IV Pyotr
IV Pyotr | |
---|---|
Petăr IV | |
1185 – 1197 | |
Əvvəlki | III Pyotr |
Sonrakı | I İvan Asen |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Tarnovo, Bolqarıstan |
Milliyyəti | Bolqar |
Fəaliyyəti | suveren[d] |
Atası | ? |
Anası | ? |
Ailəsi | Asen sülaləsi |
Dini | Ortodoks |
Vikianbarda əlaqəli mediafayllar |
IV Pyotr Asen — İkinci Bolqarıstan imperiyasının ilk hökmdarıdır. Fyodor adı ilə anadan olmuşdur. II İsaak Angelosun vergiləri artırmasına reaksiya olaraq valaxlar və bolqarları birləşdirərək qardaşı İvanla üsyana başlamışdır. 1185-ci ildə başlayan bu üsyanda Fyodor üsyançılar tərəfindən IV Pyotr adı ilə çar elan olunmuşdur.
Üsyanın gedişi
[redaktə | mənbəni redaktə et]1186-cı ilin baharında Bizans ordusuna məğlub olan üsyançılar ənənəvi paytaxt Preslavı ələ keçirə bilməmişdilər. İmperator qalibiyyət sərxoşluğu ilə Konstantinopola qayıdandan sonra kumanların dəstəyini alan Pyotr ordusu ilə müqavimətsiz qalan Bolqarıstanı yenidən ələ keçirdi.[1] Həmin vaxtlar Bizansın öz içində başlayan üsyanlar 1187-ci ilin sentyabrına qədər üsyanı nəzarətsiz qoydu. Elə bu il də imperator Bolqarıstanın müstəqilliyini tanımalı oldu.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Üçüncü Səlib yürüşü gedişində I Fridrix Barbarossa ilə ittifaq quran Pyotr Bizans ordusunu dəfələrlə zəiflətməyə nail olmuşdu. Pyotr qalibiyyətlərinə mükafat olaraq 1189-cu ildə qardaşı I İvan Aseni imperator elan edərək, özü taxtdan könüllü çəkildi lakin tacı vermədi. İkili hakimiyyət yarandı. 1196-cı ildə İvanın öldürülməsi ilə hakimiyyətə qayıdan Pyotr qatil İvankonu Bizansa qovdu. 1197-ci ildə Pyotr özü də öldürüldü və yerinə kiçik qardaşı Kaloyan keçdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Byzantium's Balkan frontier: a political study of the Northern Balkans, 900-1204, Paul Stephenson, Cambridge University Press, 2000; ISBN 0-521-77017-3, p. 290.