Enno Littmann
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Enno Littmann | |
---|---|
alm. Enno Littmann | |
Doğum tarixi | 16 sentyabr 1875[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 may 1958[2][3][…] (82 yaşında) |
Vəfat yeri |
|
Elm sahələri | şərqşünaslıq[1] |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirməsi | Emil Forrer[d] |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Enno Littmann (alm. Ludwig Richard Enno Littmann; 16 sentyabr 1875 – 4 may 1858) — Almaniya dilçisi və şərqşünası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Enno Littmann 16 sentyabr 1875-ci ildə Şimali Almanyanın Oldenburq şəhərində doğuldu. Atasının yabançı dillərə ilgi duyan və evində dillə ilgili müxtəlif kitablar saxlayan bir mətbəəçi olmasının da təsiriylə hələ lisey şagirdi ikən Yunanca, Latınca, Fransızca, İngiliscə, İtalyanca, İspanca və Ortaşərq dillərinin əsaslarını öyrəndi; ayrıca yay tətillərində getdiyi qohumlarının yanında Şimali Almancası ilə fasih Almanca arasındakı fərqliliklər üzərinə çalışdı. 1895–1898-ci illərdə Berlin, Greifswald, Halle və Strasburq universitetlərində dilçilik oxudu; ən önəmli müəllimləri Sami dilləri və əruz mütəxəssisi Franz Praetorius, ilahiyatçı və tarixçi Emil Kautsch, tarixçi Eduard Meyer, Germanist Otto Bremer və Həbəş dilləri mütəxəssisi Avqust Dilmanndır.
1898-ci ildə İbranicə və din dərsləri müəllimliyilə Almanca, Latınca və İngiliscə tələbə yardımçılığı imtahanlarını qazanan Littmann, bir neça ay sonra Həbəşistanın Tigre dilində feillər üzərinə hazırladığı dissertasiya ilə dilçilik doktoru oldu və Strasburq Universitetində Teodor Nöldeke ilə birlikdə çalışmağa başladı. 1899–1900-cü illərdə Amerika Princeton Universitetinin Orta Şərqə hazırladığı arkeoloji bir araşdırma gəzintisinə qatıldı. 1901-ci ildə bu universitetinin Şərq dilləri bölümünə müəllim təyin edildi və 1906-cı ilə qədər vəzifəsini sürdürdü; bu arada 1904–1905-ci illərdə ikinci dəfa Suriya və Fələstinə bir araşdırma gəzintisi etdi. 1906-cı ildə Strasburq Universitetində Nöldekedən boşalan Şərqşünaslıq Mərkəzinin müdirliyinə gətirildi və 1951-ci ildə buradan əməkliyə ayrıldı. Uzun akademik həyatı boyunca Göttingen, Bonn və Tübingen universitetlərində qısa müddətlərlə müəllim olaraq çalışdı; konfranslar vermək və Qahirə Akademiyasının toplantılarına qatılmak üzrə sıx-sıx Misirə getdi. Tigre dilinə aid mətnlər dərləmək və Kral Ezananın (IV əsr) qədim Geez dilindəki kitabələrini oxumaq üçün Həbəşistana və bir Amerikan araşdırma heyətiylə birlikdə hələ tamamilə çözüləməmiş olan Lidiya dilindəki kitabələri incələmək üzrə Sardesə (Manisa) səyahətlər etdi. 1904–1911-ci illər arasında Bibliotheca Abessinica və 1922–1934-cü illərdə "Zeitschrift für Semitistik" adlı dərgiləri çıxardı. may 1958-ci ildə Tübingendə ölən Littmann Berlin, Göttingen, Mainz, Amsterdam, Brüssel, Qahirə, Kopenhagen, Paris və Roma elmlər akademiyasının əsl üzvü və bir çox akademiyanın fəxri üzvü idi; aldığı müxtəlif nişanlar arasında Dünya Barış Cəmiyətinin 1931-ci ildə verdiği "Pour lə méritə" (ləyaqət) nişanı da vardı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 E. Littmann // KNAW Past Members (ing.).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- For more & detailed info cp. the German version of the Wikipedia entry re Enno Littmann!
- Enno Littmann's Biography Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine by Eike Haberland, in Lissan Magazine (online magazine for Ethiopian art, culture & lifestyle).
- 16 sentyabrda doğulanlar
- 1875-ci ildə doğulanlar
- Almaniyada doğulanlar
- 4 mayda vəfat edənlər
- 1958-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Baden-Vürtemberqdə vəfat edənlər
- Tübingen Universitetinin müəllimləri
- Bonn Universitetinin müəllimləri
- Göttingen Universitetinin müəllimləri
- Berlin Humboldt Universitetinin məzunları
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri
- Əlifba sırasına görə alimlər
- Şərqşünaslar
- Almaniya şərqşünasları