Georq Büxner

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georq Büxner
Doğum tarixi 17 oktyabr 1813(1813-10-17)[1][2][…]
Vəfat tarixi 19 fevral 1837(1837-02-19)[2][3][…] (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbi səpmə yatalaq
Dəfn yeri
Təhsili
Fəaliyyəti tərcüməçi, dramaturq, şair, həkim-yazıçı[d], təbiətşünas, inqilabçı, yazıçı, filosof, həkim
Fəaliyyət illəri 1834-cü ildən
Əsərlərinin dili alman dili
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georq Büxner (Tam adı: alm. Georg Büchner‎; 17 oktyabr 1813[1][2][…]19 fevral 1837[2][3][…], Sürix[4]) — alman yazıçısı.[6]

Atası həkim olmuşdur. StrasburqGisendə tibbi öyrənmişdir. 1834-cü ildə Hessendə "İnsan hüquqları cəmiyyəti"ni yaratmış, sol radikal ideyalar aşılayan "Hessen kəndlilərinə" müraciətini (1834) yazmışdır. Cəmiyyət üzvlərinin təqib olunması və həbsi onu Sürixə köçməyə vadar etmişdir.[6]

Üç pyesin: "Dantonun ölümü" (1835), "Voysek" (1836–37-ci illərdə tamamlanmamışdır; A. Berq onun əsasında "Votsek" operasını yazmışdır, 1921) dramlarının, həmçinin "Leons və Lena" (nəşri 1839-cu ilə aiddir) komediyasının müəllifidir. U. Şekspirin poetikası və "Fırtına və təzyiq" dramaturgiyasının təsiri ilə yazılan Büxnerin pyesləri yığcamlığı, dinamik səhnələri, qroteskliyi və bununla yanaşı obrazların son dərəcə reallığı ilə ekspressionizm dramının bir çox xüsusiyyətlərini qabaqlamışdır. Mənəvi cəhətdən yaxınlıq hiss etdiyi Y. M. Lens haqqında "Lens" povesti tamamlanmamışdır.[6]

  • Hessen kuryeri, 1834;
  • Dantonun ölümü, 1835;
  • Voysek, 1836–37;
  • Lenz, 1835 (Qısa hekayə);
  • Leons və Lena, nəşri 1839;
  • Pietro Aretino, onun Pietro Aretino haqqında yazdığı əsər itkin düşmüşdür.

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Georg Buchner // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 Georg Buchner // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Бюхнер Георг // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Find a Grave (ing.). 1996.
  6. 1 2 3 Büxner// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 146. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.