Frakiya hadisələri (1934)
Frakiya hadisələri | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Tarix | iyul 1934 |
Ölü sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
1934 Frakiya hadisələri[1] — 21 iyun - 4 iyul 1934-cü il tarixləri arasında Türkiyənin Frakiya bölgəsində yəhudilərə qarşı törədilən zorakılıq hərəkətləri. Hadisələrdən sonra bir çox yəhudi başqa ölkələrə köç etmişdir.[1] 1934-cü ildə Nihal Atsızın "Orhun" jurnalında[1][2], Cavat Rıfat Atilhanın isə "Milli inqilab" jurnalında[1][2] yəhudilərə qarşı irqçi yazıları ictimaiyyəti təsirləndirdi və nəticədə yəhudi azlığına qarşı zorakılığa başlandı.[1][2] Təkirdağ, Ədirnə, Kırklareli, Çanaqqala kimi vilayətlərdə yəhudilərə məxsus dükan və evlər talan edildi[3], qadınlara təcavüz edildi.[1][4] Bir jandarm kapralı yəhudiləri qoruyarkən qarətçi qrup tərəfindən öldürülmüşdür.[5] 15,000-ə yaxın Frakiya yəhudisi yaşadıqları şəhərləri tərk etdi.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]İki dünya müharibəsi arasında dünyada demokratiya gerilədi, 1920-ci illərdə 35 konstitusiya və seçkili hökumət olduğu halda, 1938-ci ildə bu rəqəm 17-yə endi. Xüsusilə Avropadakı bu tendensiyadan Türkiyə də təsirləndi. 19 fevral 1934-cü il tarixli fərmanla Ədirnə, Kırklareli, Təkirdağ və Çanaqqala bölgələrini əhatə edən Frakiya Ümumi Müfəttişliyi adı altında ikinci bir müfəttişlik yaradıldı və 1925-ci ildə Şeyx Səid üsyanından sonra 1927-ci ildə Şərqi Anadoluda 5 il birinci ümumi müfəttiş vəzifəsində çalışan İbrahim Tali Öngören Frakiya Ümumi Müfəttişliyinə başçı təyin edildi.[6]
Faşizm dalğası antisemitizmlə birlikdə yayıldı və Türkiyədə də öz tərəfdarlarını topladı. Bunun ən bariz nümunələrindən biri 1934-cü il Frakiya hadisələridir.[7][8][9]
Türkiyədə CXP dövrünə təsadüf edən bu prosesdə böyük qəzetlər nasizmə qarşı çıxsa da, bəzi insanlar nasizmə rəğbət bəsləyirdi. Türkiyədə ən önəmli nasist pərəstişkarlarından biri də Djev imzası ilə Der Stürmer qəzetinə yazılar yazan Cavat Rıfat Atilhan idi Turançı olan Atilhan Birinci Dünya müharibəsi zamanı Sinay cəbhəsində yüzlərlə yəhudi casusu əsir götürdüyünü, onlarla casusu da öz əli ilə asdığını iddia edib.[10] O, "Anadolu" jurnalını çıxararaq antisemitizmi yaymağa çalışıb.[10] Atilhan bir neçə ay evində qonaq olduğu nasist Yulius Ştrayxerdən güc tətbiq etmə və qorxutma üsullarını öyrəndi. Nasistlər onu "Herr Major" adlandırırdılar.[8]
İstanbulda "Milli İnqilab" jurnalını nəşr etməyə başladı. Bu jurnalla Türkiyə tarixində ilk dəfə olaraq bir nəşriyyat şirkəti antisemit olduğunu etiraf etdi və yəhudilərdən reklam almayacağını açıqladı. Jurnalının bir çox səhifəsi Türkiyə Yəhudilərinə həsr olunmuşdu.[8] "Haber" qəzetindən Vala Nurettin və "Vakit" qəzetindən Mehmet Asım yazılarında Milli İnqilaba və antisemitizmə etiraz edərək, yəhudilərin türk mədəniyyətinə inteqrasiya olunmasını və onların xidmətlərindən istifadə edilməsini müdafiə etdilər.[11] Digər tərəfdən Nihal Atsız "Orhun" jurnalında yəhudilərə qarşı hücum yazısı yazdı. Bu məqalənin hadisələrə nə dərəcədə təsirli olduğu mübahisəlidir. Bu cür antisemit yazıların qarşısını almaq üçün yəhudi nümayəndə heyəti 23 may 1934-cü ildə baş nazirə müraciət edərək kömək istədi. Ərizə iki gün sonra baş nazirin müşaviri tərəfindən qəbul edildi, daha sonra Daxili İşlər Nazirliyinə, sırasıyla Baş Mühafizə İdarəsi, Ədliyyə Nazirliyinə və nəhayət Mətbuat Müdirliyinə verildi; Bir sözlə, bürokratiyada ilişib qaldı.[12]
İyunun 14-də parlamentdə 2510 saylı Məskunlaşma Qanunu qəbul edilib. Qanunda "bir dildə danışan, eyni düşüncə və duyğuya malik bir ölkə" yaratmaq üçün ölkəni "Türk mədəniyyətinə malik əhalinin cəmləşməsi arzu edilən zonalar", "Türk mədəniyyətinin təmsil olunması arzu edilən əhalinin köçürülməsi və məskunlaşması üçün ayrılmış zonalar", "yer, səhiyyə, iqtisadiyyat, mədəniyyət, siyasət, hərbi və inzibati səbəblərinə görə boşaldılması tələb olunan, məskunlaşma və yaşayış üçün qadağan edilən ərazilər"ə ayırmışdı. Qanunun 9-cu maddəsi Daxili İşlər Nazirliyinə "casusluqda şübhəli bilinən şəxsləri sərhəddən çıxarmaq" səlahiyyəti verirdi. Yəhudi icmasının qabaqcıl üzvləri ölüm təhdidləri yazılan məktublar gəldivə əhalini yəhudi tacirlərini boykot etməyə çağıran vərəqələr paylandı.[6] Daha çox Şərqi və Cənub-şərqi Anadolu üçün hazırlanmış bu qanun yəhudilərə qarşı istifadə edildi. İsmət Paşa adının arxasına sığınaraq aparılan təbliğatda "Hökumət və İsmət Paşa bütün Frakiya yəhudilərinin İstanbula sürgün edilməsini istəyir" deyilirdi.[10]
İlk hadisələr 21 iyun 1934-cü ildə Çanaqqalada başladı. Çanaqqalada yəhudilərə qarşı iqtisadi boykot həddini aşaraq fiziki hücuma çevrildi. Talan, döyülmə, zorlama, imzasız təhdid məktublarının göndərilməsi halları oldu. Bu zaman Kırklareli valisi tətildə idi və Çanaqqalada baş verənlərin eynisi bu şəhərdə də yaşandı. Kırklarelidən qaçan yəhudilərin bir qismi Ədirnəyə çatanda hadisənin ciddiliyini anlayan Ədirnəli yəhudilər mal-mülklərini tərk edərək İstanbula qaçdılar. Hadisələrin Ədirnə, Təkirdağ, Kırklareli, Çanaqqala, Uzunkörpü, Silivri, Babaeski, Lüləburqaz, Çorlu və Lapsekidə eyni gündə başlaması bunun bir neçə talançının işi olmadığı anlamına gəlirdi.[10]
Nəticələri
[redaktə | mənbəni redaktə et]Bu hadisələrdən sonra Frakiyada yəhudilərin sayı azaldı, əksəriyyəti İstanbula, bir qismi isə xaricə qaçdı. Dəqiq sayı bəlli olmasa da, Frakiyadan gedən yəhudilərin sayının 13-15 min olduğu təxmin edilir. Sərvət vergisi və "Yirmi Kur'a" məsələsi (İkinci Dünya Müharibəsində qeyri-müsəlman azlıqların hərbi xidmətə cəlb edilməsi ilə bağlı təcrübə) kimi digər hadisələr yəhudi azlığının həyatını daha da çətinləşdirdi. Xüsusən də İsrail dövlətinin rəsmi qurulmasından sonra Türkiyədə yəhudilərin sayında ciddi azalma müşahidə olundu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2010-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2012-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ Özkırımlı, Umut, and Spyros A. Sofos, Tormented by history, (Columbia University Press, 2008), 168.
- ↑ "Arxivlənmiş surət". 2007-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-12.
- ↑ Anver Levi, ‘1934 Trakya Yahudileri Olayı – Alınmayan Ders’, Tarih ve Toplum, Sayı 151, Temmuz 1996, s.10-17
- ↑ 1 2 "Arxivlənmiş surət". 2010-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-14.
- ↑ Zafer Toprak, 1934 Trakya Olaylarında C.H.F.'nin Sorumluluğu, Toplumsal Tarih Dergisi, sayı 34, s.19
- ↑ 1 2 3 Avner Levi, Türkiye Cumhuriyeti'nde Yahudiler, İletişim yayınları, İstanbul 1996
- ↑ Rıfat N. Bali, 1934 Trakya Olayları, Tarih ve Toplum Dergisi sayi 186 ve 187
- ↑ 1 2 3 4 Mücahit Düzgün, Cumhuriyet'in İlanından İsrail'in Kuruluşuna Kadar Türkiye'deki Yahudiler
- ↑ Vakit gazetesi, Türkiye'de Antisemitizm var mıdır?, 20 Mayıs 1934
- ↑ (Türkçe). ISBN 9786051556307. (#first_missing_last)