FİDE
FİDE FIDE, ФИДЕ, ФИДЕ, ФИДЕ, ФИДЕ, ФИДЕ, ФІДЕ, ფიდე, פיד״ה, 国际棋联, 國際棋聯, ՖԻԴԵ, فیده, ফিদে, ഫിഡെ | |
---|---|
Yaranma tarixi | 20 iyul 1924[1][2] |
Rəsmi dili | |
Mərkəzi | |
fide.com |
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı.[3]
Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir. İldə iki dəfə dünyanın aparıcı şahmatçılarının reytinq cədvəlini dərc edir; qrosmeyster, beynəlxalq usta, FİDE ustası adlarını verir. Rəhbər orqanları FIDE Baş Assambleyası, FIDE Mərkəzi komitəsi və FIDE İcraiyyə komitəsidir. FİDE-nin tərkibində müxtəlif komissiyalar, o cümlədən kvalifikasiya, inkişaf etməkdə olan ölkələrə yardım, oyun qaydaları, şahmatın kompyuterlə və məktəblərdə tədrisi və s. fəaliyyət göstərir. FİDE-yə bir sıra başqa beynəlxalq şahmat təşkilatları, o cümlə dən Beynəlxalq məktublaşma ilə şahmat oyunu federasiyası (IKCF), Görməqüsuru olan şahmatçıların beynəlxalq assosiasiyası (IBCA). FİDE-nin şahmat kompozisiyası üzrə daimi komissiyası bir ləşdirilmişdir. FİDE-nin prezidenti Kirsan İlyu-mjinovdur (1995 ildən).
Prezidentlər
[redaktə | mənbəni redaktə et]- 1924–1949 Alexander Rueb
- 1949–1970 Folke Rogard
- 1970–1978 Max Euwe
- 1978–1982 Friðrik Ólafsson
- 1982–1995 Florencio Campomanes
- 1995–cari Kirsan İlyumjinov
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fransa milli kitabxanası. 1537.
- ↑ МЕЖДУНАРОДНАЯ ШАХМАТНАЯ ФЕДЕРАЦИЯ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 527. ISBN 978-9952-441-07-9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Şahmat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |