3°54′00″ c. e. 32°25′00″ q. u.HGYO

Fernandu-di-Noronya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fernandu-di-Noronya
port. Fernando de Noronha
Ümumi məlumatlar
Adaların sayı 21
Ümumi sahəsi 26 km²
Hündür nöqtəsi 756 m
Əhalisi 3.108 nəfər (2009-cu il)
Yerləşməsi
3°54′00″ c. e. 32°25′00″ q. u.HGYO
Ölkə  Braziliya
Akvatoriya
Fernandu-di-Noronya xəritədə
Fernandu-di-Noronya
Fernandu-di-Noronya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fernandu-di-Noronya[1] (port. Fernando de Noronha) — Vulkan məhşəlli adalardan ibarət olan və Braziliyanın əsas hissəsindən 350 km şimal-şərqdə yerləşir. Arxipelaq 21 adadan ibarətdir. İnzibati cəhətdən Pernambuku ştatı ərazisinə daxildir.

Arxipelaqın sahəsi 26 km² təşkil edir, bunun 17 km² sahə əsas adanın ərazisini təşkil edir. Ən hündür nöqtəsi 756 metrdir.

  • Fernandu-di-Noronya
  • Rata (Ilha Rata)
  • Konseisau (Ilha da Conceição)
  • San-Joze (Ilha de São José)
  • Şopo-du-Nordeste (Ilha do Chapéu do Nordeste)
  • Trista-Reis (Ilha Trinta-Réis)
  • Rasa (Ilha Rasa)
  • Şopo-du-Sueste (Ilha Chapéu do Sueste)
  • Duş Ovoş (Ilho dos Ovos)
  • Meio (Ilha do Meio)
  • Lusena (Ilha do Lucena)
  • Kuskuz (Ilha do Cuscuz)
  • Kаbеludа (Ilha Cabeluda)
  • Morro-du-Leau (Rochedo do Morro do Leão)
  • Morro-da-Viuvinya (Rochedo do Morro da Viuvinha)
  • Sela Jineta (Rochedo Sela Gineta)
  • Frade ada qayası (Rochedo da Ilha do Frade)
  • Perdaş Sekaş (Rochedo das Pedras Secas)
  • Dioş İrmauş (Rochedo Dois Irmãos)
  • (Klippe bei Ilha dos Ovos)
  • (Klippe in der Nähe von Ponta das Caracas und Baía Sueste)

Təbiət və iqlimi

[redaktə | mənbəni redaktə et]

İqlimi tropikdir: yanvardan avqusta qədər yağış mönsümüdür. Avqustdan yanvara qədər isə quraq iqlim hakimdir. Ada ot, yabanı üzüm, kol və Atlantik meşəsi ilə örtülmüşdür.[2] Heyvanlar aləmi tısbağa, delfin və dəniz quşlarından ibarətdir. Endemik canlıları — Elaenia ridleyanaVireo gracilirostris.

2001-ci ildə Fernandu-di-Noronya arxipelaqı və Rokas atolu UNESCO Ümumdünya İrsi siyahısına daxildir.

Arxipelaq 1501 və ya 1502-ci ildə portuqal ekspedisiya rəhbəri Qaşpar Lemuş və ya Qonzalo Koelu tərəfindən kəşf edilmişdir. Adalar ekspedisiyanı maliyyələşdirən yahudi Fernandu-di-Noronyanın şərəfinə adlandırılmışdır. 1 iyun 2009-cü ildə Arxipelaqdan 650 km şərqdə Airbus A330–203 sərnişin təyyarəsi qəzaya uğramışdır. Rio-de-Janeyrodan Parisə istiqamətlənən, Air France şirkətinə məxsus təyyarə pis hava səbəbindən qəzaya uğramışdır. Göyərtəsində olan 228 nəfrin hamısı həlak olmuşdur.

2009-ci ildə arxipelaqın əsas adasında 3 100 nəfər yaşayırdı.[3] Digər adalar insanlar tərəfindən ziyarət edilsə də, daimi yaşayış yoxdur.

Turistlər arasında arxipelaq dayvinq və serfinq kimi idman növlərinə görə məşhurdur.

  1. "Fernando de Noronha - Pimentel lamenta suspensão de cruzeiro - Assembleia Legislativa do Estado de Pernambuco". Alepe.pe.gov.br. 2012-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  2. "Atlantik meşələri, Cənubi Amerika" (ingilis). ARKive. 2012-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-21.
  3. "Arxivlənmiş surət" (PDF). 2017-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09.