Həştəq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həştəq nümunəsi.

Həştəq[1][2] (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində heşteqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur.[3] Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər.[4]

Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir.[5][6] Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi.[7][8] Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş,[9] tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır.[10][11] 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur.[12][13]

Mənşə və qəbulu

[redaktə | mənbəni redaktə et]
Heşteqin ixtiraçısı Kris Messina.

Diyez işarəsi – #, uzun müddətdir ki, informasiya texnologiyalarında mətnin müəyyən hissələrini vurğulamaq üçün istifadə olunur. 1970-ci ildə diyez işarəsi simvolun və ya nömrənin yanında yerləşdirildikdə PDP-11-in montaj dilində "immediate" (dərhal) ünvan rejimini ifadə etmək üçün istifadə edilmişdir.[14] Təxminən 1973-cü ildən başlayaraq '#' işarəsi C proqramlaşdırma dilində C preprosessorunun əvvəlcə emal etməli olduğu xüsusi açar sözləri göstərirdi.[15] Funt işarəsi qrupları və mövzuları etiketləmək üçün 1988-ci ildə "Internet Relay Chat" (IRC) şəbəkələrində istifadə üçün qəbul edilmişdir.[16] Bütün IRC şəbəkəsində mövcud olan kanallar və ya mövzular diyez simvolu ilə prefiks olunur.[17]

IRC-də funt işarəsinin istifadə olunması[18] Kris Messinaya ilham vermiş, o, mikrobloqlar şəbəkəsində maraq doğuran mövzuları işarələmək üçün "Twitter"də oxşar sistem təklif etmişdir.[19] O, "Twitter"də ilk heşteqini belə yazmışdır:

" How do you feel about using # (pound) for groups. As in #barcamp [msg]? "

Messinanın sözlərinə görə, o, axtarış protokolları üzrə xüsusi biliyi olmayan sadə istifadəçilərin konkret müvafiq məzmunu tapmasını asanlaşdırmaq üçün heşteqdən istifadə etməyi təklif etmişdir. Buna görə də heşteq "mesajları kateqoriyalara ayırmaq üçün bir üsul olaraq "Twitter" istifadəçiləri tərəfindən üzvi şəkildə yaradılmışdır".[20] "Hash tag" termini ilk dəfə Stou Boyd tərəfindən 26 avqust 2007-ci ildə dərc olunmuş "Hash Tags = Twitter Groupings" adlı bloq yazısında istifadə olmuşdur.[21]

2014-cü ildə konfransda #TimeToAct həştəqi

Messinanın heşteqdən istifadə təklifi "Twitter" tərəfindən dərhal qəbul olunmamışdı, lakin bu konvensiya 2007-ci ildə San-Dieqo meşə yanğınları ilə bağlı tvitlərdə istifadə edilən heşteqlər vasitəsilə populyarlaşmışdır.[22][23] Heşteq 2009–2010-cu illərdə İranda keçirilən seçkiərlə bağlı etirazlar zamanı beynəlxalq səviyyədə qəbul edilmişdir. "Twitter" istifadəçiləri aksiyalar zamanı ünsiyyətdə həm ingilis, həm də fars dilində heşteqlərdən istifadə etmişdilər.[24]

Heşteqlər o vaxtdan bəri #jesuischarlie, #BLM[25]#MeToo[26][27] kimi sosial hərəkatlarda mühüm rol oynamışdır.

"YouTube" və "Gawker Media" kimi digər platformalar heşteqləri rəsmi olaraq dəstəkləmişdir.[28]

Flickr etiketlərinə bənzər, qarışıq simvolu olan kəliməni (və ya # işarəsi) sözün əvvəlində işlədərək Twitter postuna əlavə edilir.

İqtisadiyyatda

[redaktə | mənbəni redaktə et]

Maliyyə bazarında bir çox adam bizneslərin gələcək qiymətini proqnozlaşdırmaq üçün həştəqlərdən istifadə etməyə başlayıblar. Bəzi təhlilçilərə görə, bütün həştəqləri analiz edərək səhmlərin qiymətini altı gün əvvəlcədən təxmin etmək mümkündür.[2]

İstehlakçı şikayətləri

[redaktə | mənbəni redaktə et]

Sosial mediada bir çox kampaniya aparılır.[2] Amma sosial mediada keçirilən etirazların təsiri birmənalı qarşılanmayıb. "The Atlantic" jurnalında yazdığı məqalədə Twitterin həmtəsisçisi Biz Ston şəbəkənin fəallığa təsirini quş sürüsünə bənzədib: lideri olmasa da, güclü və çevik bir qrup.[2]

Heşteq demoqrafik vəziyyətə çatmaq üçün hər hansı bir hadisə haqqında tweet toplayaraq və ya prosesin həssaslığını artıraraq xüsusi bir mövzunu müzakirə etmək üçün əlverişlidir. Twitter hazırda elə bir keçid yaradır ki, hər kim heşteqi əlavə edib (# səbəb, de) klikləsə bu simvola uyğun son tweet-ləri görəcək.

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Heşteqlər sosial mediada bəzən böyük hay-küy sala bilər. 2014-cü ildə, Siyavuş Novruzovun Milli Məclisdə Molotov kokteylinə "Molotov kotleti" deməsi sosial mediada "partlayış" edib.[29] Bəzi sosial media istifadəçiləri Facebook və Twitter şəbəkələrində cənab Novruzovun səhvini #molotovkotleti heşteqilə şərh edib.[29]

Adaptasiyaları

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə, Twitter Cənubi Afrikada Futbol üzrə dünya çempionatı 2010 zamanı "hashflags"-ı təqdim etdi.[30]

  1. "Sosialmedia.net – Hashtag nədir?". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  2. 1 2 3 4 ""Həştəq inqilabı": Twitter dünyanı necə dəyişdi". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.
  3. Chang, Hsia-Ching; Iyer, Hemalata. "Trends in Twitter – Hashtag Applications: Design Features for Value-Added Dimensions to Future Library Catalogues". Library Trends. 61 (1). 2012: 248–258. doi:10.1353/lib.2012.0024. ISSN 1559-0682.
  4. "What Characters Can A Hashtag Include?". hashtags.org. 9 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2017.
  5. factoryjoe. "how do you feel about using # (pound) for groups. As in #barcamp [msg]?" (Tweet) (ingilis). 2007-08-23.
  6. Parker, Ashley. "Twitter's Secret Handshake". The New York Times. June 10, 2011. June 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2011.
  7. "Chris Messina's answer to Why didn't the creator of the hashtag patent the concept?". Quora (ingilis). İstifadə tarixi: 2018-11-10.
  8. "The Inventor of the Twitter Hashtag Explains Why He Didn't Patent It". Business Insider. 2016-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-19.
  9. Panko, Ben. "A Decade Ago, the Hashtag Reshaped the Internet". Smithsonian (ingilis). 2018-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-10.
  10. Christina Warren. "Facebook finally gets #hashtags". CNN. Mashable. June 12, 2013. June 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2016.
  11. Zachary M. Seward. "Got a #tip? Gawker Media opens tag pages to masses, expecting "chaos"". Nieman Journalism Lab. October 15, 2009. July 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2023.
  12. "'Hashtag' added to the OED – but # isn't a hash, pound, nor number sign". The Register. June 13, 2014. April 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2023.
  13. "New words notes June 2014". Oxford English Dictionary. June 2014. October 7, 2014 tarixində orijinalından arxivləşdirilib.
  14. "PDP-11 assembly language". Programmer209.wordpress.com. August 3, 2011. November 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2014.
  15. B. W. Kernighan; D. Ritchie. The C Programming Language. Prentice Hall. 1978. 86, 207. ISBN 978-0-13-110163-0.
  16. "Channel Scope". Section 2.2. RFC 2811
  17. Oikarinen, Jarkko; Reed, Darren. Channels // Internet Relay Chat Protocol. IETF. 1993. sec. 1.3. doi:10.17487/RFC1459. RFC 1459. İstifadə tarixi: June 3, 2014.
  18. "#OriginStory". Carnegie Mellon University. August 29, 2014. June 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2023.
  19. Parker, Ashley. "Twitter's Secret Handshake". The New York Times. June 10, 2011. June 17, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2011.
  20. Scott, Kate. "The pragmatics of hashtags: Inference and conversational style on Twitter" (PDF). Journal of Pragmatics. 81. May 1, 2015: 8–20. doi:10.1016/j.pragma.2015.03.015. August 7, 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: September 25, 2023.
  21. "Stowe Boyd, Hash Tags = Twitter Groupings". Stoweboyd.com. September 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2013.
  22. What is hashtag?" Arxiv surəti 25 aprel 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib aprel 25, 2016, at the Wayback Machine, Mashable, 8 October 2013.
  23. "Twitter hashtags for emergency coordination and disaster relief". Factory Joe. 2007-10-23. 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2017.
  24. "The story of the hashtag began with Iranians". Deutsche Welle Persian. 2009. April 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 12, 2015.
  25. Vincent, James. "Blackout Tuesday posts are drowning out vital information shared under the BLM hashtag". The Verge. June 2, 2020. September 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2023.
  26. "#MeToo and more — five hashtags for equality". DW.com (ingilis). 2019-10-15. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  27. Brown, Dalvin. "19 million tweets later: A look at #MeToo a year after the hashtag went viral". USA TODAY (ingilis). 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  28. Zachary M. Seward. "Got a #tip? Gawker Media opens tag pages to masses, expecting "chaos"". Nieman Journalism Lab. October 15, 2009. July 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2023.
  29. 1 2 "Azərbaycan: 2014-cü ilin əsas trendləri". 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-07.
  30. "Twitter Supports World Cup Fever with "Hashflags"". 2010-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]