Feokrit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Feokrit
q.yun. Θεόκρῐτος
Doğum tarixi ən tezi e.ə. 315ən geci e.ə. 300[1]
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 260
Vəfat yeri
  • ehtimal ki, Ellin Misiri[d]
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili qədim yunan dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Feokrit (q.yun. Θεόκρῐτος; ən tezi e.ə. 315ən geci e.ə. 300[1], Kos, Cənubi Egey adaları[1][2]təq. e.ə. 260, ehtimal ki, Ellin Misiri[d]) — qədim yunan şairi. O, əsasən idilliyaları ilə tanınır.

E.ə. 315-ci və ya 300-cü ildə Sirakuzada və ya Kos adasında anadan olmuşdur. Qədim müəlliflər bu barədə mübahisə edirdilər. Birinci fərziyyə daha real görünür. O, gəncliyində həmin dövrdə çox məşhur kurort və Afinanın süqutundan sonra yunan ziyalılarının mərkəzlərindən biri olan Kos adasına köçmüşdür.