Hor (tanrı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Misir Tanrıları
Hor (tanrı)
Horus
Horus

Horus
və ya
G7
İdeoqram
G5
G6

Horus-şahin
və ya
G7
Determinativ 1.
G5
O11

Ən qədim
Determinativ 2.
G5

Orta qədim
Determinativ 3.
N31A40

Qədim
Determinativ 4. yunan-roman dövründə
F18
D21
G7

Horus
Ḥr
Yunan Horos
Qibti ϩⲱⲣ
(Hôr)
Horus şahin cildində
Horus şahin cildində

Horus şahin cildində


Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur:[1]

Horus rəvayətlərdə

[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. GünəşAy allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.

Tanrı Ranın göstərişilə Anubis Osirisin parçalanmış bədən hissələrini bir yerə yığaraq mumiyalayır. İsida şahin cildində yerə enərək, möcüzəli şəkildə Osirisin cəsədindən mayalanaraq, onun qisasını almaq üçün Horusa hamilə qalır və onu dünyaya gətirir. Horus özünü Osirisin yeganə vərəsəsi sayır. Nilin vadisindəki bataqlıqda anası tərəfindən bəslənildikdən sonra, Horus tanrılar məhkəməsindən Seti cəzalandırmağı və Osirisin varidatının ona qaytarılmasını tələb edir. Əfsanəyə görə, bu mübahisə səksən il davam etmiş və nəticədə tanrıların məhkəməsində Horus yeganə varis kimi tanınmışdır. Tot bu haqda allahların qərarını yazır. Bundan sonra Horus, atası Osirisi ona öz gözünü udduraraq dirildir. Lakin Osiris yerə qayıtmaqdan imtina edir, ölülər çarı kimi qalaraq, canlılara hökmdarlıq etməyi Horusa tapşırır.

Başqa bir rəvayətə görə, Ra, Horusa düşmənləri izləməsini və məhv etməsini tapşırır və Horus amansızlıqla onları məhv edir. Ra onu belə qiymətləndirir: "Sən mənim düşmənlərimi məhv etdin. Sən suyu qana boyadın. Sən suyu al rəngə boyadın və mənim ürəyim sevinir!" Sonra Horus Ranın düşmənlərinin başçısı allah Seti həbs edərək əli-qolu bağlı halda Ranın hüzuruna gətirir. Ra əsiri digər Horusun, ilahə İsidanın oğlunun yanına aparmağı tapşırır, sonunda o, Setin başını vurur. Bundan sonra o, nəhəng ilana çevrilərək yerin altında gizlənir. Bu əfsanədə Osirisin adı çəkilmir.

Bir başqa əfsənayə görə isə, əqrəb ilahəsi Selkit Horusun arvadı kimi təqdim edilir.

Hökmdar titulu

[redaktə | mənbəni redaktə et]

Qədim Misir mifologiyasına görə, tanrı-şahin, hökmdar (firon) evinin və şəxsən çarın (fironun) mühafizəçisi sayılır. Buna görə də, Hor adı çar və ya firon tituluna aid edilmişdir. Horus sözü adönü "hökmdar" ("firon"), işarəsi isə "tanrı" mənasını verir.

Horus rəngli tablolarda başına qoşa tac qoyulmuş, ayaq üstə durmuş şahin başlı insan cildində təsvir olunmuşdur. Yunan-roma təqvimində legionerlər belə təsvir edilərmişlər.[1]

  1. Rolf Felde: Ägyptische Gottheiten. Wiesbaden 1995
  1. 1 2 Rolf Felde: Ägyptische Gottheiten.S.25