Fiolent burnu
Fiolent burnu | |
---|---|
ukr. Фіолент, krımtat. Felenk, Феленк | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
44°29′55″ şm. e. 33°29′30″ ş. u.HGYO | |
Akvatoriya | Qara dəniz |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fiolent (ukr. Фіолент, krımtat. Felenk, Феленк) — Krım yarımadasının cənub-qərbində, Herakles yarımdasında burun. Burun Sevastopolun Balaklavskiy rayonunda yerləşir. Burun ərazisində eyni adlı yasaqlıq mövcuddur.
Adlandırılması
[redaktə | mənbəni redaktə et]Fiolent adı ilə yanaşı burun digər adlarla da tanınır: Parteniy, Felenk-Burun, Monastr-Burun, Müqəddəs Qeorqiya burnu. Ehtimal olunan ən qədim ad Parteniydir (q.yun. Παρθένιον). Adın mənşəyi qədim yunan mifologiyası olan İfigeniya ilə bağlıdır.[1] Bu mifdən bir çox şairlər və yazıçılar, kompozitorlar, rəssamlar öz yaradıcılığında istifadə etmişlər: Evripid, Esxil, Göte, Puşkin, Qlyuk, Ayvasovski və s.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Fiolent burnu Sevastopol şəhərinin mərkəzindən 15 km qərbdə yerləşir. Bu ərazidən Krım dağları başlayır. Burun ərazisinin süxurları əsasən vulkan mənşəli olub orta yura dövrünə aiddir (152—163 milyon il əvvəl).[2] Vulkan mənşəli süxurlardan daha çox spilitlər və keratofirlər üstünlük təşkil edir. Dəniz abraziyası və eol prosesləri nəticəsində parçalanmş süxurların yerində Yəşəm çimərliyi, Orest və Pilad tipli qayalar formalaşıb.
1996-cı ilin 20 avqustunda ərazidə eyni adlı landşaft yasaqlığı yaradılıb. Yasaqlığın sahəsi 31,7 hektardır.[3]
Tarixi mənbələr görə Krıma gələn apostol Həvari Andrey ilk dəfə məhs Fiolent burnuna ayaq basıb.[4] Müasir dövrdə Fiolent burnunda Qeorqievskiy kişi monastrı fəaliyyət göstərir.
Yaz-yay ayalarında burun ərazisi ekstrimaların sevimli məkanına çevrilir. Roup-jampinq və kayakinq üçün ərazi çox əlverişlidir.
Ərazidə yayılan bitkilərdən kütyarpaq püstə relikt ağac hesab olunur. Quraqlığa, istiyə və şaxtaya davamlı olan bu ağacın kökləri özünə məxsus struktura malikdir. Ağacın kökləri bir neçə yarusadan ibarət olmaqla 30-40 metr kənara, 12-15 metr dərinliyə gedə bilir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Мис Фіолент на Вікімапії
- Віртуальна екскурсія по Фіоленту (rus.)
- Корда И. Мис Фіолент. Книга про мис Фіолент (rus.)
- Легенди та міфи про Фіолент (rus.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Лебединский В. И., Кириченко Л. П. Крым – музей под открытым небом (rus). Симферополь: СОНАТ. 2002. 79–83. ISBN 966-7347-95-8..
- ↑ Славин В.И. Современные геологические процессы в Юго-Западном Крыму (rus). Москва: МГУ. 1975. 31.
- ↑ Горбатовский, Владимир. Моя Россия. Уникальные маршруты по заповедным местам (rus). Litres. 2022-05-14. ISBN 978-5-04-060318-3.
- ↑ Калинко, Татьяна; Слука, Ирина. 100 лучших мест Крыма, где каждый должен побывать (rus). Litres. 2019-04-24. ISBN 978-5-04-168718-2.