Exolaliya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Exolaliya | |
---|---|
XBT-10 | R48.8 |
XBT-9 | 784.69 |
MeSH | D004454 |
Exolaliya — başqası tərəfindən çıxarılan səslərin təkrarlanmasıdır.
"Exolaliya" sözü Yunanca "təkrarlamaq", mənasına gələn "ἠχώ" və "danışmaq" mənasına gələn λαλείν felindən törəmiş olan "mənasız danışma" mənasında λαλιά sözlərinin birləşməsindən gəlir.
Bu zaman insan cavab vermək əvəzinə, qarşısındakının dediyini təkrarlayır. Autizm, Turet sindromu, Afaziya, Rubinşteyn-Taybi sindromu, inkişaf pozğunluğu, şizofreniya, bəzən isə psixopataloji digər hallarda exolaliya müşahidə olunur. İstənilmədən edildiyində sinir səyriməsi hesab edilir. Dərhal verilən reaksiyalar (dərhal exolaliya) hər hansı bir sözü və ya cümləni eşidilən anda təkrarlamaqdır. Gecikən exolaliya isə əvvəllər eşidilmiş olan, məsələn, bir neçə gün əvvəl eşidilmiş reklam səsi kimi, aradan bir neçə vaxt keçdikdən sonra təkrarlamasıdır.