Faradey sabiti
Faraday sabiti fizika və kimyada, bir mol elektronun malik olduğu elektrik yükü olaraq tanınır. Bu ad, İngilis elm adamı Michael Faradayın adına ithaf edilərək verilmişdir. Elektrolit sistemlərdə, elektrot səthində cəmlənmiş kimyəvi maddə miqdarını müəyyənləşdirmək üçün istifadə olunur.
Nişanı F olub;
- ,
düsturundakı bərəbərlik ilə ifadə edilə bilər. Bu bərabərlikdə NA Avoqadro sabiti (təxminən 6.02 x 1023 mole−1) və q da, bir elektronun yükünün böyüklüyüdür (elektron başına təxminən 1.602 x 10−19 Coulomb).
F-in qiyməti birinci olaraq, müəyyən bir müddət ərzində müəyyən bir cərəyanın keçdiyi elektrokimyəvi reaksiyada cəmləşən gümüşün çəkisinə görə müəyyən edilmişdir. Bu qiymət Avoqadro sabitini hesablamaq üçün istifadə edilmişdir. F və dolayı yol ilə NA-nı daha dəqiq formada müəyyən etməyə yönəldilmiş elmi tədqiqatlar hal-hazırda da davam etdirilir.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |