Homunculus loxodontus
52°09′59″ şm. e. 4°28′37″ ş. u.HGYO
Homunculus loxodontus | |
---|---|
lat. Homunculus loxodontus | |
Ölkə | Niderland |
Yerləşir | Leyden |
Heykəltaraş | Marqrit van Brifort |
Tikilib | 2016 |
Material | epoksid qatranı, poliefirlər, ağac, metal, şüşə |
Saxlanıldığı yer | Leyden Universitetinin Tibb Mərkəzi |
Vikianbarda əlaqəli mediafayllar |
Homunculus loxodontus (azərb. insanabənzər fil; daha çox "Gözləyən" kimi məşhurdur) — 2016-cı ildə holland rəssam Marqrit van Brifort (nid. Margriet van Breevoort) tərəfindən Leyden Universiteti üçün yaradılmış heykəl (Niderland). Əvvəlcə Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında quraşdırılıb.[1] 2017-ci ilin fevral ayına olan məlumata görə, heykəl Leyden Universitetinin Tibb Mərkəzinin içərisinə, 10-dan çox başqa heykəllərin də olduğu foyeyə köçürülüb.[2][3]
Heykəl özündə gözləmə otağında stulda oturan dəniz fili başlı boz rəngli varlığı ehtiva edir.[4][5]
Heykəlin yaradılması
[redaktə | mənbəni redaktə et]Leyden Universiteti nəzdindəki xəstəxana "Leydendəki heykəllər" fondu tərəfindən hər il keçirilən müsabiqədə heykəl yaratması üçün Marqrit van Brevorta qrant ayırıb.[6] 2016-cı ildəki müsabiqənin mövzusu bioloji elmlər idi.[7]
Rəssam gələcək heykəlinin mövzusu üzərində çox düşünürdü. Beləki o, tibb və ya xəstəliklər ilə bağlı nəsə təsvir etmək istəmirdi.[5] Xəstəxanada xəstələrin həkim müayinəsindən keçmək üçün oturub növbə gözləməsi Marqritin diqqətini çəkib. Həmin insanların üzündəki emosiyalar ona çox maraqlı gəlib və o öz heykəlini xəstələrə həsr etmək qərarına gəlib.[5][6] Marqrit verdiyi müsahibələrdə bu heykəli belə təsvir edirdi: o, sanki, alınmamış bir eksperimentdir və daha yaxşı olacağını gözləyir; o, sanki, böyük mehriban bir ət parçasıdı və onu qucaqlamaq istəyirsən.[5] Heykəl qarışdırıldıqda gili xatırladan maddə əmələ gətirən plastikdən və epoksid qatranından yaradılıb.[7]
Heykəl 2016-cı ildə Leyden şəhərində ən çox şəkli çəkilən heykəl oldu.[8]
Marqrit van Brifort 2017-ci in fevral ayında BBC-yə verdiyi müsahibədə qeyd edib ki, Ukrayna merindən "Gözləyən" heykəli ilə bağlı maraqlı təklif alıb: “Dnepr şəhərinin meri mənə təklif edib ki, 2 metr hündürlüyündə həmin "Gözləyən"dən hazırlayım. Heykəlin şəhərin mərkəz hissəsində yerləşdirilməsi nəzərdə tutulub”.[6][9]
Mem
[redaktə | mənbəni redaktə et]2017-ci ilin yanvarında bu heykəl Leyden şəhərində olan rusdilli turistlərdən birinin diqqətini cəlb edir. Turist heykəlin şəklini çəkərək Pikabu saytında paylaşır.[6][10] Onun bu paylaşımından sonra heykəl Rusiya internet seqmentində "Jdun" (rus. Ждун),[11][12][13][14][15] Ukrayna internet seqmentində isə "Jdun" (rus. Ждун) və "Poçekun" (rus. Почекун)[16][17][18] adı altında populyar internet mem oldu.
Daha sonra "Gözləyən" dünyada populyarlaşdığına görə əsərin sahibi məcbur olaraq VKontakte sosial şəbəkəsində rəsmi səhifə açdı və hətta VKontakte administrasiyası səhifənin rəsmiliyini təsdiqlədi.[19]
24 fevral 2017-ci ildə Ukrayna Ali Radasının deputatı Borislav Beryoza iclasa "Jdun"un oyuncaq formasını gətirib. Deputat öz Facebook səhifəsində bu addımını belə şərh edib: "Jdun, ukraynalıların əksəriyyəti kimi, deputatların işə gəlməyini gözləyir. O, da Nazirlər Kabinetindən keyfiyyətli dəyişikliklər gözləyir. Onun səbri elə də çox deyil. Elə vaxtı da. Ukrayna haqda belə demək olmaz." Deputatın bu hərəkəti bir çox həmkarlarını narazı salıb. Lakin, Beryoza etdiyi hərəkətdən razı qalıb. Deputat onu da vurğulayıb ki, artıq yarım ilə yaxındır ki, parlamentdə bir sıra vacib məsələlərin həllində hökumətdən cavab ala bilməyib: "Mən də Jdun kimi hökumətə vacib sualları verəcəyimi gözləyirəm."[20][21][22]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sculptures in Leiden exhibition is intriguing and endearing". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
- ↑ "Homunculus Loxodontus nu te zien in LUMC". 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Как найти Ждуна". 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ "Пресс-релиз Лейденского университета об открытии скульптуры". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
- ↑ 1 2 3 4 «Россияне узнают в нём себя» Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine // Эхо Москвы, 6 fevral 2017.
- ↑ 1 2 3 4 Автор Ждуна: эта скульптура изменила мою жизнь Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine // BBC, 6 fevral 2017.
- ↑ 1 2 Инесса и Полина Филатовы. "Скульптура, ставшая мемом. «АиФ» навестил Ждуна". Аргументы и факты. 2017-02-08. 2017-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.
- ↑ "Homunculus Loxodontus wint publieksprijs bij Beelden in Leiden / Door LEVEN!". 2017-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ Двухметрового бетонного Ждуна решили установить в центре Днепра Arxivləşdirilib 2022-05-12 at the Wayback Machine. // «Интерфакс», 6 февраля 2017.
- ↑ Ожидание врача Arxivləşdirilib 2017-01-28 at the Wayback Machine — Пикабу
- ↑ "Вокруг шум: что за Ждун и кто его создал". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-18.
- ↑ Паламарчук, Мария. "Как Ждун превратился в мем". Life. 2017-02-03. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "В сети появился мем «Ждун»". Lenta.ru. 2017-01-26. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "Новый мем Рунета. Почему Россия влюбилась в Ждуна?". BFM.ru. 2017-02-08. 2017-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "Мем: Ждун". TJournal. 2017-01-25. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "Вокруг сплошной Ждун. Подборка". 112 Украина. 2017-02-06. 2017-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ Кондак, Денис. "Кто такой Ждун? Как голландская скульптура превратилась в популярный интернет-мем". Гордон. 2017-02-07. 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "Ждун захопив уми українців". Хронограф. 2017-01-31. 2017-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
- ↑ "Кто такой Ждун? Как голландская скульптура превратилась в популярный интернет-мем". Gordonua.com. 2017-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-17.
- ↑ "Ali Radanın deputatı iclasa məşhur internet memi gətirdi - Qalmaqal (Foto)". aznews.az. 24 fevral 2017. 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
- ↑ "В Раде появился "Ждун"". Украинская правда. 24 февраля 2017. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.
- ↑ "Береза объяснил, зачем принес в Раду Ждуна". NewsOne. 24 февраля 2017. 2017-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-02.