Faylların ötürülmə protokolu
İnternet protokol dəsti |
---|
Tətbiq təbəqəsi |
Nəqliyyat təbəqəsi |
İnternet təbəqəsi |
Kanal təbəqəsi |
FTP, faylların ötürülmə protokolları (ing. File Transfer Protocol) – faylları ötürmə protokolunun köməyi ilə faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir.
Uzaq məsafədə yerləşən kompüterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. Bu protokolun zası əsasında ümumdünya şəbəkəsində verilənlərin daonlad (download) və apload (upload) əməliyyatı realizə olunur. Daonlad (download) faylların uzaq şəbəkə kompüterindən (server) kliyent kompüterinə köçürülməsi/yuklenmesi prosesidir. Apload (upload) – əks proses, yəni faylın uzaq məsafədəki kompüterə yüklənməsi deməkdir.
FTP-nin təhlükəsizliyi üçün SSL/TLS (FTPS) və SSH File Transfer Protocol (SFTP) istifadə olunur. SFTP daha yeni texnologiya olduğu üçün SFTP-yə üstünlük verilir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- RFC 959 – File Transfer Protocol
- RFC 1579 – Firewall Friendly FTP
- RFC 2228 – FTP Security Extensions
- RFC 2428 – FTP Extensions for IPv6 and NATs
- RFC 2640 – Internationalization of the File Transfer Protocol
Serverlər
[redaktə | mənbəni redaktə et]- FTP Server Test (Online)
- FileZilla Server (Windows)
- Pure-FTPd (Unix)
- VsFTPd (Unix)
- ProFTPd (Unix)
İnternet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |