54°34′ şm. e. 11°17′ ş. u.HGYO

Femarn Belt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Femarn Belt
dan. Femern Bælt, alm. Femernbelt
Ümumi məlumatlar
Eni 18,6 km
Uzunluğu 25 km
Ən böyük dərinliyi 30 m
Yerləşməsi
54°34′ şm. e. 11°17′ ş. u.HGYO
Ölkələr
Ayırır Femarn və Lollann adalarını
Femarn Belt xəritədə
Femarn Belt
Femarn Belt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Femarn Belt (dan. Femern Bælt) — Baltik dənizinin qərb hissəsində, Kil və Meklenburq körfəzlərini birləşdirən və Almaniyanın Femarn ilə Danimarkanın Lollann adaları arasında yerləşən bir boğaz. Boğazdan keçən bərələr iki adadakı Puttqarden və Redbi şəhərlərini birləşdirir.

Boğazın eni 18 kilometr, dərinliyi 20-30 metrə qədərdir. Boğazdakı cərəyan zəifdir və əsasən küləkdən asılıdır.

Boğazdan keçən körpü və tunel layihəsi

[redaktə | mənbəni redaktə et]

DanimarkaAlmaniya hökumətləri 29 iyun 2007-ci ildə bərə marşrutunu əvəz edəcək bir körpü inşa etmək barədə razılığa gəlir. Körpü keçid müddətini bir saat qısalda bilər və daha çox tutum təmin edə bilər[1].

30 noyabr 2010-cu il tarixində tunel dizaynının körpü dizaynından daha üstün olduğu məlum olur[2]. Belə bir genişləndirilmiş obyektin tikintisində daha az risk olur.

2011-ci ildə Danimarka parlamenti 2020-ci ildə açılması planlaşdırılan 5.1 milyard avroluq bir layihə böyük bir səs çoxluğu ilə (8 partiyadan yeddisi tərəfindən dəstəklənir) qəbul olunur. Tuneldə üç ayrı keçid olmalıdır: ikisi hər istiqamətdə nəqliyyat vasitələri üçün iki zolaqlı, digəri isə cüt yollu dəmir yolu xəttidir.

Tikinti işlərinin başlanması 2020-ci ilə planlaşdırılır və tamamlanma tarixi 2028-ci ildir[3][4].

  1. Fehmarn Belt tunnel preferred — Railway Gazette Arxivləşdirilib 2013-12-31 at the Wayback Machine (ing.)
  2. "Dänemark baut Supertunnel nach Deutschland" (alman). Der Spiegel, online. 1 февраля 2011. 2012-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 февраля 2011.
  3. "Немецкая сторона усложняет строительство самого длинного погружного туннеля между Данией и Германией" (rus). www.proektstroy.ru. 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-18.
  4. Meyers Fazit des heutigen Kopenhagen-Besuchs bei seinem Amtskollegen Olesen Arxivləşdirilib 2019-05-10 at the Wayback Machine (alm.)