəkləyirdi. (müxalifətin QİSB-nin tənqidi üçün ilk hədəflərdən biri Böyük Britaniyanın gələcək Baş naziri Uinston Çörçill idi: rəqiblərindən biri Çörçillin aralıq parlament seçkilərindəki məğlubiyyətini, xüsusən də “onu zaman-zaman ələ salan o xanımların” xidmətləri ilə əlaqələndirirdi).[29]

QİSB-nin üzvləri tez-tez lağ etməklə və çıxışlarını kəsməklə Liberalların seçki kampaniyasına müdaxilə edirdilər. Bir gün, 18 yanvar 1908-ci ildə Pankhörst və onun rəfiqəsi Nelly Martel, Liberal Partiyasının kişi tərəfdarları tərəfindən hücuma məruz qaldı, çünki QİSB-nin hərəkətləri onların namizədinin parlamentdə yer itirmək bahasına başa gəldi. Kişilər gil, çürük yumurta, içərisində daş olan qartopu atırdılar; Nəticədə qadınlar döyülür, Pankhörst isə dəhşətli dərəcədə qırıq dabanla qalır.[30] Onlar Leyboristlərlə də oxşar qarşıdurma yaşadılar. QİSB üzvləri Leyboristlər Partiyasının liderləri qadınların səsvermə hüquqlarını təmin etməyi qarşılarına məqsəd qoyana qədər döyüşçü fəallığını davam etdirmək qərarına gəlirlər. Pankhörst və Birliyin digər üzvləri partiya siyasətini mövcud seçki qanunlarını dəyişdirmək səylərindən yayındırmaq kimi nəzərdən keçirdilər, həmçinin digər təşkilatları ilk növbədə partiyaya sədaqət axtardıqlarına və ikinci yerdə qadınların maraqlarına diqqət yetirdiklərinə görə kəskin tənqid etdilər.[31]

QİSB-nin getdikcə daha çox tanındığı və yetərincə şübhəli populyarlıq qazandığı bir vaxtda Pankhörst Birliyi daxildən demokratikləşdirmək cəhdlərinə müqavimət göstərdi. 1907-ci ildə İttifaqın illik yığıncağında Tereza Billinqton-Qreyqin başçılıq etdiyi kiçik bir qrup üzv rütbəli suffragetlərin QİSB-nin fəaliyyətində sıravi sufrajistlərin daha fəal iştirakıa çağırıb. Cavab olaraq Pankhörst qeyd edib ki, təşkilatın nizamnaməsinin qərar qəbuletmə prosedurlarına aid hissəsi hüquqi gücə malik deyil və illik iclası ləğv edir. O, həmçinin QİSB-ni işini, iclasda iştirak edən üzvlər tərəfindən seçilən kiçik bir komitənin koordinasiya etməsini israr etdi. Pankhörst və qızı Kristabel digər iki sufrajist xanımla birlikdə yeni yaradılmış komitəyə seçildi. Bu vəziyyətdən məyus olan ayrı-ayrı üzvlər (Billinqton-Qreyq və Şarlotta Despard da daxil olmaqla) QİSB-dən ayrılaraq öz təşkilatlarını — Qadınların Azadlıq Liqasını qurdular.[32]

  1. 1 2 3 4 5 6 7 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. A Historical Dictionary of British Women (ing.). 2 Routledge, 2003. P. 343. ISBN 978-1-85743-228-2
  3. Emmeline Pankhurst // Encyclopædia Britannica (ing.).
  4. Lundy D. R. Emmeline Goulden // The Peerage (ing.).
  5. Lundy D. R. The Peerage (ing.).
  6. 1 2 3 4 https://awpc.cattcenter.iastate.edu/directory/emmeline-pankhurst/.
  7. http://www.mirror.co.uk/news/uk-news/emmeline-pankhurst-10-things-you-3863303.
  8. Warner, Marina. "Emmeline Pankhurst – Time 100 People of the Century". Time Magazine. 1999-06-14. 2013-08-26 tarixində arxivləşdirilib.
  9. Purvis 2002, pp. 29-30; Bartley, pp. 38-39; Pugh, pp. 53-54; E.S. Pankhurst 1931, pp. 94-95.
  10. Purvis 2002, p. 33; Pugh, pp. 53-54; Bartley, pp. 38-39; E.S. Pankhurst 1931, p. 95; Phillips, p. 151.
  11. Quoted in Purvis 2002, p. 29.
  12. Quoted in Purvis 2002, p. 31 and Phillips, p. 151.
  13. Phillips, pp. 150—151; Bartley, pp. 38-41; Purvis 2002, pp. 30-37; Pugh, pp. 51-55.
  14. Purvis 2002, pp. 39-40; Pugh, pp. 57-60; E.S. Pankhurst, pp. 113—116.
  15. Pugh, p. 61.
  16. 1 2 Bartley, pp. 42-43; Purvis 2002, pp. 40-42; Pugh, pp. 60-61.
  17. C. Pankhurst, p. 32.
  18. E.S. Pankhurst 1931, p. 132.
  19. Quoted in Purvis 2002, p. 47.
  20. Purvis 2002, pp. 46-49; Bartley, pp. 57-59; Pugh, pp. 72-75.
  21. Purvis 2002, pp.65-67; Bartley, pp. 71-82; Pugh, pp. 104—108.
  22. Purvis 2002, pp. 70-73; Bartley, p. 78; Pugh, pp. 124—125.
  23. Purvis 2002, pp. 87-88.
  24. Purvis 2002, pp. 74-75; Bartley, pp. 78-79; E. Pankhurst 1914, p. 48.
  25. Purvis 2002, p. 88; Bartley, p. 84
  26. Quoted in Bartley, p. 103.
  27. Quoted in Bartley, p. 100.
  28. Bartley, pp. 98-103; Purvis 2002, pp. 129—130.
  29. Bartley, p. 106.
  30. Purvis 2002, pp. 101—102; Bartley, p. 104—105.
  31. Bartley, pp. 85-88; Purvis 2002, pp. 86-87.
  32. Bartley, pp. 91-93; Purvis 2002, pp. 96-99; Pugh, pp. 165—168.