Folklor cəmiyyəti
Folklor cəmiyyəti— Birləşmiş Krallıqda folkloru öyrənmək üçün təsis edilmiş milli cəmiyyətdir.
Ənənəvi musiqi, mahnı, rəqs və dram, povest, bədii sənətkarlıq, adət və inanclar da daxil olmaqla, ənənəvi xalq mədəniyyətini öyrənmək üçün 1878-ci ildə Londonda yaradılmışdır[1].
Cəmiyyət ingilis qanunlarına uyğun olaraq qeydiyyatdan keçmiş xeyriyyə təşkilatıdır [2].
Folklor Cəmiyyətinin ofisi Böyük Britaniya və İrlandiya Kral Antropologiya İnstitutunda yerləşir.
Üzvlər
[redaktə | mənbəni redaktə et]İlk dəfə folklorşünaslıq termini gətirən "Qeydlər və Sorğular" jurnalının redaktoru Viyyam Toms, cəmiyyətin formalaşmasında mühüm rol oynamışdır. O və Georq Laurens Homm uzun illər cəmiyyətin lider üzvlərindən olmuşlar [3].
Uzun müddət işləyən və cəmiyyətin inkişafında mühüm xidmətləri olan fəal üzvlərdən biri də əvvəllər jurnal redaktoru olmuş, sonralar isə cəmiyyətin ilk qadın prezidenti seçilmiş Şarlotta Sofiya Börn idi (1909-10). [4].
"Linkolnşir folkloru" kitabı ilə tanınan Linkolnşir (İngiltərədə dairə) folklorşünası Etel Rudkin jurnalda folklora həsr olunmuş maraqlı məqalələr dərc etdirirdi [5].
Nəşrlər
[redaktə | mənbəni redaktə et]Cəmiyyət Teylor və Frensisin əməkdaşlığı ilə "Folklore" jurnalını (ildə dörd sayı çap olunur) və "FLS News" bülletenini (1986-cı ildən) dərc etdirir. Jurnal 1878-ci ildə "The Folk-Lore Record" adı ilə nəşr olunmağa başlamışdır; sonralar "The Folk-Lore Journal" adı ilə çapı davam etdirilmişdir. 1890-cı ildən isə jurnalın buraxılışları «Folk-Lore: Mif, ənənə, institut və adətlərin rüblük icmalı" adı ilə cild şəklində dərc olunmuşdur [6]].
"Arxeoloji Tədqiqat və Xalq Lore Jurnalı" — Cozef Ceykobs ilk dörd illik cildi "Quarterly Review" adı ilə nəşr etdirirdi, sonralar onu Alfred Natt əvəz etmişdir. 1899-1908-ci illərdə jurnalın redaktoru Şarlotta Börn olmuşdur. [7]. Müxtəlif illərdə A.R. Rayt (1909–14), Vilyam Kruk (1915-23), A.Rayt (1924-31), E.O.Ceyms (1932-55), Kristina Hol (1956-78), Jaklin Simpson (1979-93), Cilian Bennet (1994-2004), Patrisiya Lisaqt (2004-2012) və Cessika Hemminq (2013-) jurnala redaktorluq etmişlər.
Kolleksiyalar
[redaktə | mənbəni redaktə et]Folklor Cəmiyyəti Kitabxanasında 15.000-ə yaxın kitab, 200-dən çox kitab seriyası (hazırda 40-ı alınıb) var. Bu nəşrlər London Universiteti Kollecinin Kitabxanasında saxlanılır. Kitabların əsas hissəsini xalq nağılları, ingilis və irland folkloruna həsr olunmuş nəşrlər təşkil edir. Həmçinin Şərqi Avropa folkloruna dair kitablar, Estoniya və Bask folkloru seriyasında çap olunmuş nəşrlər də kitabxana fondunun əsasını təşkil edir.
Folklor Cəmiyyətinin arxivləri və kolleksiyaları London Universitet Kollecinin Xüsusi Kolleksiyalarında mühafizə edilir.
Katerine Briqs Mükafatı
[redaktə | mənbəni redaktə et]Katerine Briqs Mükafatı, 1969-1972-ci illərdə cəmiyyətin prezidenti olmuş Katerine Meri Briqsin şərəfinə Cəmiyyət tərəfindən verilən illik kitab mükafatıdır [8]. Mükafat ilk dəfə 1982-ci ildən verilməyə başlanmışdır [9]. İsrail tarixçisi Gay Bayner (2019), Amerika nağıllarının tədqiqatçısı Cek Zayps (2007), ingilis mifoloqu Marina Uorner (1999), Britaniyanın radikal tarixçisi E.P.Tompson (1992), İona və Piter Opi ingilis folklorşünaslar ailəsi (1986) və sovet folklorşünası Vladimir Propp (1985) Katerine Briqs Mükafatına layiq görülmüş görkəmli adamlar sırasındadır [10].
Kut Leyk Medalı
[redaktə | mənbəni redaktə et]Kut Leyk Medalı Folklor Cəmiyyəti Komitəsi tərəfindən folklorşünaslıq sahəsində "görkəmli tədqiqat və təqaüdə" görə verilir [11].
Mükafat 1920-1930-cu illərdə Folklor Cəmiyyətinin fəal üzvü olan Harold Kut Leykin (1878-1939) şərəfinə təsis edilmişdir (həmin dövrdə həm xəzinədar, həm də Cəmiyyətin katibi vəzifələrində çalışmışdır).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jacqueline Simpson (Editor), Steve Roud (Editor) (2003). A Dictionary of English Folklore. Oxford University Press
- ↑ "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-23.
- ↑ Roper, Jonathan. "Thoms and the Unachieved "Folk-Lore of England"". Folklore. 118 (2). 2007: 203–216. doi:10.1080/00155870701340035. ISSN 0015-587X.
- ↑ "Charlotte Sophia Burne: Shropshire Folklorist, First Woman President of the Folklore Society, and First Woman Editor of Folklore. Part 1: A Life and Appreciation", Gordon Ashman and Gillian Bennett, Folklore, Vol. 111, No. 1 (Apr., 2000), pp. 1–21
- ↑ Brown, Theo. "Obituary: Ethel H. Rudkin, 1893–1985". Folklore. 97 (2). 1986-01-01: 222–223. doi:10.1080/0015587X.1986.9716384. ISSN 0015-587X. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-24.
- ↑ HathiTrust Digital Library provides full views, apparently complete, for 1878 to 1922, the timespan in the public domain.
- [1] Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine and [2] Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine (two records). The Folk-Lore Record, vols 1–5, 1878 to 1882.
- [3] Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine [4] Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine (two records). The Folk-Lore Journal, vols 1–7, 1883 to 1889.
- [5] Arxivləşdirilib 2021-10-25 at the Wayback Machine Folk-Lore, vols 1–33, 1890 to 1922 (subtitle "A Quarterly Review ...", from the title page of Volume 1 as bound).
- ↑ Simpson, Jacqueline; Roud, Steve, "Folklore (the journal)", A Dictionary of English Folklore (ingilis), Oxford University Press, 2003-01-01, doi:10.1093/acref/9780198607663.001.0001/acref-9780198607663-e-374, ISBN 978-0-19-860766-3, 2021-04-22 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-04-22
- ↑ "The Katharine Briggs Award". The Folklore Society (ingilis). 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
- ↑ Vickery, Roy; Hutchinson, Joyce; O'Kelly, Joss. "Society Meetings and Folklore Notes". Folklore. 93 (2). 1982: 248–251. doi:10.1080/0015587x.1982.9716249. ISSN 0015-587X. 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-24.
- ↑ "Katharine Briggs Folklore Award Winners". www.goodreads.com. 2021-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
- ↑ "The Coote Lake Medal". The Folklore Society (ingilis). 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.