Front Line Defenders
Front Line Defenders FLD | |
---|---|
ing. Front Line Defenders | |
Növü | Beynəlxalq |
Yaranma tarixi | 2001 |
Mərkəzi | Dublin, irlandiya |
frontlinedefenders.org |
Front Line Defenders və ya The International Foundation for the Protection of Human Rights Defenders (ing. Front Line Defenders "Beynəlxalq İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Fondu") — Ümumdünya İnsan Hüquqları Bəyannaməsində[1][2][3] qeyd olunduğu kimi başqalarının insan hüquqlarını məcburi olmadan müdafiə edənlərə dəstək olmaq üçün 2001-ci ildə İrlandiyanın Dublin şəhərində qurulmuş irlandiyalı insan haqları təşkilatıdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Təşkilat Amnesty İnternational İrlandiyanın keçmiş direktoru Meri Lovlor tərəfindən iş adamı və xeyriyyəçi Denis O'Brayenin 3 milyon dollar ianəsi ilə təsis edilib. Front Line Defenders Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna və Afrika İnsan və Xalqların Hüquqları Komissiyasında müşahidəçi statusuna malikdir. Fond 2007-ci ildə King Boduin Beynəlxalq İnkişaf Mükafatına və 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mükafatına layiq görülüb[1]. Front Line Defenders praktiki təhlükəsizlik ehtiyacları, təlim və tədris materialları, sığınacaqlar, şəbəkə imkanları, onların hüquqlarını hökumətlərdən qorumaq üçün hüquqi yardım, bir neçə dildə 24 saatlıq təcili telefon xətti üçün bütün dünyada alıcılara qrantlar verir. Xüsusi şəraitdə bu təşkilat hüquq müdafiəçilərinin daha təhlükəsiz yerlərə köçürülməsinə kömək edə və mümkünsə onların xərclərini ödəyə bilər[4].
Görkəmli işləri
[redaktə | mənbəni redaktə et]2021-ci ilin oktyabrında Front Line Defenders, İsrail tərəfindən qadağan edilmiş insan haqları qruplarına mənsub müxtəlif Fələstin vətəndaşlarının İsrail texnologiya şirkəti NSO Group tərəfindən yaradılmış casus proqramlar tərəfindən hədəf alındığına dair sübutlar üzə çıxardır[5][6].
Front Line Defenders mükafatı
[redaktə | mənbəni redaktə et]Mükafat 2005-ci ildə təsis edilmişdir[1]. Mükafat böyük şəxsi risk altında öz icmalarının hüquqlarının qorunmasına unikal töhfə edənlərə verilir. mükafat ildə bir dəfə şəxsə və ya hərəkata verilir[7]. Təşkilatın saytında verilən məlumata görə, təsis olunduğu ildən bu yana aşağıdakı şəxslər və hərəkatlar mükafatın laureatı olmuşlar[8]:
- 2005 – Mudavi İbrahim Adam Mudavi İbrahim Adam, Sudan
- 2006 - Əhmədcan Madmarov, Özbəkistan
- 2007 - Qiqi Katana, Konqo Demokratik Respublikası
- 2008 - Ənvər əl-Banni, Suriya
- 2009 - Yuri Melini, Qvatemala
- 2010 - Soraya Rahim Sobrang, Əfqanıstan
- 2011 - İşgəncələrə Qarşı Komitə, Rusiya Federasiyası
- 2012 - Razan Qazzavi, Suriya
- 2013 - Biram Ould Dah Ould Abeyd, Mavritaniya
- 2014 - SAWERA - Kənd Yerlərində Qadınların Ekspertiza və Gücləndirilməsi Cəmiyyəti, Pakistan
- 2015 - Quo Feixionq (təxəllüsü Yang Maodonq), Çin
- 2016 - Ana Mirian Romero, Honduras
- 2017 - Emil Kurbedinov, Krım
- 2018 - Nurkan Baysal, Türkiyə
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Front Line - International Foundation for the Protection of Human Rights Defenders". www.devex.com. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- ↑ "Front Line Defenders выступила в поддержку сочинского правозащитника Семёна Симонова". protokol.band. 2020-09-21. 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- ↑ "Urgent appeal: Egyptian Human rights defender Patrick George detained and tortured". protokol.band. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- ↑ "Front Line Defenders: A European Nonprofit That Finances Migrant Caravans". capitalresearch.org. 2020-05-26. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- ↑ Kingsley, Patrick; Bergman, Ronen. "Palestinians Were Targeted by Israeli Firm's Spyware, Experts Say". The New York Times. 8 November 2021. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2021.
- ↑ Srivastava, Mehul. "EU-funded West Bank activists hacked by Pegasus spyware, says rights group". Financial Times. 8 November 2021. 28 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2021.
- ↑ "For the first time in its 13-year history, the Front Line Defenders Award human rights defenders at risk was given to activists from five countries". www.protectioninternational.org. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
- ↑ "The Front Line Defenders Award for Human Rights Defenders at Risk". February 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.